Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS
Sayta qoyulub: 20:56 04.03.2010 (22 dəfə oxunub )
Hispania Racing F1 Team - HRT-Dallara (video)
Bu gün Ispaniyanın Mursiya şəhərində Formula1 komandalarından ən sonuncusunun təqdimat mərasimi keçirilib - Hispania Racing F1 Team yeni maşınını toplaşanlara göstərib. İtaliyanın Dallara şirkətinin hazırladığı şassiyə Cosworth motoru qoyulub, şassı əsasın bozrəngə boyanıb, ağ-çəhrayı zolaqlar komandanın yeganə sponsorunun rəngləridir. Diqqəti maşının burun elementinin çox aşağı olması cəlb edir.
Sayta qoyulub: 22:47 12.02.2010 (68 dəfə oxunub )
Lotus F1 Racing - T127 (video)
Bu gün Lotus komandası öz maşınını Londonda təqdim edib. İdman mətbuatının əksəriyyəti Xeresdə testləri izlədiyindən, keçmişin əfsanəvi komandasının ənənəvi rənglərinə boyanmış yeni maşın Vestminsterdə Royal Horticultural Hall sərgi salonunda nümayiş olunub. Yeni maşın T127 adını alıb.
Sayta qoyulub: 14:31 10.02.2010 (70 dəfə oxunub )
Red Bull Racing - RB6
Bu gün Xeres testləri başlamamışdan əvvəl Red Bull Racing komandası yeni maşınını toplaşanlara nümayiş etdirib. Bununla da çempionatın keçənilki iştirakçılarının hamısı yeni maşınlarını nümayiş etdiriblər - komanda birinci testlərə qatılmamışdı ki, aerodinamik boruda işləri tam başa vursun, nəticədə yeni maşının debütü praktiki olaraq keçənilki debütləü st-üstə düşüb - keçən il RB5 Xeresdə fevralın 9-da nümayiş olunmuşdu.
Sayta qoyulub: 14:57 09.02.2010 (51 dəfə oxunub )
Force İndia F1 Team - VJM03 (video)
Mövsümöncəsi testlərin ikinci seriyasının başlamasına bir gün qalmış Force İndia komandası yeni maşınını təqdim edib. Virgin Racing komandasında olduğu kimi, bu dəfə də təqdimat virtual olub - komanda yeni maşının şəkillərini rəsmi saytında dərc edib.
Sayta qoyulub: 18:48 03.02.2010 (70 dəfə oxunub )
Virgin Racing - VR-01 (video)
Bu il komandalar təqdimat mərasimlərini cürbəcür keçirirlər. Kimsə, McLaren kimi, öz maşınını klassik stildə göstərir, kimsə, Mercedes kimi, yalnız rəng çalarlarını göstərir, kimsə, Williams kimi, yeni maşını birbaşa trasa buraxır. Virgin komandası isə özünəməxsusluğu ilə seçilib - komandanın təqdimatı virtual olub, mərasimi isə komandanın titul sponsoru, həmsahibi, Virgin Group şirkətlər qrupunun başçısı Riçard Brənson açıb...
Sayta qoyulub: 20:40 01.02.2010 (60 dəfə oxunub )
AT&T WilliamsF1 Team - FW32
Williams komandası Valensiya testlərinə rəsmi təqdimat mərasimi keçirmədən başlayan yeganə komanda olub - bu gün səhər Rubens Barrikello yeni FW32-nin sükanı arxasına oturub və onu trasa çıxarıb.
Sayta qoyulub: 18:31 01.02.2010 (62 dəfə oxunub )
Scuderia Toro Rosso - STR5
Mövsümöncəsi qış testlərinin Valensiyada başlamış birinci seriyasının ilk günü Scuderia Toro Rosso komandası yeni maşınını nümayiş etdirib. Komanda çempionatda beşinci mövsümə başlayır, amma STR5 komandanın özünün hazırladığı ilk maşındır. Qısa rəsmi mərasimi komandanın başçısı Frans Tost açıb...
