 Bu gün Xeresdə Williams və McLaren qış testləri proqramına son qoyublar. Protokollara Kazuki Nakacima başçılıq edib, yapon sürücünün nəticəsi həm günün, həm həftənin, həm də trasın yeni rekordudur.
 Bu gün iki komanda Xeres testlərini davam etdirib. Protkollara Heykki Kovalaynen başçılıq edib - McLaren mühəndisləri aerodinamika ilə işləməyi davam etdiriblər və müəyyən qədər inkişafa nail olublar: Heykki MP4-24 üçün həftənin ən yaxşı nəticəsini göstərib və Censon Battonun dünənki rekorduna cəmi 0.4 saniyə uduzub. Kovalaynen yeni elementlərin effektliyini yoxlayıb, yarışı imitasiya edib, sabah komanda qış testlərinə son qoyacaq.
 Censon Batton Xeres testlərinin üçüncü günü protokollara başçılıq edib. Beləliklə, birgünlük fasilədən sonra testlərin ilk sətri yenidən Ross Braunun komandasına qayıdıb, həm də britaniyalı sürücü tras üçün yeni rekorda imza atıb. Niko Rosberq Censondan cəmi 0.2 saniyə yavaş olub.
 Fernando Alonso Xeres testlərinin ikinci günü protokollara başçılıq edib və ən yaxşı dövrəsində ikinci olmuş Rubens Barrikellonu 0.05 saniyə qabaqlaya bilib. İspan sürücü ən yaxşı nəticəsini axşama yaxın göstərib, nahardan əvvəl isə o bir neçə uzun seriyalı dövrələr vurub.
 Çempionatın startına iki həftə qalmış Xeresdə mövsümöncəsi testlərin son seriyası start alıb. İspaniyaya test limitini doldurmamış dörd komanda gəlib - McLaren, Renault, Williams və Brawn GP. İlk günün protokollarına Rubens Barrikello başçılıq edib. Braziliyalı sürücü 102 dövrə vurub.
 Səhər testlər sıx duman üzündən bir saatlığa təxirə salınıb. Tibb helikopteri lazım olan anda səmaya qalxa bilmədiyindən tras bağlanıb. Amma sonradan duman çəkilib və sürücülər yaxşı havada işləyiblər. Rubens Barrikello Barselona testlərinin son günü protokollara başçılıq edib, braziliyalı sürücü həftənin rekorduna imza atıb, Brawn GP-nin yeni maşını çox sürətli alınıb, maraqlıdır ki, görəsən BGP01 Melburnda da belə sürətli olacaq?
 Braunun yeni komandası hamını təəccübləndirməkdə davam edir - Barselona testlərinin üçüncü günü protokollara Censon Batton başçılıq edib. Britaniyalı sürücü nəniki ən yaxşı dövrəsində yaxın rəqibindən bir saniyə sürətli olub, həm də iki yarışlıq məsafə qət etməklə yeni maşının çox etibarlı olmasını sübut edib. Hazırda uğurlu nəticələr komanda üçün olduqca vacibdir, komandanın heç bir sponsoru yoxdur, amma bu nəticə ilə Batton keçənilki yarışa pouldan qatıla bilərdi.
 Barselona testlərinin ikinci günü hava yaxşı olub, düzdür, səhər komandalar axşamkı yağışdan sonra nəm trasda işə başlayıblar, amma tezliklə göyün üzü açılıb və asfalt tez quruyub. Kimi Rəykkönen ptokollara başçılıq edib. Ferrari maşının sazlanmasının müxtəlif varinatlarını müqayisə edib və yarış uik-endini imitasiya edib, amma KERS-in soyutma sistemindəki problem üzündən iş yarımçıq dayandırılıb. Belə bir problem isti Bəhreyndə də yaranmışdı, indi isə soyuq Barselonada bir daha təkrar olunub. İnsidentə qədər Kimi 55 dövrə vurub, sabah onu Felipe Massa əvəz edəcək. Testləri Mixael Şumaher komandanın boksundan izləyib.
