Ralf Şumaher bu yaxınlarda daha bir dəfə bildirmişdi ki, Formula1-dən birdəfəlik gedib. Amma son ayın hadisələri, xüsusən də, Mixael Şumaherin Formula1-ə qayıtması ətrafında ajiotajın yaranması, alman sürücünün fikrini dəyişib. Focus jurnalının yaydığı xəbərə görə, Ralf Zoran Stefanoviçlə danışıqlar aparıb...
2008-ci ilin sonunda Renault mühəndisləri zəif olan motorlarını təkmilləşdirmək imkanı əldə etmişdilər. Mövsümün gedişində rəqib komandalar bu sahədə irəli getmişdilər, Renault isə "motor reqlamentinin dondurulması" prinsipininə tam əməl edərək geri qalmışdı. Ona görə də, çempionat iştirakçıları belə bir razılığa gəlmişdilər ki, idman prinsipləri çərçivəsində fransalı mühəndislərə istisna edilsin.
Mercedes şirkətinin Formula1-də artıq özünün zavod komandasının olmasına baxmayaraq, onun DTM seriyasında zavod sürücüsü olan Qəri Paffet McLaren komandasında test sürücü kimi qalacaq...
İtaliyanın Alp ətəklərində yerləşən Madonna di-Kampilyo şəhərciyində ənənəvi Wroom festivalı başa çatıb - bu il festival 20-ci dəfə keçirilib. Ferrari və Ducati komandalarının birgə toplaşdıqları festival həmişəki kimi maraqlı keçib və bu gün axşam azarkeşlərin xoşladıqları donmuş gözlün üzərində keçirilmiş yarışlarla festivala yekun vurulub. Maraqlıdır ki, Ferrari sürücüləri gözlənilmədən yarışlarda motosürücülərin rəqabətinə tuş gəliblər...
Ferrari-nin mətbuat xidməti komandanın test sürücüsü Cankarlo Fizikellanın ad gününə həsr olunmuş mətbuat relizi yayıb - italiyalı sürücü bu gün 37 yaşını qeyd edir...
Mixael Şumaher Xeresdə Gp2 maşının üçgünlük testlərini başa vurub. Testlərin ilk günü alman sürücü builki mövsüm üçün hazırlanmış maşını yoxlayıb, sonrakı iki gün isə 2011-ci ilin maşınının yoxlanmasına həsr olunub. Əvvəlki iki gündən fərqli olaraq Xeresdə bu gün əlverişli hava şəraiti olub...
Bəhreyn Qran Prisinin təşkilatçıları hazırda sağ olan Formula1 çempionlarının hamısını Qran Pri çərçivəsində keçiriləcək və çempionatın 60 illik yubiliyeniə həsr olunmuş təntənəli mərasimə dəvət ediblər...
Mixael Şumaher bu gün Xeresdə üçgünlük testlərin ilk günü GP2 maşınının sükanı arxasında 52 dövrə qət edib. Hava buludlu olub, səhər alman sürücü quru trasa çıxsa da tezliklə yağış başlayıb, nahardan sonra isə yağış güclənib və test proqramı dayandırılıb...
Dünya çempionatında iştirak etmək üçün keçən il FİA-ya ərizə vermiş Manor Racing komandasının başçısı Con But Virgin şirkəti ilə müqavilə bağladıqdan sonra yeni komandanın idman direktoru təyin olunmuşdu, komandaya başçılıq isə Virgin Group-un nümayəndəsi Aleks Taya həvalə olunmuşdu. Yeni Virgin Racing komandasının təqdimatından və sürücülərlə müqavilələr imzalandıqdan bir ay keçdikdən sonra komandada kadr dəyişikliyi baş verib...
Sabah Xeresdə Mixael Şumaher GP2 maşınının sükanı arxasına oturacaq - Super Nova komandasının təqdim etdiyi maşının testləri üç gün davam edəcək. Yeddiqat dünya çempionu yeni Mercedes maşınını yalnız fevralda yoxlaya biləcək, ona görə də indidən fiziki formasını yoxlamaq üçün o GP2 texnikasını seçib...
