Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Force İndia hesabat verib

Sayta qoyulub: 20:58 01.03.2010 (124 dəfə oxunub)
Yanvarın sonunda Böyük Britaniyanın Qeydiyyat Palatası Force İndia komandasını bağlamaqla hədələmişdi - hidistanlı milyarder Vicey Malya məxsus olan komanda 2008-ci il üzrə maliyyə hesabatlarını hələ də verməmişdi. O zaman komandaya bir ay möhlət verilmişdi ki, 25 fevral tarixinədək hesabatlar verilməli idi - bu gün komanda təsdiq edib ki, zəruri sənədlər təqdim edilib...

Testlərin nəticələri bukmeyker cədvəllərinə təsir edib

Sayta qoyulub: 18:47 01.03.2010 (148 dəfə oxunub)
Britaniyanın məşhur William Hill idarəsinin bukmeykerləri mövsümöncəsi testlərdən sonra builki dünya çempionatında sürücülərin qələb şansını yenidən qiymətləndiriblər. Bukmeykerlər əvvəlki kimi favorit olaraq Fernando Alonsonu hesab edirlər, amma ilk dördlük bir-birinə çox yaxındır - onların komanda yoldaşları isə liderlərdən çox geri qalırlar...

US F1 birillik fasilə istəyir, Stefan GP isə starta hazırlaşır

Sayta qoyulub: 16:36 01.03.2010 (143 dəfə oxunub)
FİA-nın keçmiş prezidenti Maks Moslinin büdcənin məhdudlaşdırılması hesabına çempionat iştirakçıların sayının artırılması təşəbbüsü, bir çoxlarının ehtimal etdikləri kimi, kifayət qədər işlənməyibmiş. Debüt edəcək dörd komandadan yalnız Lotus və Virgin komandaları maşınlarını vaxtında qurub testlərdə iştirak etdilər və indi debüt yarışına hazırlaşırlar. FİA-dan iştirak hüququ almış daha iki komanda isə ciddi maliyyə problemlərini həll etməyə çalışır...

X.M.Lopes müqaviləsiz qalacaq?

Sayta qoyulub: 14:25 01.03.2010 (137 dəfə oxunub)
Yanvar ayının sonunda Xose Mariya Lopes Amerikanın US F1 komandası ilə müqavilə bağlamışdı və yerli hökümətin dəstəyini almış sürücünün ailəsi müqaviləyə əsasən komandanın hesabına 830 min dollar ilk ödəmə etmişdi.

H.Kovalaynen Lotus-u Minardi ilə müqayisə edib

Sayta qoyulub: 12:14 01.03.2010 (153 dəfə oxunub)
Hələ uzaq 2003-cü ilin dekabrında Heykki Kovalaynen digər gənc sürücülərlə birlikdə (yeri gəlmişkən, Xose Mariya Lopes də onların içərinsində idi) Vallelunqa testlərində Minardi-nin sükanı arxasına oturmuşdu. Bundan əvvəl isə finlandiyalı gənc sürücü Barselonada ikigünlük testlər zamanı Renault-nu sürmüşdü, ona görə də onun Minardi ilə əməkdaşlığı qısamüddətli olmuşdu. Amma keçən həftə Finlandiyanın Turun Sanomat qəzetinin jurnalistləri həmyerlilərindən hazırkı Lotus T127 maşınını karyerasında ən zəif maşın olan Minardi PS03 ilə müqayisə etməsini istəyiblər - müqayisə Lotus-un xeyrinə olmayıb...

Testlərin ümumi cədvəlləri

Sayta qoyulub: 10:03 01.03.2010 (166 dəfə oxunub)
Dünən Barselonada mövsümöncəsi testlər başa çatıb. Aşağıdakı cədvəldə biz dördgünlük testlərdə sürücülərin göstərdikləri nəticələri bir cədvələ toplamışıq. Bu dəfə nəticələr çox sıx olub. Səkkiz komandanın on altı sürücüsü bir saniyəyə yerləşib. Yalnız Renault, Lotus və Virgin komandaları geri qalıblar...
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829