Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

M.Hakkinen: "Mixael qələbə qazanmaq üçün qayıdıb"

Sayta qoyulub: 20:58 06.03.2010 (126 dəfə oxunub)
Mika Hakkinen Formula1-i tərk edəndə cəmi 33 yaşı var idi, heç də həmişə uğurlu olmayan karyerasını başa vurarkən finlandiyalı sürücü ikiqat dünya çempionu idi. Bu həftə Mika Abu Dabidə Laureus Sport for Good fondunu təmsil edib, onun keçmiş rəqibi Mixael Şumaher isə çempionata qayıtmağa hazırlaşır.

K.Çandhok: "Mən Vicey Malyadan inciməmişəm"

Sayta qoyulub: 18:47 06.03.2010 (124 dəfə oxunub)
HRT komandasının maşınları hələ trasa heç çıxmayıblar, amma Formula1-in debütantı Karun çandhok hesab edir ki, onun komandası 2010-cu ildə ilk xallarını qazana biləcək...

B.Ekklstoun Çandhokun potensialına inanır

Sayta qoyulub: 16:36 06.03.2010 (117 dəfə oxunub)
Formula1-in kommersiya başçısı Berni ekklstoun hesab edir ki, artıq yarım ildən sonra çempionatın debütantı Karun Çandhok əsil gücünü göstərəcək - və ümid edir ki, bununla doğma vətənində Formula1-ə olan marağa daha da qaldıracaq.

K.Rəykkönen Meksikada qəzaya uğrayıb (video)

Sayta qoyulub: 14:25 06.03.2010 (181 dəfə oxunub)
Bu günlərdə Meksikada ralli üzrə dünya çempionatının ikinci mərhələsi keçir. Yarışın finişinə hələ çox var, amma Kimi Rəykkönen üçün yarış başa çatıb - finlandiyalı sürücünün Citroen-i birinci günü yeddinci xüsusi sahəsində qəzaya uğrayıb. Maşın bir neçə dəfə fırlanıb və ciddi zədələnib, mexaniklər maşını trasa qaytara bilməyiblər.

C.Stüart: "Mosli çox dərinə getmişdi"

Sayta qoyulub: 12:14 06.03.2010 (138 dəfə oxunub)
Üçqat dünya çempionu Ceki Stüart çempionatdakı vəziyyətdən narazıdır - Formula1-i avtoistehsalçılar tərk etsə də, çempionat hələ də şəxsi komandaalr üçün çox bahadır...

P.Cəkson: "HRT düzgün seçim edib"

Sayta qoyulub: 10:03 06.03.2010 (134 dəfə oxunub)
İki il əvvəl Bruno Senna və Karun Çandhok GP2 seriyasında iSport komandasında çıxış edirdilər. Yay çempionatında braziliyalı sürücü iki qələbə və altı podium qazanaraq mövsümü ikinci yerdə başa vurmuşdu. Çandhok isə bir qələbə və üç podiumla çempionatda onuncu olmuşdu. iSport komandasının başçısı Pol Cəkson şaddır ki, hər iki sürücüsü karyeralarını Formula1-də davam etdirəcək...
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829