Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış
Sayta qoyulub: 14:15 17.02.2012 (38 dəfə oxunub)
V.Petrov Caterham-in sürücüsüdür
Caterham F1 Team komandası elan edib ki, Vitaliy Petrovla müqavilə imzalanıb və bu gündən rusiyalı sürücü Yarno Trullini əvəz edəcək. Petrov komandanın bazasına baş çəkib, ondan oturacaq nümunəsi götürülüb - o, mövsümöncəsi testlərin Barselonada ikinci seriyasında sükan arxasında oturacaq.
Sayta qoyulub: 18:57 16.02.2012 (48 dəfə oxunub)
Yağış Barselonada komandaların işinə mane ola bilər
Xeres testlərində günəşli hava komandaların effektiv və məhsuldar işləməsinə şərait yaratmışdı - düzdür, səhərlər soyuq olsa da, ümumən, gün ərzində vəziyyət ideal olub. Qarşıda komandaları Barselonada ikinci və üçüncü test seriyaları gözləyir və bu dəfə hava proqnozu elə də qənaətbəxş deyil.
Sayta qoyulub: 15:20 16.02.2012 (60 dəfə oxunub)
Mercedes AMG yeni maşınını yoxlayıb (video)
Mercedes AMG Petronas komandası bu gün Silverstoun trasında yeni maşınını yoxlayıb - bu hadisənin həvəskar çəkilişləri internetdə yerləşdirilib, bir qədər sonra komanda öz saytında rəsmi çəkilişləri də yerləşdirib.
Sayta qoyulub: 18:11 15.02.2012 (55 dəfə oxunub)
FİA mövsümün təqvimini təsdiq edib
FİA-nın mətbuat xidməti bu gün qarşıdakı mövsümün rəsmi təqvimini təsdiq edib. Sonuncu versiyaya heç bir dəyişiklik edilməyib, əvvəlki versiya hələ keçən il Ümumdünya Şurasının iclasında təsdiq olunmuşdu, amma bəzi məqamlar diqqəti cəlb edir, məsələn, Ostində ABŞ Qran Prisində dövrələrin sayı və yarış məsafəsinin uzunluğu.
Sayta qoyulub: 12:30 15.02.2012 (46 dəfə oxunub)
Pirelli mövsümün ilk üç yarışına təkər tərkiblərini təyin edib
Pirelli şirkəti mövsümün ilk üç yarışında komandaların istifadə edəcəkləri təkər tərkiblərini müəyyən edib - Avstraliya və Çinə italiyalılar Medium və Soft tərkiblərini, Malayziyaya isə Medium və Hard tərkiblərini gətirəcəklər.
Sayta qoyulub: 17:09 14.02.2012 (62 dəfə oxunub)
Mercedes AMG yeni maşının təqdimatını anons edib
Mercedes AMG Petronas komandası bu gün rəsmən yeni maşınının təqdimatını anons edib - yeni W03 fevralın 21-də Barselonada mövsümöncəsi testlərin ikinci seriyasının ilk günü göstəriləcək...
Sayta qoyulub: 11:43 14.02.2012 (39 dəfə oxunub)
Bəhreyndə iğtişaşlar davam edir
Keçən il Bəhreyn Qran Prisi ölkədəki siyasi böhran üzündən təxirə salınmışdı. O zaman yarışın təşkilatçıları Ekklstouna yarış haqqını ödəmişdilər və bildirmişdilər ki, 2012-ci ildə yarışın keçirilməsi üçün əllərindən gələni edəcəklər, amma son günlərdə ölkədə vəziyyət yenidən kəskinləşib.
Sayta qoyulub: 18:08 13.02.2012 (66 dəfə oxunub)
BBC və Sky Sports 2012-ci ilin mövsümünə promo çarx hazırlayıblar (video)
Formula1 yarışlarını Britaniyada yayımlayan BBCSky Sports telekanalları 2012-ci il mövsümünə hazırladıqları promo çarxı təqdim ediblər.
Sayta qoyulub: 16:44 13.02.2012 (51 dəfə oxunub)
Bukmeykerlər 2012-ci ildə kimi qalib görürlər?
Britaniyanın məşhur William Hill idarəsinin bukmeykerləri qarşıdakı mövsümdə sürücülərin qələbə şanslarını yenidən qiymətləndiriblər, hərçənd, ümumən heç nə dəyişməyib - sürücülərin reytinqində Sebastyan Fettel, Mühəndislər Kubokunda isə Red Bull komandası liderliklərini davam etdiriblər...
Sayta qoyulub: 13:30 13.02.2012 (45 dəfə oxunub)
D.Klos Hispania-nın ehtiyat sürücüsüdür
Hispania komandası Dani Klosla 2012-c il mövsümü üçün ehtiyat sürücü müqaviləsi imzalayıb. Komandanın mətbuat xidmətinin verdiyi xəbərə görə, 23 yaşlı sürücü komandanın tamhüquqlu üzvü olacaq və bütün Qran Prilərdə komanda ilə birlikdə qatılacaq.
