MONAKO QP CANLI YAYIMDA:

26 may, 16:50 - Sıralanma turu
27 may, 16:30 - Yarış
Sayta qoyulub: 22:29 22.01.2009 (257 dəfə oxunub)
Ferrari yeni maşının mövsümdə ilk dördgünlük testlərini başa çatdırıb. İlkin olaraq komanda Portuqalianın Alqarve avtodromunda test keçirməyi planlaşdırsa da, sonradan pis hava proqnozu üzündən testləri ev trası sayılan Mücelloda keçirməyi qərar almışdı. Testlərin ilk üç günü Portuqaliyada olduğu kimi İtaliyada da yağışlı olub, amma dünən nahardan sonra tras qurumağa başlayıb və bu gün Felipe Massa tam quru trasa sliklərlə çıxıb. Komanda quru asfaltda yeni Bridgestone təkərlərinin işi barədə kifayət qədər məlumat toplaya bilib.
Sayta qoyulub: 22:13 22.01.2009 (287 dəfə oxunub)
Portuqaliyanın Portimao şəhərinin Alqarve avtodromuna toplaşmış komandaları hava şəraiti üç gün ərzində yağış və dolu ilə sınağa çəkib. Bu gün səhər isə sessiya ümumiyyətlə təxirə salınıb - səhər tibbi helikopterin uçmasına şərait olmayıb, tras bağlanıb. Komandalar nahara kimi havanın düzəlməsini gözləsələr də bu baş verməyib və mexaniklər avadanlıqları toplamağa başlayıblar.
Sayta qoyulub: 23:27 21.01.2009 (299 dəfə oxunub)
Alqarve, 21 yanvarMart ayında Formula1-də debüt edəcək gənc isveçrəli sürücü Sebastyen Buemi Portimaoda Alqarve avtodromunda keçirilən mövsümün ilk testlərdinə üç gündür ardıcıl olaraq liderlik edir, Toro Rosso-nun sükanı arxasında Buemi 128 dövrə vurub və ən sonuncusunda da ən yaxşı nəticə göstərib.
Sayta qoyulub: 22:57 21.01.2009 (276 dəfə oxunub)
Bu gün Ferrari yeni F60-ın testlərini davam etdirib, bu dəfə sükan arxasına Felipe Massa əyləşib. Mücelloda hava bir qədər yaxşılaışb, günorta hətta bir az gün də çıxıb, amma tras tam qurumayıb. Massa 104 dövrə vurub və 1:33.353 nəticə göstərib.
Sayta qoyulub: 22:41 21.01.2009 (314 dəfə oxunub)
Bu gün Robert Kubitsa intensiv test proqramını yerinə yetirməyə davam edib, polşalı sürücü yeni BMW Sauber-in sükanı arxasında 99 dövrə vurub. Rəsmi xronometrajın göstəriciləri bildirilmir. Səhər Kubitsa gözlənilmədən trasın ortasında dayanıb, amma komanda bildirib ki, maşının baklarında yanacaq qurtarıb və bu proqramda belə nəzərdə tutulmuşdu.
Sayta qoyulub: 23:06 20.01.2009 (281 dəfə oxunub)
Alqarve, 20 yanvarSebastyen Buemi Alqarve avtodromunda testlərin ikinci günü protokollara başçılıq edib. Yeni Portuqaliya trasında hava şəraiti dünənki kimi yağışlı olub, axşama yaxın isə hətta dolu yağıb. Toro Rosso keçənilki maşının keçid versiyası ilə işini davam etdirib - Buemi 48 dövrə vurub və ikinci olmuş McLaren-in test pilotu Pedro de la Rosanı 3 saniyə qabaqlayıb.
Sayta qoyulub: 22:56 20.01.2009 (368 dəfə oxunub)
Mücello, 20 yanvarFerrari komandası yeni F60-ın Mücelloda testlərini davam etdirir. Dünən olduğu kimi hava bu gün də yağışlı olub və tras bütün günü nəm olub. Kimi Rəykkönen cəmi 42 dövrə vurub və 1:33.920 nəticə göstərib. Sabah finlandiyalı sürücünü komanda yoldaşı Felipe Massa əvəz edəcək...
Sayta qoyulub: 22:26 20.01.2009 (317 dəfə oxunub)
Rəsmi təqdimat mərasimi başa çatdıqdan sonra BMW Sauber komandası yeni maşının ilk testlərinə başlayıb. Alqarve və Mücellodan fərqli olaraq Valensiyada hava günəşli olub. Robert Kubitsa ilk gün üçün ciddi məsafə qət edib - 292 km (73 dövrə), ən yaxşı nəticə barədə komanda məlumat verməyib...
Sayta qoyulub: 23:46 19.01.2009 (333 dəfə oxunub)
Alqarve, 19 yanvar2008-cil mövsümü başa çatdıqdan sonra komandalar testlərdə keçənilki maşınların keçid versiyaları ilə işləyirdilər, yalnız BMW Sauber və Williams komandaları yeni maşının bəzi aerodinamik elementlərini göstərmişdilər, lakin yeni ilin ilk testinə birdə-birə dörd komanda yeni maşınla gəlib. Beləliklə, bu gündən 2009-cu ilin mövsümü start götürüb!
Sayta qoyulub: 23:25 19.01.2009 (298 dəfə oxunub)
Mücello, 19 yanvarFerrari komandası keçən həftə testləri pis hava üzündən Alqarvedən Mücelloya keçirdiyinielan etmişdi, amma bu gün yerli trasda da hava yaşı olmayıb - bütün gün ərzində yağış yağıb.

Bu gün F60-ın sükanı arxasında Kimi Rəykkönen işləyib, finlandiyalı sürücü 54 dövrə vurub və 1:34.430 nəticə göstərib. Sabah Kimi testləri davam etdirəcək, sonrakı iki gün sükan arxasına Felipe Massa əyləşəcək...
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<May 2012>
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031