Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış
Sayta qoyulub: 23:11 13.06.2010 (466 dəfə oxunub)
S.Fettel: "Trasa dördüncü qayıdanda çox təəccübləndim"
Monrealda podium qazanmış sürücülər arasında Red Bull komandasının sürücüləri olmayıblar. Rəqiblərindən fərqli taktika seçmiş Sebastyan Fettel və Mark Uebber finişdə podiumun bir addımlığında dayanıblar, alman sürücü isə öz komanda yoldaşını azca qabaqlayıb...
Sayta qoyulub: 22:50 13.06.2010 (362 dəfə oxunub)
F.Alonso: "Komandanın inkişafından razıyam"
Fernando Alonso Kanada Qran Prisində yalnız McLaren sürücülərinə uduzaraq üçüncü olub - uğursuz Türkiyə Qran Prisindən sonra komandanın inkişafı göz qabağındadır...
Sayta qoyulub: 22:29 13.06.2010 (357 dəfə oxunub)
C.Batton: "İkinci yerdən razıyam"
Kanada Qran Prisinin finişindən sonra mətbuat konfransında Censon Batton jurnalistlərə bildirib ki, qazandığı ikinci yerdən razıdır...
Sayta qoyulub: 22:08 13.06.2010 (373 dəfə oxunub)
L.Həmilton: "Bu ən çətin yarış oldu!"
Kanada Qran Prisinin finişindən sonra Lyuis Həmilton çox razı qalıb, axı üç il bundan əvvəl o məhz bu trasda debüt qələbəsini qazanmışdı və indi bu uğurunu təkrar edib. Üç il əvvəl olduğu kimi pouldan strat alan britaniyalı sürücü finişdə birinci olsa da, yarışı ən çətin adlandırıb...
Sayta qoyulub: 17:12 13.06.2010 (351 dəfə oxunub)
Lə Man: Audi-nin üçqat qələbəsi
Audi komandaası 78-ci əfsanəvi "Lə Manın 24 saatı" yarışının bütün podiumunu zəbt ediblər. Almanlar bu dəfə sürətli olmasalar da, sutkalıq məsafəni texniki problemlərsiz yola veriblər. Onların Peugeot-dan olan əsas rəqibləri darmadağın ediliblər - yarışın ilk saatlarında ilk dördlüyü tutan fransalıların heç bir maşını finiş görə bilməyib.
Sayta qoyulub: 13:47 13.06.2010 (365 dəfə oxunub)
M.Uebber cərimə olunub
Kanada Qran Prisinin sıralanma turunda ikinci olmuş Mark Uebber sabah yarışa yeddinci yerdən başlamalı olacaq - Red Bull komandası avstraliyalı sürücünün maşınında ötürmələr qutusunu dəyişməyi qərara alıb.
Sayta qoyulub: 08:24 13.06.2010 (338 dəfə oxunub)
L.Həmilton cərimə olunub
Sıralanma turunda son həmləsini başa vuran kimi komanda Lyuis Həmiltona xəbər verib ki, bakda yanacaq qurtarmaq üzrədir və FİA-ya yoxlamaq üçün verməyə nümunə götürməyə heç qalmaya bilər, ona görə də sürücü maşını trasda saxlayıb və motoru söndürüb.
Sayta qoyulub: 18:29 12.06.2010 (359 dəfə oxunub)
T.Qlok cərimə olunub
Kanada Qran Prisinin stüardları Timo Qloku pit-leyndə sürət həddini aşdığı üçün cərimə ediblər.
Sayta qoyulub: 16:57 11.06.2010 (330 dəfə oxunub)
Lə Man: S.Burde poul qazanıb
Fransanın Lə Man şəhərində keçiriləcək 78-ci əfsanəvi sutkalıq yarış ərəfəsində sıralanma turu keçirilib. Bu seriyada sıralanma turu üç ikisaatlıq sessiyalar şəklində keçirilir. Dördüncü il ardıcıl olaraq ən yaxşı nəticəni Peugeot-nun zavod komandası göstərib, amma 2007-2009-cu illərdə hamıdan sürətli Sarte avtodromunda Stefan Sarrezan olurdusa, bu dəfə poulu keçmiş Formula1 sürücüsü Sebastyen Burde qazanıb.
Sayta qoyulub: 12:43 11.06.2010 (423 dəfə oxunub)
Komandalar hava proqnozuna görə FİA-ya pul ödəyəcəklər
İtaliyanın Autosprint qəzeti xəbər verib ki, FİA müəyyən xidmətləri komandalar üçün pullu etmək əzmindədir. Söhbət əvvəllər pulsuz olmuş hava proqnozu (federasiya ilə müqaviləyə əsasın bu xidməti bütün traslarda Fransanın Meteo Franse bürosu yerinə yetirir) və maşınların trasda vəziyyətinin müəyyən edilməsi (GPS cihazları vasitəsilə) kimi xidmətlərdən gedir.
Sayta qoyulub: 16:04 09.06.2010 (318 dəfə oxunub)
Ə.Fittipaldi Kanadada dördüncü stüarddır
FİA elan edib ki, Kanada Qran Prisinin gedişində stüardlara ikiqat dünya çempionu Əmerson Fittipaldi kömək edəcək.
