Melburnda yarışın startına 20 dəqiqə qalmış yağış başlayıb, sürücülər trasa sliklərlə çıxsalar da, start düzlüyündə mexaniklər maşınlara keçid təkərlərini taxıblar. Virgin komandasının hər iki sürücüsü pit-leyndən start alıb, Yarno Trulli isə hidravlik problemlər üzündən starta çıxmayıb.
Bu gün Melburnda hava soyuqdur, göyün üzünü buludlar örtüb, hava proqnozu yağış vəd etsə də, tras quru qalıb. Səhər sərbəst yürüşlərdə Mark Uebberin göstərdiyi yüksək nəticə sıralanma turunun gərgin keçəcəyini vəd edib - mövsümün əvvəlində bir çoxları hesab edirdilər ki, maşının uzunluğunun artması, çəkisinin artması və qabaq təkərlərin ensizləşməsi keçən illə müqayisədə sürətləri aşağı salacaq, amma sıralanma turu bunun əksini sübut edib.
Şənbə sərbəst yürüşlərinə yerli azarkeşlərin sevimlisi Mark Uebber başçılıq edib - ev trasında Mark uik-endin ən yaxşı nəticəsini göstərib: 1:24.719 – bu Rubens Barrikellonun keçən il sıralanma turunun ikinci sessiyasında göstərdiyi nəticədən yaxşıdır.
Nahardan sonra cümə yürüşlərinin gedişinə yağış mane olub - sessiyanın əvvəlində və ortasında qısa müddət ərzində yağış sürücülərin və komandaların planalrını dəyişib, sürücülər çox qısa vaxt kəsiyində quru trasda işləyə biliblər.
Robert Kubitsa cümə səhər yürüşlərinin protokollarına başçılıq edib, polşalı sürücü 1:27 saniyədən çıxmış yeganə sürücü olub.
Son hava proqnozu Avstraliya uik-endinə isti hava və az ehtimalla yağış vəd edir. Cümə günü səmanın üzünü buludlar örtəcək, hava isə +26° C-yə kimi qızacaq, yağışın yağma ehtimalı 20%-dir.
Britaniyanın məşhur William Hill idarəsinin bukmeykerləru Avstraliya Qran Prisində sürücülərin şanslarını qiymətləndiriblər. Bukmeykerlər yarışın qalibi reytinqində Fernando Alonsonu favorit hesab edirlər, ikiqat dünya çempionu Sebastyan Fetteli azca qabaqlayır. Alonsonun komanda yoldaşı Felipe Massa üçüncü, Fettelin komanda yoldaşı Mark Uebber isə beşincidir - Lyuis Həmilton yerli azarkeşlərin sevimlisini qabaqlayıb.
Bu il Bridgestone şirkəti mövsümün gedişində komandalara dörd təkər tərkibi təqdim edəcək - SuperSoft, Soft, Medium və Hard – hər uik-endə iki təkər tərkibi. Tərkiblərin adları dəyişməsə də, konstruktivləri yenilənib, bununla da təkərlərin qızdırılmasına sərf olunan vaxt azalıb və resursları artıb.
Qran Pridə baş verə biləcək hadisələr:
Avstraliya trasının statistikası...
Avstraliya trasının xüsusiyyətləri...
|