Bugünkü Gazzetta Sportiva-da məşhur texniki rəssam Corcio Piolanın yanvarın sonunda jurnalistlərə təqdim olunacaq yeni Ferrari-nin rəsmi dərc edilib, britaniyalı ekspert və şərhçi Ceyms Allen isə bu rəsmi təhlil edib...
İtaliya mətbuatında şok xəbərlər peyda olub. Məlumata görə, US F1 komandasının nümayəndələri FİA-ya müraciət edərək debütü təxirə salmaq barədə xahiş ediblər. Amerikalılar Bəhreyn Qran Prisinə hazırlıqlarını qurtara bilməyəcəklər və çempionata ilk Avropa mərhələsindən - mayın əvvəllərində İspaniya Qran Prisindən başlasınlar...
Builki mövsümlərarası fasilə Formula1 komandalarının konstruktorlarına keçənilki kimi çox başağrısı gətirməyib. Amma buna baxmayaraq, reqlamentdə az da olsa dəyişikliklər var - bu dəyişikliklər isə maşınların xarici görünüşünə və yığılmasına təsir etməyə bilməz. Məhz nə dəyişəcək - çempionatın rəsmi saytı təhlil edib...
Nelsinyo Pikenin 2008-ci ilin Sinqapur Qran Prisindəki qəzasını araşdıran FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası Flavio Briatore və Pət Simondsu ciddi cəzalandırmışdı, amma bu zaman komanda şərti diskvalifikasiya olunmuş, insidentin əsas səbəbkarı isə, ümumiyyətlə, cəzasız qalmışdı.
Renault komandasının mətbuat xidməti rəsmən təsdiq edib ki, fransalı Erik Buye komandaya başçı təyin olunub, Bob Bell isə yenidən komandanın texniki direktoru olacaq. Buye Renault komandasının yeni həmsahibi Jerar Lopeslə çoxdan tanışdır və dünən komandada növbəti kadr dəyişikliyi barədə qərar qəbul olunub...
2009-cu il başa çatıb və komandalarını dəyişmiş sürücülər formal olaraq yeni komandalarında işə başlamaq hüququ əldə ediblər. Hərçənd, məlum olduğu kimi bu günlərdə sürücülər planetimizin müxtəlif guşələrində dincəlirlər, amma internetdə onların bəzilərinin yeni komandalarının formalarında şəkilləri dərc olunur.
Hazırda Mixael Şumaher ailəsi ilə birlikdə Fransanın dağ-xizək kurortu Kurşevildə dincəlir. Dünən isə yeddiqat dünya çempionun ailəsinin əhatəsində 41 yaşını qeyd edib. 2010-cu ildə alman sürücünü ciddi sınaq gözləyir - avtoidman karyerasında ən ciddi sınaq: üçillik fasilədən sonra yenidən Formula1 maşınının sükanı araxasında oturmaq.
2009-cu il başa çatıb, Censon Battonun Brawn GP komandası qarşısında öhdəlikləri başa çatıb - bu gün McLaren komandasının mətbuat xidmətinin yaydığı relizdə sürücü komandanın uniformasında əks olunub - Censon həm də Britaniya Kraliçasının mükafatını almasını təsdiq edib. Sonuncu dünya çempionu Britaniya İmperiyasının Ordeninə layiq görülməklə MBE statusu alıb…
Formula1-in demək olar ki, bütün rekordları Mixael Şumaherə məxsusdur, amma bəzi statistik cədvəllər var ki, ilk sətirdə başqa sürücünün adı yazılıb. Almaniyanın Bild qəzetinin jurnalistləri üç rekord tapıblar ki, Mixael Mercedes GP ilə bağladığı üçillik müqavilə sayəsində bu rekordları təzələyə bilər…
Mercedes GP komandası bir az əvvəl rəsmi mətbuat relizi yayıb. Relizdə təsdiq olunub ki, Mixael Şumaher 2010-cu ildə üçillik fasilədən sonra Formula1-ə qayıdır. Aşağıda relizin tam mətni verilir...
|