MONAKO QP CANLI YAYIMDA:

26 may, 16:50 - Sıralanma turu
27 may, 16:30 - Yarış
Sayta qoyulub: 16:20 12.05.2010 (186 dəfə oxunub)
McLaren və Steinmetz brilyantları
McLaren və Steinmetz Diamonds şirkəti sürücülərin sükanlarını və şlemlərini xüsusi şəkildə brilyantlarla bəzəyiblər, Censon Batton və Lyuis Həmilton starta ən bahalı maşınlarla çıxacaqlar.
Sayta qoyulub: 08:03 12.05.2010 (207 dəfə oxunub)
Sürücülər Monako knyazının yığmasına qalib gəliblər
Monako uik-endi başlamamış ənənəvi xeyriyyə futbol oyunu baş tutub - sürücülərin Nazionale Piloti yığma komandası Monako knyazının Star Team for Children yığma komandası ilə görüşüb.
Sayta qoyulub: 14:35 11.05.2010 (208 dəfə oxunub)
FİA Monakoda porebriklərin konfiqurasiyasını dəyişir
Monako Qran Prisi ərəfəsində FİA Monte Karlo trasının iki şikanasında porebriklərin arxasında yerləşən elementlərin hündürlüyünü dəyişməyi qərara alıb. Federasiyanın yaydığı məlumata görə, 11-ci Nouvelle və 16-cı Hovuz döngələrindəki şikanalarda porebriklərin arxasındakı elementlər sürücülərin bu yerlərdə döngəni kəsməməsi üçün yerləşdirilib.
Sayta qoyulub: 12:24 11.05.2010 (255 dəfə oxunub)
L.Həmiltonun qəzasına səbəb təkər diskinin sınması olub
McLaren komandası təsdiq edib ki, Lyuis Həmiltonun İspaniya Qran Prisinin sondan əvvəlki dövrəsindəki qəzasına səbəb maşının sol ön təkər diskinin sınması olub. Trasın sürətli Renault döngəsində britaniyalı sürücünün MP4-25-də problem əmələ gəlib, maşın trasdan çıxıb və qoruyucu baryerlərə çırpılıb. Komandanın başçısı Martin Uitmarş bildirib ki, insidentin araşdırılması davam edir, çünki diskin sıradan çıxma səbəbi hələ də məlum deyil...
Sayta qoyulub: 10:13 11.05.2010 (214 dəfə oxunub)
Komandalar Bridgestone-dan Formula1-də qalmağı xahiş ediblər
Bridgestone şirkətinin yarış proqramının rəhbərləri Yapon təkər konserninin direktorlar şurasını Formula1-dən getmək qərarına yenidən baxılmasına cəhd edəcəklər. Əsas arqument: çempionatda iştirak edən komandalar Bridgestone-un çempionatda qalmasını çox istəyirlər.
Sayta qoyulub: 08:02 11.05.2010 (210 dəfə oxunub)
Red Bull yeni hava kanalını İstanbulda təqdim edəcək
Çox güman ki, Türkiyə Qran Prisində Red Bull komandası aerodinamik hava kanalının öz versiyasını təqdim edəcək - bu barədə Britaniyanın Autosport qəzeti xəbər yayıb.
Sayta qoyulub: 18:58 10.05.2010 (223 dəfə oxunub)
Mercedes GP yeni motorhoumunu Monakoda təqdim edəcək
Barselona uik-endini başa vurduqdan sonra komandalar avadanlıqlarını toplayıb Monakoya tələsiblər - knyazlığın paytaxtının küçələrində isə iş artıq başlayıb, komandalar motorhoumlarını yüksəldirlər, bir neçə gündən sonra fəxri qonaqları və sponsorları qəbul edəcəklər.
Sayta qoyulub: 16:47 10.05.2010 (208 dəfə oxunub)
F.Massa Red Bull-la müqavilə bağlayacaq?
