MONAKO QP CANLI YAYIMDA:

26 may, 16:50 - Sıralanma turu
27 may, 16:30 - Yarış
Sayta qoyulub: 11:40 19.04.2012 (70 dəfə oxunub)
Force İndia-nın əməkdaşı insidentdən sonra Bəhreyni tərk edib
Force İndia komandasının əməkdaşlarından biri dünən axşam baş vermiş insidentdən sonra Bəhreyni tərk edib.
Sayta qoyulub: 22:42 18.04.2012 (57 dəfə oxunub)
Porsche Superkubokunun bir komandası Bəhreynə getməkdən imtina edib
Porsche Superkuboku seriyası Bəhreyn Qran Prisinin dəstək yarışlarından biridir, amma bu dəfə seriyanın yarışında MRS komandası iştirak etməyəcək - komanda təhlükəsizlik baxımından Bəhreynə getməkdən imtina edib.
Sayta qoyulub: 09:41 18.04.2012 (54 dəfə oxunub)
Bəhreyndə nisbi sakitçilikdir
İnsan haqlarının pozulması barədə çoxsaylı yazılardan və yarışın keçirilməsinin məqsədyönlü olması barədə davamlı müzakirələrdən sonra Bəhreynə gələn jurnalistlər vəziyyətin çox sakit olmasını görüblər, sadəcə küçələrdə polislərin sayı artırılıb...
Sayta qoyulub: 20:15 17.04.2012 (60 dəfə oxunub)
H.Marko: "2012-ci ilin reqlamenti Red Bull-a qarşı tuşlanıb"
Helmut Marko bildirib ki, 2012-ci ildə texniki reqlamentə edilmiş dəyişikliklər xüsusi olaraq Red Bull komandasının çempionatda dominantlığına qarşı tuşlanıb...
Sayta qoyulub: 16:46 17.04.2012 (53 dəfə oxunub)
Mercedes AMG-nin rəqibləri DDRS hazırlamağa tələsmirlər
Çin Qran Prisi ərəfəsində FİA-nın stüardları Mercedes AMG W03 maşınlarında quraşdırılmış "ikiqat DRS"-in leqallığını təsdiq etmişdilər. İndi Ross Braunun komandasının rəqibləri DDRS sisteminə bənzər sistemlərdən öz maşınlarında da istifadə edə bilərlər - amma bundan ötrü digər modernizə proqramlarını qurban vermək istəmirlər.
Sayta qoyulub: 11:35 17.04.2012 (46 dəfə oxunub)
Gənc sürücülərin testləri: Silverstounda yoxsa Abu Dabidə?
Biz artıq yazmışdıq ki, gənc sürücülərin ənənəvi testləri Abu Dabidən Silverstouna keçirilə bilər. Son illərdə gənc istedadlar məhz Yas Marina avtodromunda mövsümün sonunda özülərini göstərmək şansı qazanırdılar, amma yeni variantın öz üstünlükləri var.
Sayta qoyulub: 18:25 16.04.2012 (66 dəfə oxunub)
Bu gün ser F.Uilyamsın 70 yaşı tamam olub
Bu gün Formula1 paddokunun ən hörmətli insanlarından biri, Britaniya imperiyasının Çəngavər-komandoru və Fəxri legion ordeninin kavaleri ser Frənk Uilyamsın 70 yaşı tamam olub.
Sayta qoyulub: 15:02 16.04.2012 (57 dəfə oxunub)
Red Bull qazburaxma sisteminin iki variantından birini seçir
Yaxın bir neçə gün ərzində Red Bull komandası vacib qərar qəbul etməlidir - Bəhreyndə və mövsümün gələcək yarışlarında hansı qazburaxma sistemi quraşdırılacaq? Çində Sebastyan Fettel sistemin köhnə versiyasından istifadə edirdi və hamını əmin edirdi ki, məhz bu maşının sükanı arxasında özünü rahat hiss edir. Hərçənd, hesablamalar göstərir ki, Mark Uebberin maşınında quraşdırılmış daha təkmilləşdirilmiş sistem yüksək nəticələr göstərməyə imkan verir...
Sayta qoyulub: 11:07 16.04.2012 (60 dəfə oxunub)
Formula1 veteranları N.Rosberqə inanırlar
Niko Rosberq Çin Qran Prisindəki ilk qələbəsindən sonra bildirib ki, indi üçqat dünya çempionu Niki Lauda ilə razılaşa bilər - avstriyalı əfsanəvi sürücü hesab edir ki, birinci qələbədən sonra digərləri asanlıqla əldə olunur...
Sayta qoyulub: 16:50 15.04.2012 (82 dəfə oxunub)
Mercedes AMG komandası cərimə olunub
Çin Qran Prisinin stüardları Mercedes AMG komandasını cərimə ediblər - Mixael Şumaheri pit-stopdan sonra trasa təhlükəli buraxması komandaya 5 min Avroya başa gəlib.