Sayta qoyulub: 11:11 13.02.2012 (51 dəfə oxunub)
"Senna" filmi daha iki mükafat alıb
Dünən axşam Londonda "Senna" filmi BAFTA mərasimində daha iki mükafat alıb - Britaniyanın BAFTA mərasimi Amerikanın Oskar mərasiminin analoqudur. "Senna" filmi sənədli kino və Ən yaxşı montaj nominasiyalarında mükafata layiq görülüb.
Sayta qoyulub: 15:35 12.02.2012 (74 dəfə oxunub)
Yeni maşınların burunları
Formula1 üzrə 63-cü dünya çempionatının startına bir ay vaxt qalır, artıq çempionat iştirakçılarından doqquz komanda yeni maşınını təqdim edib. Builki maşınları əvvəlkilərdən xarici görünüşünə görə yeni reqlamentə əsasən burun elementindəki "pillə" fərqləndirir.
Sayta qoyulub: 11:48 12.02.2012 (73 dəfə oxunub)
Ferrari və McLaren-in qazburaxma sistemi leqal elan olunub
Mövsümöncəsi testlərin Xeresdəki birinci seriyası günlərində bəzi komandaların maşınlarında, xüsusən də McLaren MP4-27 və Ferrari F2012 maşınlarında quraşdırılmış qazburaxma sistemləri hamının diqqətini və marağını cəlb edib - FİA-nın ekspertləri də kənarda qalmayıblar. Amma Xeresdə hər iki maşının bu texniki elementi federasiyanın texniki nümayəndəsi Çarli Uaytinqin icazəsini alıb.
Sayta qoyulub: 17:14 11.02.2012 (71 dəfə oxunub)
Xeres testlərinin yaddaqalan anları (video)
Mövsümöncəsi testlərin ilk seriyası arxada qalıb, indi komandalar bazalarında ilk testlərdən topladıqları məlumatları təhlil edirlər. Fevralın 21-də testlərin ikinci seriyası Barselonada start alacaq.
Sayta qoyulub: 14:31 11.02.2012 (46 dəfə oxunub)
Caterham komandası Xeresdə qalıb
Xeres testlərini başa vurduqdan sonra Formula1 komandaları öz bazalarına qayıdıblar, yalnız Caterham komandası Xeresdə qalıb: şənbə günü komanda reklam çarxlarının çəkilişi üçün avtodromu icarəyə götürüb. Komandanın mətbuat xidməti bildirib ki, testlər şəxsi xarakter daşıdığı üçün avtodroma jurnalistlər və azarkeşlər buraxılmayıb.
Sayta qoyulub: 10:54 11.02.2012 (61 dəfə oxunub)
Xeres testlərinin ümumi cədvəlləri
Mövsümöncəsi testlərin birinci seriyası arxada qalıb. Biz dördgünlük testlərin nəticələrini bir cədvələ toplamışıq. Komandalar öz proqramları üzrə işləyiblər, çənlərdə yanacağın miqdarı da fərqli olub, maşının sürəti barədə heç nə söyləmək mümkün olmasa da, azarkeşlər ümumi vəziyyəti qiymətləndirə bilərlər...
Sayta qoyulub: 17:36 10.02.2012 (52 dəfə oxunub)
Red Bull yarım marafona hazırlaşır
Red Bull komandasının başçısı və komandanın texniki departamentinin başçısı Ədrian Nyui xeyriyyə yarım marafonunun startına çıxmağa hazırlaşırlar - tədbir Silverstounda baş tutacaq. Tədbirin məqsədi Red Bull şirkətinin təsis etdiyi Wings for Life fonduna vəsaitin toplanmasıdır.
Sayta qoyulub: 15:19 10.02.2012 (72 dəfə oxunub)
Paddokda Mercedes-in ön antiqanadı ilə maraqlanırlar
Mercedes AMG komandası mövsümöncəsi testlərin Xeresdə birinci seriyasında keçənilki şassidən istifadə etməsinə baxmayaraq, komanda 2012-ci ilin maşını üçün hazırlanmış bir çox yenilikləri yoxlamaq qərarına gəlib. Ekspertlərin diqqətini xüsusi hava kanalı ilə təchiz olunmuş ön antiqanad cəlb edib.
Sayta qoyulub: 11:10 10.02.2012 (46 dəfə oxunub)
Yeni Hispania şassisi krəş-testi keçə bilməyib
Hispania komandasının yeni mövsümə hazırladığı maşın Barselonada mövsümöncəsi testlərin ikinci seriyasına gətirilməyəcək - yeni şassi FİA-nın məcburi krəş-testini keçə bilməyib. İndi komanda təchizatçılara müraciət edib ki, bəzi elementlərin bərkliyini artırsın, buna müəyyən qədər vaxt tələb olunur, ən yaxşı halda yeni maşın sonuncu testlər seriyasında - martın 1-də debüt edə bilər.