İspaniya yarışı artıq qurtarıb və komandalar Monakoya köçmək üçün avadanlıqlarını toplayırdılar ki, paddoka yeni şayiə yayılıb - Felipe Massa Red Bull komandasına keçməyə hazırlaşır. Braziliyalı sürücünün Ferrari-də vəziyyəti yaxşı deyil və o özü özünə yeni iş yeri axtarmağa başlayıb.
Sayta qoyulub: 14:36 10.05.2010 (209 dəfə oxunub)
Qəzalara səbəb Barselonanın çınqılıdır?
İspaniya Qran Prisinin finişinə səkkiz km qalmış Lyuis Həmiltonun McLaren-ində sol ön təkərin elementləri dağılıb. Finişə 15 dövrə qalmış eyni təkərlərlə Sebastyan Fettel problem yaşayıb, daha 10 dövrə sonra isə eyni problemlər Rubens Barrikellonu sürətini azaltmağa məcbur edib. Üç sürücü, üç nasazlıq, amma səbəb eyni ola bilər - Barselona trasının xırda çınqılı.
Sayta qoyulub: 12:25 10.05.2010 (209 dəfə oxunub)
Kumho da təkər təchizatçısı ola bilər
Uzaq 2004-cü ildə Kumho şirkəti Formula1-də debüt imkanlarını nəzərdən keçirmişdi. uzunmüddətli inkişaf proqramı hazırlanmışdı - koreyalı təkər ustaları 2007-ci ildə komandalara öz məhsullarını təklif etmək istəyirdilər.
Sayta qoyulub: 10:14 10.05.2010 (224 dəfə oxunub)
P.Lami və S. Burde Spada qalib gəliblər
Məşhur Spa trasında Lə Man seriyasının növbəti mərhələsi keçirilib. Min km-lik yarış çətin şəraitdə keçib və altı saatdan sonra dayandırılıb, yarışın qalibi isə dizelli Peugeot 908-in sürücüləri elan olunublar. Podiumun ən yüksək zirvəsinə keçmiş Formula1 sürücüləri Pedro Lami və Sebastyen Burde, həmçinin, onların komanda yoldaşı Simon Pajeno qalxıblar.
Sayta qoyulub: 08:03 10.05.2010 (199 dəfə oxunub)
Komandalar gələn il hava kanallarından istifadə etməyəcəklər
Barselonada FOTA-nın toplantısında komandalar razılaşıblar ki, gələn ildən arxa antiqanadın effektliyini dəyişən hava kanllarından istifadə etməyəcəklər. Bu element reqlamentə uyğundur, amma məsrəflərin azaldılması çərçivəsində çempionat iştirakçıları bu sistemdən imtina etməyi qərara alıblar.
Sayta qoyulub: 20:23 09.05.2010 (207 dəfə oxunub)
X.Algersuari: "Xal qazanmağa şadam"
Toro Rosso komandası daha bir yarışda xal toplamağa müyəssər olub, bu dəfə də çempionatın ən gənc sürücüsü Xayme Algersuari fərqlənib. Yarışın gedişində pit-leyndən keçməklə cərimələnən Xayme finiş xəttinin onuncu keçə bilib...
Sayta qoyulub: 20:02 09.05.2010 (378 dəfə oxunub)
R.Barrikello: "Dünən məyus olsam da, bu gün yarışdan razıyam"
Williams sürücüləri üçün İspaniya Qran Prisi fərqli alınıb. Veteran sürücü Rubens Barrikello sıralanma turunda daha gənc komanda yoldaşı Biko Hülkenberqə uduzsa da, yarışda bunun əvəzini çıxıb - braziliyalı sürücü finiş xəttini doqquzuncu keçib...
Sayta qoyulub: 19:41 09.05.2010 (259 dəfə oxunub)
R.Kubitsa: "Pis başlamışdım, yaxşı qurtardım"
Renault komandasının sürücüləri İspaniya Qran Prisini yaxşı başlamayıblar - Robert Kubitsa digər maşınla azca toqquşub, Vitaliy Petrov isə bir neçə yavaş maşını irəli buraxıb. Amma sonra vəziyyət dəyişib. Finişdə Robert səkkizinci olub...