 Bu gün Barselonada mövsümöncəsi qış testlərinin vacib seriyası start götürüb, faktiki olaraq çempionatdan əvvəl qüvvələr nisbətini qiymətləndirmək üçün bu son imkandır - gələn həftə Xeres testlərinə heç də bütün komandalar qatılmayacaqlar, onların bir çoxu icazə verilən test limitini bu həftə dolduracaqlar. Bu gün Barselonada jurnalistlər iki debütün şahidi olublar - Toro Rosso və Brawn GP komandaalrının yeni maşınları. Səhər Barselonaya yağış yağıb və komandalar testlərə nəm asfaltda başlayıblar, amma sonra hava soyuq olsa da tras quruyub.
 Xeres testlərinin son günü Nik Haydfeld ən sürətli sürücü olub, alman sürücü həm də BMW F1.09-un sükanı arxasında günün ən böyük məsafəsini qət edib - 123 dövrə. Nik ikinci yeri tutmuş Kimi Rəykköneni 0.3 saniyə qabaqlaya bilib. Ferrari bu gün motorun və ötürmələr qutusunun etibarlılığı ilə, müxtəlif təkər tərkiblərinin davranışının öyrənilməsi iləvə bəzi aerodinamik elementlərin effektliyinin qiymətləndirilməsi ilə məşğul olub.
 Bu gün Xeresdə yağış bir neçə dəfə sürücüləri narahat edib, amma əsas problem güclü külək olub. Protokollara Fernando Alonso başçılıq edib, ispan sürücü 129 dövrə vurub və Kimi Rəykköneni 0.3 saniyə qabaqlaya bilib. Finlandiyalı sürücü səhər uzun dövrələr seriyası edib, nahardan sonra isə maşının etibarlılığını yoxlaylıb. Nik Haydfeld isə üçüncü olub. Alman sürücü yeni maşının mexaniki sazlanmaları ilə məşğul olub.
 Dünən gecə Xeresdə leysan yağış yağıb, amma səhər göyün üzü açılıb və bir neçə saatdan sonra tras quruyub, bununla da komandalar quru asfaltda işləmək imkanı alıblar. Üçüncü günün protokollarına Timo Qlok başçılıq edib, alman sürücü ən yaxşı nəticəsini axşama yaxın sıralanma turunu imitasiya edərkən göstərib, nahardan əvvəl isə o yarışı uğurla imitasiya edib. Sabah onu Yarno Trulli əvəz edəcək.
 Çox maraqlıdır, bu il komandaların bəxti hava sarıdan heç gətirmir. Yeni reqlament, yeni aerodinamika, KERS - bunlar hamısı məchullardır, üstəlik mövsümün gedişində testlərin qadağası, hələ bu azmış kimi hər bir test sessiyasını hava şəraitinə görə qısaltmaq lazım gəlir. Bu gün isə sürücüləri güclü yağış gözləyirdi...
 Baharın ilk günü Xeres mövsümöncəsi testlərində çempionatın səkkiz komandası bir araya gəlib. Avstraliya Qran Prisinə dörd həftədən az vaxt qalıb və bütün komandalar testlərə yeni maşınlarla gəliblər. Səhər isə McLaren Mercedes aqreqatları qoyulmuş yeni Force İndia VJM02 maşını debüt edib, ona görə də qarşıdakı günlər qüvvələr nisbətini müəyyən etmək üçün maraqlı olacaq. Hava proqnozu yağış vəd etsə də, trasa bir neçə dəfə kişik yağışlar yağıb və testlər demək olar ki, dayanmayıb. Ən yaxşı nəticəni isə Sebastyen Fettel göstərib - Red Bull sürücüsü 87 dövrə vurub və rəqiblərindən bir saniyədən çox sürətli olub.
 Çempionatın üç komandası - Ferrari, BMW Sauber və Toyota bu gün iki dördgünlük Bəhreyn testlərini başa vurublar. Əgər keçən həftə komandaların işinə hava mane olmuşdusa (qum fırtınası üzündən avtodrom iki gün bağlı qalmışdı), bu həftə hər şey qaydasında olub - səmadan günəş əskik olmayıb, səhradan trasa qum gətirə biləcək külək əsməyib. Testlərin sonuncu günü isə protokollara Felipe Massa başçılıq edib.