Sayta qoyulub: 14:59 15.04.2012 (79 dəfə oxunub)
L.Həmilton: "Çoxdan çempionata başçılıq etmirdim"
Bu gün yeni tarixində ilk qələbəsini qazanmış Mercedes AMG komandasının trasda yeganə rəqibi McLaren sürücüləri olublar. Ötürmələr qutusunun dəyişdirilməsi üzündən yeddinci yerdən start alan Lyuis Həmilton yarışı üçüncü yerdə başa vurub - mövsümün ilk üç yarışında ardıcıl üç podium və nəticədə Çin Qran Prisindən sonra britaniyalı sürücü çempionata başçılıq edir...
Sayta qoyulub: 14:38 15.04.2012 (82 dəfə oxunub)
C.Batton: "Uğursuz pit-stop məni qələbədən mərhum etdi"
Censon Batton Niko Rosberqlə Çin Qran Prisində qələbə uğruna mübarizə aparırdı, amma pit-stop zamanı təkərin bağlanmasının problemi üzündən bir neçə saniyə vaxt itirib və trasa yalnız altıncı qayıdıb. Dörd mövqeni geri qaytardıqdan sonra Niko artıq çox uzaqda olub...
Sayta qoyulub: 14:17 15.04.2012 (79 dəfə oxunub)
N.Rosberq: "Mən sadəcə xoşbəxtəm"
Niko Rosberq Formula1 karyerasında ilk qələbəsini Çin Qran Prisində qazanıb - bu qələbə Mercedes AMG komandasının yeni tarixində ilk qələbəsidir...
Sayta qoyulub: 16:54 14.04.2012 (85 dəfə oxunub)
P.Maldonado və P.de la Rosa xəbərdarlıq alıblar
Pastor maldonado və Pedro de la Rosa xəbərdarlıq alıbalr: stüardlar hesab ediblər ki, hər iki sürücü digər sürücülərə Şanxayda sıralanma turunda maneçilik törədib.
Sayta qoyulub: 14:30 14.04.2012 (56 dəfə oxunub)
Sky da jurnalistlərini Bəhreynə göndərməyəcək
Almaniyanın Sky Sport telekanalının rəhbərliyi Finlandiyanın MTV3 kanalından olan kolleqalarını dəstəkləyərək, təhlükəsizlik baxımından jurnalistlərini Bəhreynə göndərməkdən imtina edib.
Sayta qoyulub: 10:23 14.04.2012 (48 dəfə oxunub)
Lotus "ikiqat DRS"-in öz versiyasını hazırlaya bilər
Lotus komandası FİA-nın nümayəndələrini Mercedes AMG maşınlarında quraşdırılmış "ikiqat DRS" sisteminin qeyri-qanuni olmasına inandıra bilmədi. Bundan sonra komandanın nümayəndələri teiraf ediblər ki, eyni sistemi öz maşınlarına quraşdırmağa hazırdırlar...
Sayta qoyulub: 18:29 13.04.2012 (52 dəfə oxunub)
MTV3 jurnalistlərini Bəhreynə göndərməkdən imtina edib
Finlandiyanın MTV3 teleşirkəti uzun illərdir Formula1 yarışlarını öz ölkəsində, 3 dünya çempionu yetişdirmiş bir ölkədə yayımlayır, amma şirkət jurnalitslərini və çəkiliş qrupunu Bəhreyn Qran Prisinə göndərməkdən imtina edib.
Sayta qoyulub: 15:22 13.04.2012 (56 dəfə oxunub)
McLaren pit-stop zonasının yerləşməsini dəyişib
Şanxay avtodromu dünya çempionatının təqvimində ən geniş tras sayılır. Kompleks bataqlıq üzərində qurulduğu üçün yerlə problem olmayıb. Gedin paddok, rahat qonaq zonaları və böyük təhlükəsizlik zonaları olan geniş yarış trası avtodromu digərlərindən fərqləndirir. Pit-leyn də digər traslarda olduğundan çox genişdir, məsələn, komandaların işləməsi üçün nəzərdə tutulan zona Hokkenhaym və Monsada olandan iki dəfə enlidir.
Sayta qoyulub: 09:37 13.04.2012 (56 dəfə oxunub)
L.Həmilton cərimə olunub
Lyuis Həmilton mövsümün ilk iki yarışına pouldan başlamışdı, amma Şanxayda britaniyalı sürücü startda beş yer itirməklə cərimə olunacaq.
Sayta qoyulub: 06:43 13.04.2012 (53 dəfə oxunub)
FİA: Bəhreyn Qran Prisi vaxtında keçiriləcək
Bu gün səhər tezdən FİA bir daha təsdiq edib ki, mövsümün dördüncü yarışı Saxir trasında təqvimdə nəzərdə tutulduğu tarixdə - aprelin 20-22-də keçiriləcək. Bəhreyndə yarışın keçirilməsi ölkədə baş verən iğtişaşlar üzündən son ana qədər sual altında idi. Keçən il əvvəlcə yarış təxirə salındı, sonra isə ləğv olundu, amma bu dəfə qərara alınıb ki, ölkədəki vəziyyət komanda üzvlərinin və azarkeşlərin təhlükəsizliyinə problem olmaycaq və Qran Pri vaxtında baş tutacaq.
