MONAKO QP CANLI YAYIMDA:

26 may, 16:50 - Sıralanma turu
27 may, 16:30 - Yarış
Sayta qoyulub: 13:24 26.03.2010 (149 dəfə oxunub)
Üç sürücü cərimə olunub
Avstraliya Qran Prisinin stüardları cümə sərbəst yürüşlərində pit-leyndə sürət həddini aşdıqları üçün üç sürücünü müxtəlif məbləğlərə cərimə edib.
Sayta qoyulub: 11:13 26.03.2010 (143 dəfə oxunub)
Albert Parkda sürət məhdudiyyətini sərtləşdiriblər
Albert Parkda sərbəst yürüşlərdə pit-leyndə sürəti FİA digər traslarda olduğu kimi 60 km/saat sürətlə məhdudlaşdırıb. Adətən sıralanma turunda və yarışlarda bu məhdudiyyət 100 km/saata kimi qaldırılır, amma bu gün FİA-nın texniki nümayəndəsi Çarli Uaytinq elan edib ki, şənbə və bazar günləri təhlükəsizlik baxımından məhdudiyyət 60 km/saat saxlanılacaq.
Sayta qoyulub: 09:02 26.03.2010 (84 dəfə oxunub)
S.Fettel Dennisin versiyasını təkzib edib
Dünən Sebastyan Fettel Ron Dennisin versiyasnı təkzib edib - Ron güman edirdi ki, Red Bull komandası Bəhreyn Qran Prisindən real qələbənin əldən verilməsi səbələrini bildirmir. Əvvəlcə komanda səbəb kimi qazburaxma sisteminin nasazlığını göstərsə də, sonra digər səbəb göstərilmişdi: yanma şamı.
Sayta qoyulub: 19:58 25.03.2010 (159 dəfə oxunub)
Hesablamada səhv: VR-01-in bakı çox balacadır?
Almaniyanın Auto Motor und Sport jurnalının yaydığı məlumata görə, çempionatın debütantı ciddi problemlərlə üzləşib: hesablamada səhvə yol verildiyi üçün Virgin komandasının maşınının yanacaq bakı çox balaca alınıb və bütün yarışı məsafəsini qət etmək üçün zəruri olan yanacaq miqdarına bəs etmir.
Sayta qoyulub: 17:47 25.03.2010 (149 dəfə oxunub)
Sürücülər yarışın start vaxtından narazıdırlar
Keçən il Avstraliya yarışının startını axşama yaxın vaxta keçirmişdilər - avropalı tamaşaçılar bazar günü səhər yarışı normal vaxtda izləsələr də, Melburnda batmaqda olan günəşin iti şüaları sürücülərə mane olmuşdu və finişdən sonra bir çoxları çempionat rəhbərliyinin və Qran Pri təşkilatçıalrının qərarını tənqid etmişdi. Tənqidə qulaq asan olmayıb - keçən il yarışın televiziya reytinqləri artdığı üçün qərar qüvvədə saxlanılıb...
Sayta qoyulub: 15:36 25.03.2010 (155 dəfə oxunub)
McLaren: Diffuzorun yenilənməsi maşının effektliyini azaltmayacaq
Avstraliya Qran Prisində FİA-nın adlarını çəkmədiyi dörd komandanın maşınlarında diffuzorun konstruksiyası reqlamentə edilmiş son düzəlişə əsasən dəyişdirilməlidir - ekspertlər hesab edirlər ki, bu komandalar McLaren, Mercedes GP, Renault və Force İndia komandalarıdır.
Sayta qoyulub: 13:25 25.03.2010 (134 dəfə oxunub)
Ferrari komandası Shell-lə müqaviləsini uzadıb
Ferrari komandası elan edib ki, komandanın Shell şirkəti ilə texniki və kommersiya əməkdaşlığı daha beş il davam edəcək...
Sayta qoyulub: 11:14 25.03.2010 (130 dəfə oxunub)
M.Şumaher FİA-nın ekoloji proqramını dəstəkləyib
Bu gün Melburnda Mixael Şumaher Bridgestone şirkətinin Avstraliya Avtomobil Assosiasiyası ilə birlikdə FİA-nın Make Cars Green ekoloji proqramı çərçivəsində keçirdiyi tədbirdə iştirak edib.
Sayta qoyulub: 09:03 25.03.2010 (167 dəfə oxunub)
M.Uebber istefa barədə düşünmür
Avstraliya uik-endi ərəfəsində Vodafone şirkətinin Sidneydə keçirdiyi tədbirdə Lyuis Həmilton jurnalistlərə bildirib ki, Mark Uebber bu il karyerasını başa vuracaq. Bu gün avstraliyalı sürücü bu şayiələri təkzib edib...
Sayta qoyulub: 19:57 24.03.2010 (153 dəfə oxunub)
Melburnda dördüncü stüard T.Kristensen olacaq
FİA məşhur sürücüləri Qran Prilərə stüard kimi dəvət etməyi ənənəyə çevirir. Bəhreyndə dördüncü stüard rolunu Alen Prost oynamışdı. Melburnda isə stüardlara "Lə Manın 24 saatı" yarışının səkkizqat və "Sebrinqin 12 saatı" yarışının beşqat qalibi Tom Kristinsen kömək edəcək.