 Timo Qlok Bəhreyn testlərinin üçüncü günü ən yaxşı nəticəyə imza atıb. Alman sürücü sükan arxasında Yarno Trullini əvəz edib və 132 dövrə vurub, o sazlanmalarla işləməyi davam etdirib. Sabah Timo testləri başa vuracaq.
 Kimi Rəykkönen Bəhreyn testlərinin ikinci günü protokollara başçılıq edib. Səhər finlandiyalı sürücü 40 dövrə vurub, F60-ın konfiqurasiyasının müxtəlif variantlarını yoxayıb, lakin KERS-in soyutma sistemindəki problem üzündən boksda 3 saatdan çox ləngiməli olub. Komandanın mətbuat relizində belə bir təcrübənin faydalı olması göstərilib. Kimi trasa qayıtdıqdan sonra iki itin trasa çıxması üzündən testlər bir daha dayandırılıb - heyvanlar trasdan çıxarıldıqdan sonra testlər davam etdirilib...
 İkigünlük fasilədən sonra çempionatın üç komandası - Ferrari, BMW Sauber və Toyota Bəhreyndə Saxir trasında testlərini davam etdiriblər. Dördgünlük test seriyasının elə birinci günündə hava əla olub. Protokollara isə BMW Sauber komandasının test pilotu Kristian Klin başçılıq edib, avstriyalı sürücü həm də günün ən böyük məsafəsini qət edib. Komanda mexanika və aerodinamika ilə işləyib, müxtəlif tərkibli sliklərin xarakteristikalarını müqayisə edib. Sabah Klini Nik Haydfeld əvəz edəcək...
 Sebastyen Burde Xeres testlərinin son günü protokollara başçılıq edib. Keçənilki maşının keçid versiyası ilə işləyən fransalı sürücü günün ən böyük məsafəsini qət edib - 117 dövrə. Sürücü yarışı imitasiya edib, komanda isə bu zaman Bridgestone sliklərinin üç müxtəlif tərkiblərini yoxlayıb. Kiçik mexaniki problemlər üzündən testləri rəqiblərinə nisbətən bir saat tez başa vurmalarına baxamayaraq, komanda nəzərdə tutduğu proqramı tam yerinə yetirib. Bu testlər STR3 üçün sonuncu olub - maşın keçən ilin Monako yarışında debüt etmiş və Monsada qalib gəlmişdi, gələn testlərə komanda artıq yeni STR4-lə çıxacaq.
 Cümə günü ayın 13-ü olmasına baxmayarq Bəhreynə toplaşmış üç komanda üçün bu gün uğurlu olub. Axşam külək dayanıb, iki gün avtordomun bağlanmasına və testlərin dayandırılmasına səbəb olan qum fırtınası qurtarıb və səhər saat 8-də pit-leynin çıxışında yaşıl işıq yanıb. Kimi Rəykkönen, Yarno Trulli və Kristian Klin trasa çıxıblar, düzdür ilk iki saat asfalt olduqca sürüşkən olub - trasın işçiləri qumu su ilə yuduqlarından sürücülərin göstərdikləri nəticələr yağış altında göstərilən nəticələr uyğun gəlib, amma tezliklə hər şey qaydasına düşüb.
 Sebastyen Burde Xeres testlərinin üçüncü günü protokollara başçılıq edib. Toro Rosso ilə müqaviləsini uzatdıqdan sonra ilk dəfə sükan arxasına oturan fransalı sürücü 128 dövrə vurub, düzdür, o maşının keçid versiyası ilə işləyib. Toro Rosso bu gün yumşaq və orta tərkibli təkərlərin xarakteristikalarını müqayisə edib, sazlanmalarla işləyib və asılqanların bir neçə variantda iş rejimini yoxlayıb. Bundan başqa komanda Ferrari motorunun resursunu yoxlamaqda davam edib, resurs öz dövrünü sabah başa vurmalıdır.
 Dünən sürücülər Bəhreyndə heç olmasa bir saat işləyə bilmişdilər, bu gün isə testlər sbaha kimi təxirə salınıb - güclü külək avtodromu quma bələyib. Səhər Kimi Rəykkönen, Yarno Trulli və Robert Kubitsa ehtiyatla yalnız bir dövrə vuraraq boksa qayıdıblar - tibbi helikopter üçün hava yararsız olduğu üçün testlər təhlükəsizlik baxımından təxirə salınıb...
