Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Hispania Racing F1 Team - HRT-Dallara (video)

Sayta qoyulub: 20:56 04.03.2010 (589 dəfə oxunub)
Bu gün Ispaniyanın Mursiya şəhərində Formula1 komandalarından ən sonuncusunun təqdimat mərasimi keçirilib - Hispania Racing F1 Team yeni maşınını toplaşanlara göstərib. İtaliyanın Dallara şirkətinin hazırladığı şassiyə Cosworth motoru qoyulub, şassı əsasın bozrəngə boyanıb, ağ-çəhrayı zolaqlar komandanın yeganə sponsorunun rəngləridir. Diqqəti maşının burun elementinin çox aşağı olması cəlb edir.

K.Çandhok Hispania komandasının sürücüsüdür

Sayta qoyulub: 18:45 04.03.2010 (194 dəfə oxunub)
26 yaşlı hindistanlı sürücü Karun Çandhok 2010-cu ilin Formula1 mövsümündə iştirakçıalr siyahısında boş qalmış son yeri tutub. Sürücü və HRT komandası arasında müqavilənin bağlanması barədə komandanın Mursiyada bu gün planlaşdırdığı təqdimat mərasimindən bir az əvvəl məlum olub.

Renault Lada ilə əməkdaşlığı təsdiq edib

Sayta qoyulub: 16:34 04.03.2010 (132 dəfə oxunub)
Renault F1 komandasının sahibi olan Jerar Lopes təsdiq edib ki, bu mövsüm Renault maşınlarına Rusiyanın Lada şirkətinin loqotipləri vurulacaq. Bu barədə razılaşma keçən həftə komanda rəhbərliyinin və Vitaliy Petrovun ölkənin baş naziri Vladimir Putinlə görüşündə əldə olunub...

Komandalar McLaren-in antiqanadının leqallığından şübhələnirlər

Sayta qoyulub: 14:23 04.03.2010 (163 dəfə oxunub)
Red Bull komandasının başçısı Kristian Horner jurnalistlərə bildirib ki, onun komandası və Ferrari komandası FİA-dan izahat gözləyirlər - McLaren maşınlarının arxa antiqanadının konstruksiyasının reqlamentə uyğunuluğu barədə. Barselona testlərində komandanın mühəndisləri motorun üstündəki hava kanalının və arxa antiqanadının separatorlarının yeni konstruksiyasını yoxlayıblar, son üç ildə bu separatorlardan konstruksiyanın möhkəməlyini artırmaq üçün istifadə olunurdu, amma indi onlar düz yolda sürət üstünlüyü verə bilər. Komandalar belə bir konstruksiyanın leqallığına şübhə edirlər...

FİA 2011-ci il üçün ərizə qəbulunu elan etməyə hazırlaşır

Sayta qoyulub: 12:12 04.03.2010 (173 dəfə oxunub)
Amerikanın US F1 komandasını siyahıya daxil etməməklə və Serbiyanın Stefan GP komandasına imtina etməklə Beynəlxalq Avtomobil Federasiyası (FİA) formal olaraq komandaların seçmə qaydalarına əməl edib. Yaxın vaxtda 2011-ci il üçün ərizələrin qəbuluna başlanması elan olunacaq...

FİA iştirakçıların rəsmi siyahısını dərc edib

Sayta qoyulub: 10:01 04.03.2010 (141 dəfə oxunub)
Dünya çempionatının startına 9 gün qalmış Beynəlxalq Avtomobil Federasiyası (FİA) qarşıdakı mövsümün iştirakçılarının rəsmi siyahısını dərc edib. Siyahının yuxarı hissəsi çoxdan məlum idi və heç kimdə şübhə doğurmurdu. Nəticədə mövsümün startına 12 komanda buraxılıb - nə Stefan GP komandası, nə də US F1 komandası siyahıda yoxdur. Yeganə sürücü vakansiyası isə HRT komandasındadır.
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829