Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış
Sayta qoyulub: 23:09 09.02.2009 (347 dəfə oxunub)
Red Bull RB5Bu gün Red Bull Racing komandası jurnalistlərə yeni maşınını göstərib - RB5 Xeresdə debüt edib. Səhər Sebastyan Fettel və Mark Uebber maşının üstündən pərdəni çəkiblər və jurnalistlər Ədrian Nyuinin hazırladığı yeni maşının gözəlliyinə heyran olublar. Komandanın başçısı Kristian Horner komandanın mövsüm üçün məqsədini açıqlayıb - on yeddi yarışdan heç olmasa birində qələbə qazanmaq...
Sayta qoyulub: 22:42 20.01.2009 (571 dəfə oxunub)
BMW F1.09BMW Sauber komandası yeni maşınını Valensiyada təqdim edib. Yerli vaxtla səhar saat 9-da Nik Haydfeld və Robert Kubitsa maşını örtən pərdəni çəkməklə yeni F1.09-u jurnalistlərə göstəriblər - məhz bu maşınla BMW Sauber titul uğrunda mübarizəyə qoşulmaq istəyir. İyirmi dəqiqədən sonra yeni maşın trasda ilk dövrəsini vurub, sonra isə mərasimin rəsmi hissəsi başlayıb - komanda mətbuat konfransı keçirib, jurnalistlər sürücülər və rəhbərliklə söhbət edə biliblər...
Sayta qoyulub: 23:11 19.01.2009 (540 dəfə oxunub)
Renault R292009-cu ildə Renault komandası təmtəraqlı təqdimetmə mərasimindən imtina edib - bu gün səhər yeni Renault R29 maşını Portimaoda Alqarve avtodromunda jurnalistlərə təqdim olunub. Proqram fotosessiya ilə başlayıb, yerli vaxtla 8:30-da Fernando Alonso və Nelsinyo Pike toplaşanların alqış sədaları altında qoruyucu pərdəni açıblar - yeni R29 ictimaiyyət qarşısında yeni rəng qammasında görünüb, buna səbəb Total neft şirkətinin qırmızı rəngidir...
Sayta qoyulub: 22:39 19.01.2009 (471 dəfə oxunub)
Williams FW31Bu gün səhər Renault ilə eyni vaxtda Williams komandası da yeni maşınını nümayiş etdirib. Testlər başlamamış fotoqrafların cəmi 10 dəqiqə vaxtları olub, amma komanda xəbərdar edib ki, mərasim rəsmi təqdimetmə deyil - maşın keçid "qış" rənglərinə boyanıb, son versiyanı isə komanda yalnız fevralın sonunda, sponsorlarla müqavilələr bağlandıqdan sonra göstərəcək. Williams komandası keçən mövsümü Mühəndislər Kubokunda səkkizinci yerdə başa vurmuşdu və yalnız Honda və Force İndia komandalarını qabaqlamışdı. Ser Frənk Uilyams hesab edir ki, bu gün Alqarvedə göstərilən maşın liderlərdən geriqalmanı tam aradan qaldırmağa imkan verəcək...
Sayta qoyulub: 23:39 16.01.2009 (446 dəfə oxunub)
McLaren MP4-24Adətən əvvəlki mövsümdə titul uğrunda mübarizə aparan komandalar cari maşının təkmilləşdirilməsinə daha çox vaxt ayırdıqlarından yeni maşının təqdimatını ləngidirlər. 2008-ci ilə titulun taleyi son yarışda həll olundu, amma bu mübarizənin iştirakçıları yeni maşınlarını hamıdan əvvəl təqdim ediblər - Ferrari yeni F60 maşınını yanvarın 12-də birinci olaraq təqdim edib, Vodafone McLaren Mercedes MP4-24-ün təqdimatı isə bu gün baş tutub. Hər iki yeni maşın gələn həftə start götürəcək testlərdə trasda debüt edəcək.
Sayta qoyulub: 00:12 16.01.2009 (533 dəfə oxunub)
Toyota TF109Bu gün çempionat iştirakçılarından ikincisi - Panasonic Toyota Racing komandası jurnalistlərə yeni maşınını təqdim edib. Təqdimat virtual olub və mərasim üçün məxsusi olaraq ayrılmış www.tf109-premiere.com saytında başalyıb, amma bir qədər vaxt keçdikdən sonra ziyarətçilərin axınına tab gətirməyən sayt fəlaiyyətini müvəqqəti dayandırmalı olub. Komandanın rəsmi saytına üz tutan azarkeşlər həmin resursun da tezliklə çökməsinə nail olublar, ona görə də azarkeşlərlə yanaşı mətbuat işçiləri də texniki problemlərin həll olunmasını gözləməli olublar...
Sayta qoyulub: 00:20 13.01.2009 (648 dəfə oxunub)
Ferrari F60Dekabr testlərində çempionat iştirakçıları yeni reqlamentin tələblərinə cavab verəcək aerodinamik elementləri yoxlasalar da, yalnız təqdimat mərasimlərindən sonra 2009-cu ildə maşınların necə görünəcəkləri barədə fikir yürütmək mümkündür. Son illər olduğu kimi ilk təqdimat mərasimini Ferrari komandası gerçəkləşdirib. Fyoranoda havanın pis olması üzündən mərasim komandanın ikinci trasında baş tutub, Mücelloda səhər saat 12-də yeni maşın jurnalistlərə nümayiş etdirilib.
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829