Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

B.Senna: "Bəhreyn test proqramının başlanğıcı olacaq"

Sayta qoyulub: 21:59 05.03.2010 (43 dəfə oxunub )
Gələn cümə günü Bruno Senna Formula1-də debüt edəcək. Vəziyyət çətindir - Sennanın müqavilə bağladığı Campos komandası testlərdə iştirak etməyib, çempionatın startına çıxmaq üçün komanda yenidən qurulub, hətta adını dəyişib, ona görə də maşını mövsümün gedişində öyrənmək lazım gələcək...

Y.Fillips Force İndia-nı tərk edib

Sayta qoyulub: 19:48 05.03.2010 (34 dəfə oxunub )
Force İndia komandasının mətbuat xidməti təsdiq edib ki, komandanın kommersiya direktoru Yan Fillips ilə əməkdaşlıq vaxtından əvvəl pozulub.

C.Batton: "Bizi yaxşı mövsüm gözləyir"

Sayta qoyulub: 17:37 05.03.2010 (33 dəfə oxunub )
Britaniyanın Guardian qəzetinə müsahibəsində sonuncu dünya çempionu Censon Batton qarşıdakı mövsümdə mübarizənin gərgin olacağından danışınıb...

McLaren FİA-nı yoxlamaya dəvət edib

Sayta qoyulub: 15:26 05.03.2010 (48 dəfə oxunub )
Dünən Red Bull komandasının başçısı Kristian Horner bildirib ki, McLaren maşınlarının arxa antiqanadının reqlamentə uyğun olması barədə izahat verməsi üçün FİA-ya müraciət edib. Bu antiqanad Barselona testlərinin son günü maşına qoyulub. Mövcud şübhələri dəf etmək üçün McLaren komandası FİA-nın texniki nümayəndəsi Çarli Uaytinqi konstruksiyanın qanuniliyini yoxlamağa dəvət edib...

H.Kovalaynen menecersizdir

Sayta qoyulub: 13:15 05.03.2010 (29 dəfə oxunub )
Sinqapurda 2008-ci ildə baş vermiş Nelsinyo Pikenin qəzasını araşdıran FİA-nın Ümumdünya Şurası Flavio Briatoreni idmandan ömürlük uzaqlaşdırmış və onun meneceri olduğu sürücüləri superlisenziyanın uzadılmaması ilə hədələmişdi. Bu ilin əvvəlində Heykki Kovalaynen və Lukas di Qrassi Briatorenin menecerlik xidmətlərindən imtina etdilər, hərçənd müqavilənin vaxtından əvvəl pozulması sürücü tərəfindən 1 milyon dolların ödənilməsini tələb edirdi.

K.Kolles "Debütantlardan ən güclüsü olacayıq"

Sayta qoyulub: 11:04 05.03.2010 (40 dəfə oxunub )
İspaniyanın Hispania komandasının başçısı Kolin Kollesin fikrincə, elə birinci debüt mövsümündə Lotus və Virgin kimi rəqiblərini qabaqlamaq üçün onların hər cür imkanı vardır, hətta baxmayaraq ki, komanda mövsümöncəsi testlərdə iştirak etməyib və hər iki sürücüsü çempionatın debütantı olacaq.
XƏBƏR ARXİVİ
<İyul 2010>
B.e Ç.a Ç C.a C Ş B
01020304
05060708091011
12131415161718
19202122232425
262728293031