Sayta qoyulub: 17:46 24.03.2010 (135 dəfə oxunub)
S.Moss xəstəxanadan çıxmağa hazırlaşır
Martın 8-də əfsanəvi sürücü Stirlinq Moss ciddi zədələrlə xəstəxanaya yerləşdirilmişdi - dördqat vitse-çempion öz evində liftin şaxtasına yıxılmış, üç mərtəbə aşağı düşmüş, topuqlarını, bir çox sümüklərini sındırmış və onurğasını zədələmişdi. Xoşbəxtlikdən, müayinə göstərmişdi ki, daxili orqanlar zədələnməyib. Müalicə başa çatıb və bu uik-end Moss xəstəxanadan evə buraxılacaq - proseduralar evdə davam etdiriləcək...
Sayta qoyulub: 15:35 24.03.2010 (146 dəfə oxunub)
Sauber komandası McLaren-in elementini nüsxələməyə hazırdır
McLaren komandası Bəhreyn Qran Prisində maarqlı texniki yenilikdən istifadə etmişdi, bu yenilik maşının düz yolda aerodinamik effektliyini artırmağa yönəlib. Gözləmək olardı ki, tezliklə belə bir yenilik ya FİA tərəfindən qadağan olunacaq, ya da digər komandalar tərəfindən nüsxələnəcək.
Sayta qoyulub: 13:24 24.03.2010 (178 dəfə oxunub)
L.di Montedzemolo: "Biz realist olaraq qalmalıyıq"
Ferrari mövsümə Bəhreyndə qələbə dublu ilə başlayıb, amma Melburn uik-endi ərəfəsində şirkətin prezidenti Luka di Montedzemolo komandanı iki həftə əvvəlki uğuru unutmağa çağırıb...
Sayta qoyulub: 11:13 24.03.2010 (131 dəfə oxunub)
K.Çandhok etibarlılıqda inkişafa ümid edir
Bəhreyndə Karun Çandhok yalnız sıralanma turunda trasa çıxa bilmişdi - Hispania komandasının mühəndis və mexanikləri onun maşınındakı hidravlik problemləri uzun müddət həll edə bilmirdilər, amma bu gün komanda Xtrac şirkətindən yeni elementlər alıb və hindistanlı sürücü ümid edir ki, qarçıdakı uik-end məhsuldar işləyə biləcək...
Sayta qoyulub: 09:02 24.03.2010 (151 dəfə oxunub)
S.Fettel: "Hələlik ən yaxşı maşını söyləmək mümkün deyil"
Bəhreyn yarışından sonra bir çox ekspertlər Red Bull maşınlarının sürətdə və asfalta yatma qüvvəsində üstünlüyə malik olmasından danışıblar, amma Melburnda Sebastyan Fettel jurnalistlərə bildirib ki, komandanın forması barədə fikir söyləmək hələ tezdir...
Sayta qoyulub: 19:29 23.03.2010 (169 dəfə oxunub)
F.Alonso: "Qaydaları dəyişməyə tələsmək lazım deyil"
Avstraliya Qran Prisi ərəfəsində çempionatın lideri Fernando Alonso öz bloqunda Albert Park və müasir Formula1-in aktual problemləri barədə fikirlər söyləyib...
Sayta qoyulub: 17:18 23.03.2010 (137 dəfə oxunub)
R.Şumaher DTM-də qalacaq
Şumaherlər ailəsi Mercedes-lə əlaqələrini möhkəmləndirirlər. Bu yaxınlarda böyük qardaş - Mixael, Formula1-ə qayıtdıqdan sonra Ştutqart komandasının heyətində ilk yarışını keçirib, indi isə konsernin dəstəyini balaca qardaş - Ralf, alıb: o Almaniyanın DTM kuzov çempionatında çıxışını davam etdirəcək.
Sayta qoyulub: 09:01 23.03.2010 (145 dəfə oxunub)
M.Uebber RB6-nın sürətinə əmindir
Mark Uebber tərəddüd etmir ki, Melburnda Red Bull komandası Bəhreynə nisbətən daha inamla çıxış edəcək, xüsusən də rəqiblər RB6-nın sürətli olmasını etiraf edirlərsə...
Sayta qoyulub: 19:56 22.03.2010 (146 dəfə oxunub)
Sauber komandası Toyota-nın bazasından istifadə edəcək
Bu yaxınlarda Kölndə bazası olan Toyota Motorsport bildirib ki, bundan sonra yalnız yarışlarda Toyota-nın texnikasından istifadə edənlərə deyil, bütün arzu edənlərə xidmət etməyə hazırdır. Bu təklifə razılıq verənlərdən birinci Sauber komandasının nümayəndələri razılıq veriblər.