Sayta qoyulub: 19:23 12.04.2012 (55 dəfə oxunub)
Lotus stüardların qərarından şikayət etməyəcək
Lotus komandası FİA-nın Çin Qran Prisindəki stüardlarının qərarından Apelyasiya məhkəməsinə şikayət etməyəcək - bir qədər əvvəl stüardlar komandanın şikayətini rədd edərək Mercedes AMG maşınlarına quraşdırılmış "ikiqat DRS" sistemini leqal hesab etmişdilər.
Sayta qoyulub: 17:11 12.04.2012 (72 dəfə oxunub)
Stüardlar Lotus-un şikayətini yekdilliklə rədd ediblər
Çin Qran Prisinin stüardları - Harri Konelli, Vinçenso Spano və Emanuele Pirro yekdilliklə Lotus komandasının şikayətini rədd ediblər - komanda Mercedes AMG maşınlarında quraşdırılmış "ikiqat DRS" sisteminin qeyri-leqal olmasından və texniki reqlamentə uyğiun olmamasından rəsmi şikayət etdmişdi.
Sayta qoyulub: 14:59 12.04.2012 (53 dəfə oxunub)
Lotus komandası Mercedes AMG-nin hava kanalından şikayət edib
Melburn və Malayziyada Red Bull və Lotus komandalarının nümayəndələri Mercedes AMG mühəndislərinin hazırladıqları hava kanalını leqal saymış FİA-nın texniki xidmətlərindən izahat tələb etmişdilər.
Sayta qoyulub: 10:55 12.04.2012 (61 dəfə oxunub)
J.Todt Bəhreyndəki vəziyyətlə əlaqədar məktub alıb
Komandaların nümayəndələrinin Formula1 rəhbərliyi ilə Bəhreyn yarışının keçirilməsi üzrə görüşü ərəfəsində FİA-nın prezidenti Jan Todt Britaniyanın Anti-terror komitəsinin keçmiş başçısı Con Yeytdən Krallıqdakı vəziyyətin pozitiv təhlili ilə məktub alıb.
Sayta qoyulub: 21:58 11.04.2012 (59 dəfə oxunub)
S.Fettel kunq-fu öyrənir
Mart ayında İnfiniti şirkəti qlobal reklam kampaniyasının başlanmasını elan edib, kampaniyanın siması ikiqat dünya çempionu Sebastyan Fettel olacaq.
Sayta qoyulub: 09:07 11.04.2012 (60 dəfə oxunub)
R.Kubitsa yenə sükan arxasına oturub
Bu il Robert Kubitsa artıq bir neçə dəfə sükan arxasına oturub - ciddi qəzadan sonra keçirdiyi bərpa prosesinin ayrılmaz bir hissəsi kimi həkimlər hər dəfə müəyyən əzələ qrupunun işləməsini öyrəniblər. Keçən şənbə günü polşalı sürücü Renault Clio Super 1600-ün sükanı arxasında 40 km məsafə qət edib.
Sayta qoyulub: 20:12 10.04.2012 (49 dəfə oxunub)
FOTA: "Komandalar Qran Prini ləğv edə bilməzlər"
FOTA aparatının başçısı Oliver Uaynqarten bu gün jurnalistlərə bildirib ki, Berni Ekklstounun bildirdiklərinin əksinə olaraq assosiasiyanın üzvü olan komandalar Bəhreyn Qran Prisi üzrə qərarın qəbul olunmasına təsir etməməyə çalışırlar...
Sayta qoyulub: 17:50 10.04.2012 (48 dəfə oxunub)
Z.əl Zayani: "Bəhreyn qonaqların qəbuluna hazırdır"
Bəhreyn beynəlxalq avtodromunun direktoru Zayed əl Zayani hesab edir ki, ölkədəki vəziyyətlə bağlı narahatlığı sadəcə "otaq müşahidəçiləri" və sosial şəbəkələrdəki fitnəkarlar qızışdırırlar...
Sayta qoyulub: 14:34 10.04.2012 (59 dəfə oxunub)
Red Bull və Renault-Nissan müqavilələrini uzadıblar
Red Bull komandası Renault-Nissan şirkətilə müqaviləsini uzadıb, şirkət komandanın rəsmi təchizatçısı statusunu saxlayıb və komandanı avadanlıqları daşımaq üçün nəzərdə tutulan yük maşınları ilə təmin edəcək.
Sayta qoyulub: 11:28 10.04.2012 (42 dəfə oxunub)
B.Ekklstoun: "Biz komandaları Bəhreynə getməyə məcbur edə bilmərik"
Bugünkü Times qəzetində bir daha Bəhreyndəki vəziyyət və komandaların mövqeyi təhlil olunub - deyəsən, komandalar yarışın ləğv olunmasını və ya təxirə salınmasını istəyirlər, çünki ölkədə iğtişaşlar hələ də davam edir və Qran Prinin təhlükəsiz keçirilməsi üçün ölkədə yarım-müharibə rejimi tətbiq olunmalıdır.
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<May 2012>
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031