Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS

M.Şumaher menecerini dəyişir

Sayta qoyulub: 21:59 03.03.2010 (38 dəfə oxunub )
Mixael Şumaher Formula1-ə qayıdışı ərəfəsində Villi Veberin xidmətlərindən imtina etməyi qərara alıb - Villi yeddiqat dünya çempionunun 20 il karyerasını idarə edirdi. Villi hələ uzaq 1988-ci ildə Ford Formulasında 19 yaşlı gəncin istedadını görmüşdü, o Mixaelin bu istedadının miqyasını başa düşərək mehmanxana biznesini satmış və gələcək ulduzun karyerası ilə bilavasitə məşğul olmuşdu.

Ferrari casusluqdan qorxur (video)

Sayta qoyulub: 19:48 03.03.2010 (51 dəfə oxunub )
Keçən il Brawn GP komandası və onun sürücüsü Censon Batton ikiqat diffuzorların hesabına titul qazanmışdılar - top-komandaların heç biri belə bir element tətbiq etməmişdi, edəndə isə çempionatın yarısı arxada qalmışdı. Ona görə də builki mövsümöncəsi testlərin iştirakçıları da öz maşınlarının müəyyən xüsusiyyətlərini rəqiblərin nəzərlərindən gizlətməyə çalışırdılar.

L.Həmiltonun meneceri vakansiyasına üç namizəd

Sayta qoyulub: 17:37 03.03.2010 (44 dəfə oxunub )
Keçən ilin yanvarında Formula1-in iki keçmiş sürücüsünün uzunmüddətli layihələri başa çatdı - gənc sürücülərin menecmenti ilə məşğul olan 2MB şirkətinin həmsahibləri Martin Brandl və Mark Blandellin ittifaqı. Brandl o zaman bildirmişdi ki, jurnalist karyerasını davam etdirmək və oğlunun çıxışları ilə məşğul olmaq istəyir. Bir il ötdükdən sonra şayiələr yayılıb ki, Mark Blandell və ya Mika Hakkinen Lyuis Həmiltonun meneceri ola bilər.

M.Jene yarışları şərh edəcək

Sayta qoyulub: 15:26 03.03.2010 (50 dəfə oxunub )
Ferrari komandasının test sürücüsü Mark Jene qarşıdakı mövsümün yarışlarını İspaniya televiziyasında şərh edəcək.

US F1 FİA-nın cavabını gözləyir

Sayta qoyulub: 13:15 03.03.2010 (49 dəfə oxunub )
Dünən Autosport saytı US F1 komandasının Şarlottadakı bazasının faktiki olaraq bağlanmasını və əməkdaşların hamısının haqqı ödənilməyən məzuniyyətə göndərilməsini xəbər vermişdi, amma bu gün komandanın başçısı Ken Anderson jurnalistlərə bildirib ki, hələ heç nə həll olunmayıb - US F1 FİA-nın son qərarını gözləyir.

Campos-un adı dəyişdirilib

Sayta qoyulub: 11:04 03.03.2010 (53 dəfə oxunub )
Bu gün rəsmən elan olunub ki, Campos komandasının adı dəyişdirilib – komanda 2010-cu ildə HRT F1 (Hispania Racing F1 Team) adı altında çıxış edəcək, sabah komanda İspaniyanın cənub-şərqindəki Mursiyada təqdimat mərasimi keçirəcək, elə ordaca yeni maşının rəng çalarları nümayiş olunacaq, sürücülərin adları bildiriləcək. Çox güman ki, sükan arxasına Brunoa Senna və Karun Çandhok oturacaqlar, Xose Mariya Lopes isə ehtiyat sürücü müqaviləsini imzalayacaq.
XƏBƏR ARXİVİ
<İyul 2010>
B.e Ç.a Ç C.a C Ş B
01020304
05060708091011
12131415161718
19202122232425
262728293031