 İsti Bəhreynin əvəzinə soyuq Avropada qalan komandaların bəxti bu gün daha çox gətirib. Ferrari, BMW Sauber və Toyota komandalarının personalı maşın və avadanlıqları qum fırtınasından qoruduqları halda Xeresə toplaşan beş komanda soyuq, amma günəşli havadan faydalanıblar. Protokollara adət etdiyimiz kimi Sebastyen Buemi başçılıq edib, keçid şassisində isveçrəli sürücü 143 dövrə vurub və dünənki nəticəsini iki saniyə yaxşılaşdırıb.
 Bu il çempionat iştirakçılarının hava sarıdan bəxtləri heç gətirmir. Yanvar ayında Potimao və Mücello testlərində yağışlar testlərə mane olmuşdu və 3 komanda Avropanı tərk edərək növbəti testləri isti Bəhreyndə keçirməyi qərara almışdı, amma Saxir trasında dünən testlərə səhərki duamn mane olmuşdu, bu gün isə avtodromun üzərindən güclü qum fırtınası keçib...
 Əgər Ferrari, BMW Sauber və Toyota risk etməkdən qaçaraq Bəhreynə üz tutublarsa, çempionatın qalan komandaları Xeresdə qalmağa üstünlük veriblər - qış testlərində bazaların yaxınlığı komponentlərin seçimində müəyyən azadlıq verir. Hava proqnozu isti və günəşli hava vəd etsə də trasa azmüddətli yağış yağıb, amma nahardan sonra günəş çıxıb və tras tezliklə quruyub...
 Çempionatın üç komandası – Ferrari, BMW Sauber və Toyota test proqramına hava şəraitinin müdaxilə riskindən uzaq olmaq üçün soyuq Avropadan isti Bəhreynə üz tutublar. Amma Saxir avtodromunda səhər komandaların işinə sıx duman mane olub, iki saat gözlədikdən sonra tibbi helikopter havaya qalxdıqdan sonra testlər canlanıb. Nahardan sonra gün çıxıb, hava +27 dərəcəyə kimi qızıb və komandaalr işlərini davam etdiriblər. Günün ən yaxşı nəticəsini 82 dövrə vuran Timo Qlok göstərib...
 Red Bull komandası yeni maşının testlərini yarımçıq saxlamalı olub, buna səbəb ötürmələr qutusunda yağın temperaturunun artması olub. Bu ana kimi Sebastyan Fettel cəmi 14 dövrə vurubmuş, amma yeni maşın sabah trasa qayıtmalıdır. Sabah Fettel sükan arxasında işini davam etdirəcək, sabah komandanın tam dördgünlük test prorqamı başlayır. Bir gündən bir Fetteli sükan arxasında Mark Uebber əvəz edəcək..
 Küləkli hava bu gün də BMW Sauber-in planlarına mane olub və Valensiya testlərinin son gününün proqramı tam yerinə yetirilməyib, amma ümumilkdə komanda görülən işdən razı qalıb. Küləyin trasa toz və qum gətirməsinə baxmayaraq Nik Haydfeld yeni maşının sistemlərini yoxlamğa, maşının mexaniki hissəsinin davranışı barədə məlumat toplamağa davam edib. Bu gün alman sürücü 91 dövrə vurub.
 BMW Sauber komandası yeni F1.09-un testlərini Valensiyada davam etdirir, bu gün yeni maşının sükanı arxasına ilk dəfə Nik Haydfeld əyləşib. Səhər güclü külək üzündən çox işləmək mümkün olmayıb, amma nahardan sonra alman sürücü 92 dövrə vurub, etibarlılıq və bəzi sazlanmalar üzərində işləyib.
 Bu gün Valensiya trasında BMW Sauber yeni F1.09-un testlərini davam etdirib, lakin planlı işə güclü külək mane olub və komanda sürətli yoxlama proqramlarını dayandırmalı olub. Buna baxmayaraq BMW-nin digər komandalara nisbətən bəxti daha çox gətirib - Portuqaliyanın Portimao şəhərinə toplaşmış beş komanda bu gün leysan üzündən heç trasa çıxa bilməyib.
|