Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

FİA bütün suallara cavab verəcək

Sayta qoyulub: 20:56 02.03.2010 (174 dəfə oxunub)
Sabah FİA dünya çempionatı iştirakçılarının rəsmi siyahısını dərc etməlidir və bununla da federasiya bütün suallara cavab verəcək. Hələlik Campos və Sauber komandalarının hansı adla starta çıxması məlum deyil, bundan başqa Serbiyanın Stefan GP komandasının, ümümiyyətlə, starta çıxıb-çıxmaması məsələsi hamını maraqlandırır.

US F1 işini dayandırıb

Sayta qoyulub: 18:45 02.03.2010 (120 dəfə oxunub)
Britaniyanın Autosport saytı məlumatlı mənbələrə istinadən xəbər yayıb ki, Amerikanın US F1 komandası faktiki olaraq bağlanıb. Bu barədə hələ heç bir rəısmi bəyanat verilməyib, amma bu gün komandanın əməkdaşlarını istehsal şöbəsinin rəisi Deyv Skoq toplayaraq bildirib ki, personal haqqı ödənilməyən məzuniyyətə göndərilir, amma faktiki olaraq müqvilələr hələ qüvvədədir.

M.Şumaher və N.Rosberq yeni Təhlükəsizlik Maşınını təqdim ediblər

Sayta qoyulub: 16:34 02.03.2010 (174 dəfə oxunub)
Mercedes GP komandasının sürücüləri Mixael Şumaher və Niko Rosberq bu gün Cenevrə avtosalonunda Formula1-in yeni Təhlükəsizlik Maşınını (TM) təqdim ediblər. Mercedes-Benz SLS AMG 2008-ci ildən istifadə olunan SL63 AMG modelini əvəz edəcək. Avtosalonun podiumuna maşını Niko Rosberq çıxarıb, SLS-in reklam kampaniyasnda iştirak etmiş Mixael Şumaher isə jurnalistlərə bildirib ki, belə bir maşını artıq özü üçün sifariş edib.

X.M.Lopes Campos-un ehtiyat sürücüsü ola bilər

Sayta qoyulub: 14:23 02.03.2010 (145 dəfə oxunub)
Xose Mariya Lopes US F1 komandası ilə müqavilə bağlamışdı, amma bu komanda çox güman ki, çempionatda iştirak edə bilməyəcək və sürücünün menecmenti Campos-un rəhbərliyi ilə ehtiyat sürücü vakansiyası üzrə danışıqlar aparır. İtaliyanın Dallara şirkətində mövsümün ilk yarışına hazırlanan maşının sükanı arxasında Bruno Senna və Karun Çandhok oturacaqlar, Xose Mariya isə komandanın ehtiyat sürücüsü ola bilər...

L.Həmilton yeni menecer axtarır

Sayta qoyulub: 12:12 02.03.2010 (140 dəfə oxunub)
Uşaq vaxtlarından Lyuis Həmiltonun meneceri atası Əntoni olub, amma Britaniyanın Autosport saytına müsahibəsində sürücü bildirib ki, valideyni ilə işgüzar əməkdaşlığını davam etdirməyəcək - münasibətlər əvvəlki kimi qalacaq, amma Əntoni Həmilton gənc sürücülərin hazırlığı proqramı üzərində işləməyi planlaşdırır, Lyuis isə özünə yeni menecer axtaracaq.

N.Pike və K.Rəykkönen Bəhreynə gəlməyəcəklər

Sayta qoyulub: 10:01 02.03.2010 (163 dəfə oxunub)
Biz artıq yazmışdıq ki, Bəhreyn Qran Prisinin təşkilatçıları çempionatın 60 yaşını qeyd etmək üçün hazırda sağ olan bütün Formula1 çempionlarını bir araya toplamağı qərara alıblar. Gulf Daily News qəzetinin son xəbərinə görə, 20 çempiondan on səkkizi öz razılığını bildirib - yalnız Nelson Pike və Kimi Rəykkönen Bəhreynə gəlməkdən imtina ediblər.
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829