Sayta qoyulub: 12:34 09.06.2010 (323 dəfə oxunub)
F.Massa Ferrari-də qalır!
Gözlənildiyi kimi, Mark Uebberin Red Bull-da qalması xəbəri domino effekti doğurub - avstraliyalı sürücünün müqaviləsini uzatmasını elan etməsindən iki gün keçməmiş Felipe Massa və Ferrari də cari müqavilələrini uzadıblar. Braziliyalı sürücü Maranelloda 2012-ci ilin sonuna qədər qalacaq.
Sayta qoyulub: 12:41 08.06.2010 (387 dəfə oxunub)
L.Stroll Ferrari-nin akademiyasına qəbul olunub
Ferrari özünün Gənc Sürücülər Akademiyasına 11 yaşlı kanadalı Ləns Strollu qəbul edib - Ləns akademiyanın ən gənc üzvü olub.
Sayta qoyulub: 14:41 07.06.2010 (411 dəfə oxunub)
Pirelli ilə müqaviləyə hər şey hazırdır
Deyəsən, FİA-nın təkər kampaniyası başa çatmaq üzrədir. PaddockTalk-un verdiyi xəbərə görə, federasiyanın nümayəndələri son qərara gəliblər ki, 2011-2013-cü illərdə dünya çempionatının rəsmi təchizatçısı Pirelli şirkəti olacaq.
Sayta qoyulub: 12:04 07.06.2010 (329 dəfə oxunub)
M.Uebber Red Bull-da qalır!
Mark Uebber Red Bull komandasının heyətində ən azı 2011-ci ilin sonunadək çıxış edəcək - bu gün səhər komanda bəyanat yayıb. Avstraliyalı sürücü üçün cari müqavilənin uzadılması əla çıxışların nəticəsi olub - mövsümün ilk yeddi yarışında 33 yaşlı sürücü dörd poul və iki qələbə qazanıb. Daha bir qələbəni Mark komanda yoldaşı ilə toqquşmadan sonra Türkiyə Qran Prisində əldən verib, amma buna baxmayaraq, Mark çempionata liderliyi saxlayıb.
Sayta qoyulub: 17:43 06.06.2010 (446 dəfə oxunub)
K.Rəykkönen T.Blazusiakı üstələyib...
Kimi Rəykkönen dünən Avstriyada təşkil olunmuş Erzberg Rodeo yarışında iştirak edib: finlandiyalı sürücü mototrial üzrə üçqat dünya çempionu Teddi Blazusiakla yarışıb.
Sayta qoyulub: 11:34 06.06.2010 (351 dəfə oxunub)
B.Ekklstoun İstanbul Parkın müqavilə dəyərini qaldırıb
Formula1-in kommersiya başçısı Berni Ekklstoun İstanbul uik-endinin gedişində cari müqavilənin uzadılması şrətləri barədə danışıqlar aparıb - hazırkı müqavilənin müddəti gələn il başa çatır. Təşkilatçılar ilk müqaviləyə əsasən hər il yarışın keçirilməsi üçün 13.5 milyon dollar təzminat ödəyirlər, amma Berni yeni müqavilədə bu məbləği 26 milyona qaldırmaq fikrindədir, əks halda Türkiyə milli Qran Prini itirə bilər.
Sayta qoyulub: 10:50 05.06.2010 (324 dəfə oxunub)
L.Həmilton əmin idi ki, C.Batton onu keçməyəcək
Türkiyə Qran Prisində əsas komandadaxili qarşıdurma Mark Uebber və Sebastyan Fettelin mübarizəsi olmuşdu, amma McLaren-in sürücüləri də İstanbul Parkdakı mübarizəni zənginləşdirmişdilər. Lyuis Həmilton və Censon Batton toqquşmasalar da, beş döngə ərzində gərgin mübarizə aparıblar və iki dəfə yerlərini dəyişiblər.
Sayta qoyulub: 16:11 04.06.2010 (275 dəfə oxunub)
Red Bull komandası Renault motorlarını almaq üçün müqavilənin şərtlərini müzakirə edir
Keçən il Red Bull komandası Mercedes motorlarını almaq istəsə də buna nail ola bilməmişdi - McLaren bu müqavilənin bağlanmasını ciddi etirazını bildirmişdi və onların mövqeyi danışıqlarda həlledici rol oynamışdı. Amma bu il çempionatda Mercedes-in öz komandası var, McLaren isə müştərilərdən birinə çevrilib və Red Bull yenə də motor seçimi qarşısında qalıb.
Sayta qoyulub: 12:43 03.06.2010 (289 dəfə oxunub)
S.Fettelə 2015-ci ilədək müqavilə təklif olunub
Türkiyə Qran Prisində Sebastyan Fettellə Mark Uebberin toqquşması Red Bull komandasında daxili proseslərin katalizatoru rolunu oynayıb. Yalnız trasda bir araya gəldikdə, rəhbərliyin hansı sürücüyə üstünlük verməsi üzə çıxıb.