Sayta qoyulub: 19:20 09.05.2010 (206 dəfə oxunub)
A.Sutil: "Yeddinci yer əsil uğurdur"
Barselonada Force İndia komandası mövsümdə dördüncü dəfə xal toplaya bilib: Adrian Sutil çətin yarışı yeddinci yerdə başa vura bilib...
Sayta qoyulub: 18:59 09.05.2010 (248 dəfə oxunub)
F.Massa: "Çox çətin yarış oldu"
Bugünkü yarışda Ferrari maşınları sürətdə Red Bull və McLaren maşınlarına uduzublar, amma Skuderiya rəqiblərin müxtəlif problemlərindən yararlanıb və komanda hesabına vacib 26 xal qazanıb. Uğursuz sıralanma turundan sonra doqquzuncu yerdən start alan Felipe Massa yarışda da heç nə ilə yadda qalmayıb və sadəcə finişdə altıncı olub...
Sayta qoyulub: 18:38 09.05.2010 (218 dəfə oxunub)
C.Batton: "Heç Mixaeldən gözləməzdim"
Censon Battonun sözlərinə görə, o Mixael Şumaherin manevrindən narazı qalıb - britaniyalı sürücü pit-stopdan qayıdarkən Mixael onun qarşısını sərt kəsib və irəli buraxmayıb. Batton ilişmə muftasındakı problemlər üzndən pit-leyndə ləngiyib, trasa çıxıb birinci döngəyə çatdıqda isə Mixael xarici trayektoriya ilə onu qabaqlayıb...
Sayta qoyulub: 18:17 09.05.2010 (386 dəfə oxunub)
M.Şumaher: "Biz yalnız müdafiə oluna bilərdik"
Mercedes GP komandasının sürücüləri mövsümün beşinci yarışını müxtəlif cür keçiriblər: əgər Mixael Şumaher Barselonada inamla çıxış edərək finişdə 4-cü olubsa, Niko Rosberq iki dəfə problemlərlə üzləşib və yekunda 13-cü olub. Startda Kubitsa Rosberqi trasdan sıxışdırıb çıxarıb, pit-stopda isə ön sağ təkərlə problem yaranıb. Yediqat dünya çempionu isə mövsümdə ilk dəfə olaraq dördüncü yeri qazanıb...
Sayta qoyulub: 17:56 09.05.2010 (211 dəfə oxunub)
S.Fettel: "Bu gün hər şey tərsinə alındı"
Sebastyan Fettel üçün İspaniya Qran Prisi asan keçməyib. Alman sürücü yarışın birinci hissəsində liderlik edən komanda yoldaşı Mark Uebberi izləyib, amma pit-stopda ləngidiyi üçün Lyuis Həmiltonu irəli buraxıb. Yarışın sonuna 10 dövrə qalmış əyləclərlə problemlər peyda olduğundan Fernando Alonsonu da irəli buraxıb, amma finişə iki dövrə qalmış Lyuisin yarışı tərk etməsi nəticəsində podiuma qalxa bilib. Red Bull-un gənc sürücüsü FİA-nın rəsmi mətbuat konfransında yarışı belə şərh edib...
Sayta qoyulub: 17:35 09.05.2010 (232 dəfə oxunub)
F.Alonso: "Nəticədən razıyam"
Fernando Alonso ev yarışında dördüncü yerdən start alsa da, finiş xəttini ikinci keçib, ispaniyalı sürücü çempionatda da ikinci yerə yüksəlib - indi ikiqat dünya çempionu sonuncu çempion Censon Battona cəmi üç xal uduzur...