Sayta qoyulub: 22:46 31.01.2010 (64 dəfə oxunub )
Renault F1 Team - R30 (video)
Yerli vaxtla saat 16:30-da Sauber komandasının təqdimat mərasimi qurtardıqdan sonra Valensiyada Renault F1 Team komandası yeni R30 maşınını nümayiş etdirib - komanda bu maşına böyük ümidlər bəsləyir və güman edir ki, bu maşın mütəmadi olaraq podium qazanmağa imkan verəcək.
Sayta qoyulub: 21:41 31.01.2010 (89 dəfə oxunub )
BMW Sauber F1 Team - C29
Bu gün yerli vaxtla saat 14:30-da BMW Sauber F1 Team komandası 2010-ci il mövsümü üçün hazırladığı yeni maşınını təqdim edib. Mərasim Rikardo Tormo adına Valensiya avtodromunun pit-leynində fotosessiya ilə başlayıb, Pedro de la Rosa və Kamui Kobayaşi pərdəni çəkiblər və jurnalistlər üzərinə heç bir sponsor loqotipi yapşdırılmamış yeni maşını görüblər - komanda təqdimat mərasiminə qədər yalnız İsveçrənin Certina şirkəti ilə müqavilə bağlaya bilib...
Sayta qoyulub: 17:49 29.01.2010 (64 dəfə oxunub )
Vodafone McLaren Mercedes - MP4-25 (video)
Bu gün yerli vaxtla saat 11:00-da Vodafone McLaren Mercedes komandası Vodafone-nin Nyuberidə Britaniya şöbəsinin mənzil qərargahında yeni maşınını nümayiş etdirib. Eyni zamanda komandanın rəsmi saytında təqdimat mərasimi canlı olaraq yayımlanıb və yayım zamanı heç bir texniki problemlər yaşanmayıb. Mərasimi komandanın başçısı Martin Uitmarş açıb, o Mercedes Motorsport-un vitse prezidenti Norbet Hauqun müəyyən səbəblər üzündən mərasimdə iştirak etməməsindən təəssüflənib və komandanın qarşısında duran vəzifələrdən danışıb...
Sayta qoyulub: 20:34 28.01.2010 (62 dəfə oxunub )
Scuderia Ferrari Marlboro - F10 (video)
Ferrari-nin Maranelloda təşkil etdiyi 2010-cu il maşınının təqdimat mərasimi çox təmtəraqlı keçib - mərasimdə iştirak edənlər müəyyən bir müddətə iqtisadi böhranı, Formula1-in yönəldiyi məsrəflərin azaldılması istiqamətini və digər çətinlikləri unudublar. Amma belə bir mərasimə səbəb var idi: indi Skuderiyada ikiqat dünya çempionu Fernando Alonso çıxış edəcək, yeni maşının hazırlanmasına isə Ferrari mühəndisləri keçən ilin yayından başlamışdılar - hamı ümid edir ki, yeni maşın keçən ilin uğursuzluqlarını unutduracaq.
Sayta qoyulub: 16:21 25.01.2010 (64 dəfə oxunub )
Mercedes GP Petronas F1 Team - MGP W01 (video)
2010-cu il mövsümü Mercedes GP komandasının Ştutqartda təqdimat mərasimi ilə başlayıb, amma bu yeni maşının ənənəvi təqdimatı deyildi, bu dəfə Mercedes-in muzeyinə toplaşanlar keçənilki Brawn GP maşınının üzərinə vurulmuş rəng çaları ilə və komandanın yeni sürücüləri ilə tanış olublar.
XƏBƏR ARXİVİ
<Mart 2010>
B.e Ç.a Ç C.a C Ş B
01020304050607
08091011121314
15161718192021
22232425262728
293031
Netty2010-İştirakçı