Sayta qoyulub: 10:42 02.06.2010 (310 dəfə oxunub)
C.Batton Kral mükafatına layiq görülüb
Bu gün Censon Batton Böyük Britaniyanın Kraliçasının rezidensiyasında olub və Döş Xaç Nişanı ilə təltif olunmaqla Britaniya İmperiyasının Orden üzvü statusunu alıb...
Sayta qoyulub: 09:33 01.06.2010 (202 dəfə oxunub)
Renault hava kanalının üzərində işini davam etdirir
Mövsümün əvvəlində McLaren mühəndislərinin gazırladıqları arxa antiqanadın effektliyini dəyişən hava kanalını digər komandalar da tətbiq etməyə başlayıblar. Belə bir sistemi artıq Ferrari, Mercedes GP, Sauber və Force İndia komandalarının maşınlarında görmək olar. Red Bull mühəndisləri testləri başa vurmaqdadırlar, tezliklə idarə olunan aerodinamika Renault maşınlarında da peyda olacaq.
Sayta qoyulub: 16:57 14.05.2010 (378 dəfə oxunub)
Ferrari-nin sürücüləri Aldar Properties-in tədbirinə qatılıblar
Adətən cümə günü Formula1 Monakoda istirahət edir, bu gün şəhər küçələrində Porsche Super Kubokunun və GP2 seriyasının sürücüləri yarışıblar, Formula1 sürücüləri isə mühəndislərlə birlikdə dünən topladıqları məlumatalrı təhlil ediblər. Amma bəzi komandalar sponsorların müəyyən tədbirlərində iştirak ediblər.
Sayta qoyulub: 14:46 14.05.2010 (312 dəfə oxunub)
Ferrari M.Uebberə maraq göstərir?
Londonun The Sun qəzeti heç bir mənbəyə istinad etmədən maraqlı bir versiya irəli sürüb: Ferrari-nin rəhbərliyi yalnız Robert Kubitsa ilə deyil, həm də Mark Uebberlə maraqlanır - Mark son Qran Pridə qələbə qazanıb və polşalı sürücü kimi Fernando Alonso ilə yaxşı münasibətdədir.
Sayta qoyulub: 12:35 14.05.2010 (213 dəfə oxunub)
Keçən il C.Batton Red Bull-la danışıqlar aparıbmış
Bu günlərdə məlum olub ki, Red Bull komandasına düşməyə təkcə Felipe Massa can atmır. Keçən ilin yayında komanda ilə mövsümün lideri Censon Batton danışıqlar aparıbmış. Bu barədə komandanın başçısı Kristian Horner Daily Telegraph qəzetinə müsahibəsində bildirib...
Sayta qoyulub: 10:24 14.05.2010 (308 dəfə oxunub)
F.Briatore və K.Rəykkönen Monako Qran Prisində
Monako Qran Prisi günlərində Formula1-in paddokuna Flavio Briatore baş çəkib - bu səfər yeni FİA rəhbərliyinin siyasətini simvolizə edir. Əgər Maks Moslinin dövründə federasiya Renault komandasının keçmiş başçısını ömürlük avtoidmandan, FİA-nın keçirdiyi hər bir tədbirdən uzaqlaşdırmışdısa, Jan Todt jurnalistlərə bildirib ki, Flavio istədiyi yarışa baş çəkə bilər, çünki hazırda Formula1-in heç bir komandası ilə işləmir.
Sayta qoyulub: 18:35 13.05.2010 (185 dəfə oxunub)
F.Briatore Formula1-ə qayıtmasını istisna etmir
Renault komandasının keçmiş başçısı Flavio Briatore 2008-ci ildə Sinqapur yarışının nəticələrinə müdaxilə etdiyi üçün FİA-nın qərarı ilə avtodimandan uzaqlaşdırılıb, amma italiyalı mütəxəssis cəza müddəti başa çatdıqdan sonra Formula1-ə qayıtmasını istisna etmir...
Sayta qoyulub: 14:24 13.05.2010 (332 dəfə oxunub)
C.Batton cərimə olunub
Monakoda sərbəst yürüşlərin ilk sessiyasından sonra Qran Prinin stüardları Censon Battonu pit-leyndə sürət həddini aşdığı üçün cərimə ediblər.
Sayta qoyulub: 11:13 13.05.2010 (190 dəfə oxunub)
Formula1 60 yaşını qeyd edir
13 may Formula1 pərəstişkarları üçün xüsusi gündür. Məhz bu gün dünya çempionatın rəsmi başlanğıc tarixi hesab olunur. 1950-ci ildə 100 min tamaşaçının gözləri önündə Britaniyanın əfsanəvi Silverstoun trasında milli Qran Pri keçirilib - yarışı kral cütlüyü də izləyirmiş. Bu yarış bizim sevimli idmanımızın ilk yarışı hesab olunur.
Sayta qoyulub: 09:02 13.05.2010 (204 dəfə oxunub)
D.Hill Monakoda dördüncü stüarddır
FİA keçmiş sürücüləri Qran Prilərdə dördüncü stüard roluna çağırması ənənəsini davam etdirib.
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829