Sayta qoyulub: 16:32 09.02.2012 (45 dəfə oxunub)
H.Kovalaynen İMG Worldwide şirkətilə müqavilə bağlayıb
Caterham komandasının sürücüsü Heykki Kovalaynen İMG Worldwide şirkətilə müqavilə imzalayıb - şirkət onun karyerası ilə məşğul olacaq, Heykkinin şəxsi meneceri Martin Anai olacaq.
Sayta qoyulub: 13:24 09.02.2012 (44 dəfə oxunub)
J.Byanki qəzaya uğrayıb
Xeres testlərinin üçüncü günü sessiyaya start veriləndən bir saat keçməmiş marşallar qırmızı bayraqlara əl atmalı olublar - Jül Byanki qəzaya uğrayıb.
Sayta qoyulub: 11:55 09.02.2012 (45 dəfə oxunub)
D.Koton Həmiltonun meneceri təyin olunub
Mika Hakkinenin keçmiş meneceri Didye Kotonun Lyuis Həmiltonun karyerası ilə məşğul olması barədə şayiələr hələ 2010-cu ilin martında mətbuatda yayılmışdı, amma britaniyalı sürücü sonda yarışlara aidiyyatı olmayan, amma idmançı və artistlərlə aktiv işləyən XIX Entertainment şirkəti ilə müqavilə imzalamışdı.
Sayta qoyulub: 16:23 08.02.2012 (45 dəfə oxunub)
A.Sutil məhkəmə qərarından şikayət edəcək
Adrian Sutil və onun vəkili Münhen məhkəməsinin qərarına apelyasiya vermək firindədirlər - məhkəmə Adrianı Erik Lyuksla insidentdə təqsirkar bilərək 18 ay azadlıqdan şərti mərhum etməklə 200 min Avro məbləğində cərimə etmişdi.
Sayta qoyulub: 11:08 08.02.2012 (44 dəfə oxunub)
Ostində işlər qrafikə uyğun gedir
Texas ştatının mərkəzində qış yağışları yağır, amma hava Circuit of The Americas (СОТА) avtodromunun tikintisinə təsir etmir. Gələcək avtodromun mətbuat xidmətinin bildirdiyinə görə, tikinti işləri həftənin altı günü davam edir və daimi işçilərin sayı artıq 400 nəfəri keçib.
Sayta qoyulub: 12:17 07.02.2012 (58 dəfə oxunub)
Mövsümöncəsi testlər başlayıb!
Formula1 çempionatının 2012-ci il mövsümünün ilk rəsmi test sessiyası start alıb - yerli vaxtılə saat 9:00-da (Bakı vaxtılə saat 12:00) İspaniyanın Xeres avtodromunda mövsümün yeni maşınlarının motor səsləri yüksəlib. Hələlik havanın temperaturu cəmi +10 dərəcədir, rütubət isə yüksəkdir.
Sayta qoyulub: 11:53 07.02.2012 (41 dəfə oxunub)
Williams yeni FW34-ü təqdim edib
Bu gün səhər Xeres avtodromunda Williams komandası yeni FW34 maşınını təqdim edib. Maşının burun elementində mövsümə xas olan "pillə" görünür, arxa hissəsi isə çox səliqəli və kompaktdır.
Sayta qoyulub: 20:31 06.02.2012 (47 dəfə oxunub)
Toro Rosso yeni STR7-ni təqdim edib
Bu gün axşam Toro Rosso komandası 2012-c il mövsümü üçün hazırladığı yeni maşınını təqdim edib. Xeres avtodromunda komandanın boksları önündə Daniel Rikkardo və Jan Erik Vern yeni STR7-nin üzərindən pərdəni çəkiblər.
Sayta qoyulub: 17:12 06.02.2012 (53 dəfə oxunub)
Red Bull yeni RB8-i təqdim edib
Bu gün son iki ilin çempionu Red Bull komandası 2012-ci il mövsümü üçün hazırladığı yeni maşınını təqdim edib. Keçən il olduğu kimi yeni maşın mövsümöncəsi testlərə qədər hazırlanıb, amma bu dəfə təqdimat mərasimi virtual olub - komandanın rəsmi saytında yeni maşının şəkilləri və məsul şəxslərin müsahibələri dərc olunub. Sabah RB8 Xeres testlərində debüt edəcək və ilk iki günü sükan arxasında Mark Uebber işləyəcək...
Sayta qoyulub: 12:52 06.02.2012 (45 dəfə oxunub)
Sauber yeni C31-i təqdim edib
Mövsümöncəsu testlərə bir gün qalmış Sauber komandası yeni maşınını təqdim edib. Xeres avtodromunun start düzlüyündə Kamui Kobayaşi və Serxio Peres C31-in üzərindən pərdəni çəkiblər, sonra jurnalistlər qısa mətbuat konfransına dəvət olunublar.
Sayta qoyulub: 20:16 05.02.2012 (43 dəfə oxunub)
Lotus yeni E20-ni təqdim edib
Bu gün bir qədər əvvəl Lotus komandası rəsmi saytında 2012-ci il mövsümü üçün hazırladığı E20 şassisinin onlayn təqdimatını keçirib - E20 komandanın Ənstoundakı bazasında hazrılanmış iyirminci maşındır.
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829