Sayta qoyulub: 17:14 09.05.2010 (199 dəfə oxunub)
M.Uebber: "Komanda əla işlədi"
Mark Uebber Barselonada ənənəyə sadiq qalaraq inamlı qələbə qazanıb - Katalunya trasında keçirilmiş iyirminci yarışda 16-cı dəfə pouldan start almış sürücü qalıb gəlib. Çempionatda isə mübarizə gərginləşir. Finişdən sonra FİA-nın rəsmi mətbuat konfransında Mark öz hisslərini şərh edib...
Sayta qoyulub: 10:12 09.05.2010 (197 dəfə oxunub)
Monakoda sıralanma turu adi qaydada keçəcək
Komandalar Monako Qran Prisinin sıralanma turunda qaydaların dəyişdirilməsi üzrə danışıqlarda razılıq əldə edə bilməyiblər. FOTA-nın üzvləri iki sessiyanın keçirilməsi imkanını müzakirə ediblər - maşınların sürətləri arasındakı böyük fərq dar küçələrdə təhlükəli faktor ola bilər.
Sayta qoyulub: 08:01 09.05.2010 (364 dəfə oxunub)
Mercedes GP komandasının yeni saytı
Mercedes GP komandası yeni rəsmi saytını açıb. Saytın əvvəlki versiyası Brawn GP komandasının saytına əsaslanırdı, indi isə tam yeni və orijinal işdir...
Sayta qoyulub: 21:41 08.05.2010 (216 dəfə oxunub)
Ferrari pit-leyndəki insidentə görə cərimə olunub
Sıralanma turunun son sessiyasında baş verən insidenti araşdıran İspaniya Qran Prisinin stüardları Ferrari komandasını 20 min dolar məbləğində cərimə etməyi qərara alıblar.
Sayta qoyulub: 18:59 08.05.2010 (184 dəfə oxunub)
K.Çandhok da startda beş yer itirəcək
Barselonada sıralanma turundan sonra Hispania komandasının mexanikləri Karun Çandhokun maşınında ötürmələr qutusunu əvəz etməli olublar. Belə bir əvəzləmə isə reqlamentə əsasən, startda beş yer itirməklə cərimə olunur.
Sayta qoyulub: 16:48 08.05.2010 (206 dəfə oxunub)
V.Petrov startda beş yer itirəcək
Sabahkı Barselona yarışının startında Vitaliy Petrov beş yer itirəcək - rusiyalı sürücünün maşınında ötürmələr qutusu dəyişdirilib.
Sayta qoyulub: 14:37 08.05.2010 (239 dəfə oxunub)
Ç.Uaytinq Fetteli xəbərdar edib
FİA-nın yarış direktoru Çarli Uaytinq hesab edir ki, Çin Qran Prisi zamanı pit-leyndə Sebastyan Fettelin hərəkətləri yolverilməzdir. Xatırladaq ki, alman sürücü həm yarışda Lyuis Həmiltonla uzun zaman mübarizə aparıb, sinxron pit-stop zamanı McLaren sürücüsü Red Bull sürücüsünü qabaqlamağa çalışıb və pit-leynlə trasa doğru Fettelə paralel hərəkət edib.
Sayta qoyulub: 12:26 08.05.2010 (180 dəfə oxunub)
Ferrari hava kanalından istifadə edəcək
Arxa antiqanadın effektliyini dəyişən hava kanalının işi barədə cümə sərbəst yürüşlərində toplanmış məlumatı təhlil edən Ferrari komandası elan edib ki, yeni elementdən sıralanma turunda və yarışda Alonso və Massanın maşınlarında istifadə olunacaq.
Sayta qoyulub: 10:15 08.05.2010 (210 dəfə oxunub)
Virgin sürücüləri startda beş yer itirəcəklər
Virgin komandasının sürücüləri İspaniya Qran Prisinin startında beş yer itirəcəklər. Komandanın nümayəndələri FİA-nı ötürmələr qutusunun ötürmə rəqəmləri barədə müəyyən edilmiş vaxt ərzində məlumatlandırmayıblar, reqlament pozulub və bu gün səhər stüardlar Timo Qlok və Lukas di Qrassini cərimə ediblər.
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<May 2012>
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031