Sayta qoyulub: 17:45 22.03.2010 (134 dəfə oxunub)
K.Maqnussen McLaren-in diqqətini çəkib
Hamıya məlumdur ki, Formula1-də irsilik geniş yayılıb: elə bu günlərdə Mercedes GP komandasında 1982-ci ilin dünya çempionu Keke Rosberqin oğlu Nikonu, Hispania komandasında üçqat dünya çempionu Ayrton Sennanın bacısı oğlu Brunonu görmək olar.
Sayta qoyulub: 15:34 22.03.2010 (152 dəfə oxunub)
Epsilon Euskadi bəxtini bir daha sınayacaq
İspaniyanın Epsilon Euskadi komandası 2011-ci ildə Formula1 üzrə dünya çempionatında çıxış etmək hüququ verən seçim turunda iştirak edəcək. Bir il əvvəl komandanın nümayəndələri paddoka düşməyə cəhd etmişdilər, amma FİA keçən il digər komandalara üstünlük vermişdi.
Sayta qoyulub: 13:23 22.03.2010 (133 dəfə oxunub)
Albert Parkın tribunalarından birinə M.Uebberin adı veriləcək
Avstraliyada Mark Uebberin gəlişini səbirsizliklə gözləyirlər: birincisi, sürücünün doğma şəhəri Kuinbeyndə onun şərəfinə təmtəraqlı məclis qurulacaq, ikincisi, Melburnun meriyası Albertin Parkın tribunalarından birinə onun adının verilməsini qərara alıb.
Sayta qoyulub: 11:12 22.03.2010 (144 dəfə oxunub)
Ferrari soyutma sistemləri üzərində işləyir
Ferrari mühəndisləri F10-un soyutma sistemlərinin effektliyinin artırılması üzərində işləyirlər. Yaxın yarışların bəzisi isti havada keçə bilər, ona görə də komanda aerodinamik effektliyi saxlamaqla motorun soyudulmasını yaxşılaşdırmalıdır.
Sayta qoyulub: 09:01 22.03.2010 (145 dəfə oxunub)
Stefan GP komandası Toyota-dan ayrılmasını təsdiq edib
Biz artıq yazmışdıq ki, Stefan GP komandası dünya çempionatında debüt etməsinə icazə ala bilmədikdən sonra, Toyota şirkəti Kölndəki bazasından istifadə barədə yeni proqramını elan etmişdi. Bu gün münasibətlərin ayrılmasını komandanın başçısı Zoran Stefanoviç də təsdiq edib...
Sayta qoyulub: 19:56 21.03.2010 (171 dəfə oxunub)
Spada tunel dağılıb
Bu gün nahar vaxtı Belçikanın Spa trasında Blanchimont döngəsi ərazisində altımetrəlik texniki tunelin bir hissəi dağılıb - bu tuneldən yük maşınları istifadə edirdilər.
Sayta qoyulub: 17:45 21.03.2010 (145 dəfə oxunub)
F1 Racing-in sorğusu: M.Şumaher ən məşhur sürücüdür
Britaniyanın F1 Racing jurnalı hər il mövsümün nəticələri barədə azarkeşlər arasında qlobal sorğu keçirirdi, sonuncu belə sorğu Formula1 komandalarının Assosiasiyası (FOTA) ilə birlikdə keçirilib. Sorğunun nəticələri hələ dərc olunmasa da, ilkin məlumatlar artıq mətbuata sızıb...
Sayta qoyulub: 15:34 21.03.2010 (144 dəfə oxunub)
Komandaların və mətbuatın Melburna yola düşmə problemləri
Formula1 komandalarının personalı və Britaniya mətbuatı Melburna yola düşərkən problemlərlə üzləşiblər - British Airways aviaşirkətinin işçiləri 20-23 martda tətil etməyi planlaşdırıblar, əgər tərəflər kompromis tapmasalar tətil həftənin sonuna qədər uzana bilər.
Sayta qoyulub: 13:23 21.03.2010 (203 dəfə oxunub)
Bu gün Ayrton Sennanın ad günüdür (video)
Bu gün Formula1-in ən əfsanəvi sürücüsü Ayrton Sennanın ad günüdür, əgər sağ olsaydı 50 yaşı tamam olardı. Əfsanəvi sürücü cəmi 34 il yaşadı, amma azarkeşlərə gərgin mübarizələrdə qazanılmış parlaq qələbələr bəxş etdi, hamını sürəti ilə, peşəkarlığı ilə və qələbə əzmkarlığı ilə heyran etdi.
Sayta qoyulub: 11:12 21.03.2010 (144 dəfə oxunub)
L.Həmilton: "Red Bull ciddi üstünlüyə malikdir"
Britaniya mətbuatına müsahibəsində Lyuis Həmilton Bəhreyn Qran Prisindən sonra qüvvələr nisbəti barədə danışıb...
Sayta qoyulub: 09:01 21.03.2010 (162 dəfə oxunub)
C.Batton: "Nəticə çıxarmağa tələsmək lazım deyil"
Bəhreyn yarışı bir çoxlarına darıxdırıcı görünüb, amma sonuncu dünya çempionu Censon Batton hesab edir ki, nəticə çıxarmağa tələsmək lazım deyil...
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<May 2012>
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031