MONAKO QP CANLI YAYIMDA:

26 may, 16:50 - Sıralanma turu
27 may, 16:30 - Yarış
Sayta qoyulub: 10:14 30.03.2010 (176 dəfə oxunub)
Lotus Kuala-Lumpurda azarkeşləri əyləndirəcək
Əfsanəvi adı olan komanda üçün Sepanq trasındakı növbət Qran Pri mövsümün əsas yarışı olacaq. Axı indi Lotus Malayziyanın milli fəxridir. Layihə bu dövlətin vəsaiti hesabına reallaşıb, hərçənd, komandanın bazası Böyük Britaniyadadır.
Sayta qoyulub: 08:03 30.03.2010 (153 dəfə oxunub)
K.Kolles: "Növbəti məqsədimiz hər iki maşının finişidir"
Avstraliyada Hispania komandasının sürücüsü Karun Çandhok finişə qədər yarışı davam etdirə bilib, hərçənd, finişdə o yarışın qalibindən 5 dövrə geri qalıb. İspaniya komandası üçün bunu böyük nailiyyət hesab etmək olar və indi çempionatın debütantları tempin inkişafına ümid edirlər...
Sayta qoyulub: 18:56 29.03.2010 (145 dəfə oxunub)
M.Şumaher nəticədən başqa hər şeydən razıdır
Öz rəsmi saytında Mixael Şumaher Avstraliya uik-endinə yekun vurub, onun fikrincə, yarışı pozitiv hesab etmək olar...
Sayta qoyulub: 16:45 29.03.2010 (165 dəfə oxunub)
Yarış reytinqində S.Fettel C.Battonu keçib
Biz artıq yazmışdıq ki, 2010-cu ilin əvvəlindən vahid yarış reytinqi adlı layihə həyata keçirilir. Xatırladaq ki, layihənin təsisçiləri müxtəlif seriyaların iştirakçılarını bir cədvələ toplayıblar. Formula1-də, WRC-də və NASCAR-da çıxış edən iştirakçıalrın nəticələrini müqayisə etmək üçün xüsusi qiymətləndirmə mexanizmi hazırlanıb, mexanizm hər bri seriyanın xüsusiyyətlərini və hər bir sürücünün son il ərzində gsötəricilərini nəzərə alır.
Sayta qoyulub: 14:34 29.03.2010 (146 dəfə oxunub)
Toro Rosso S.Bueminin qəzasını 150 min Avroya qiymətləndirib
Toro Rosso komandası Avstraliya Qran Prisinin ilk dövrəsində qəzaya uğramış Sebastyen Bueminin maşınının bərpasının neçə başa gələcəyini hesablayıb: komandanın başçısı Frans Tost İsveçərinin Blick qəzetinə 150 min Avro söyləyib. Bu zaman dağılmış şassi Avropaya göndəriləcək, Malayziyada isə sürücü yeni şassidə çıxış edəcək.
Sayta qoyulub: 12:23 29.03.2010 (125 dəfə oxunub)
R.Şumaher DTM-in testlərində ən yaxşı olub
İspaniyanın Valensiya şəhərində Almaniyanın DTM kuzov çempionatının iştirakçılarının dördgünlük test sessiyası başa çatıb. Testlərə bəzi güclü sürücülər heç qoşulmayıblar, bəziləri isə cəmi bir neçə saatlığa trasa çıxıblar (məsələn, keçənilki çempion Timo Şayder). Əvəzində tribunalara toplaşan azarkeşlər bir çox debütantların trasda işini görüblər - test günlərindən bir gün Red Bull komandasının məsləhətçisi Dəvid Kulthard da trasa çıxıb.
Sayta qoyulub: 10:12 29.03.2010 (150 dəfə oxunub)
Avstraliya yarışın keçirilməsi qrafikindən razıdır
Adətən Avstraliya yarışı mövsümün ilk yarışı olurdu və Qran Prinin təşkilatçıları bu statusa böyük əhəmiyyət verirdilər. Amma 2010-cu ildə mövsüm Bəhreyndə başlayıb - saat qurşaqları arasındakı fərqə görə yarışı martın 28-dən tez keçirmək mümkün deyildi, çünki məhz bu gün Avropa yay vaxtına keçir.
Sayta qoyulub: 08:01 29.03.2010 (153 dəfə oxunub)
Teleyayım: Auditoriya stabilləşir
Mövsümün ilk yarışı Bəhreyn Qran Prisinin Almaniyanın RTL telekanalında yayımının auditoriyası tarixi rekord vurmuşdu - analitiklər bunu gözlənilməz reytinqi "Şumaher faktoru" ilə izah ediblər, amma Avstraliya Qran Prisinin yayımız zamanı auditoriya əvvəlki səviyyəyə enib.
Sayta qoyulub: 16:27 28.03.2010 (159 dəfə oxunub)
M.Uebberə xəbərdarlıq elan olunub
Avstraliya Qran Prisinin stüardları yarışın sonuna iki dövrə qalmış Mark Uebber və Lyuis Həmilton arasında baş vermiş insidenti araşdırıblar.
Sayta qoyulub: 14:16 28.03.2010 (357 dəfə oxunub)
M.Şumaher: "Mən podiuma ümid edirdim"
Mixael Şumaher hesab edir ki, Melburnda o podium qazana bilərdi, amma birinci döngədəki insident onun ümidlərini puç edib: Fernando Alonso ilə toqquşmadan sonra yeddiqat dünya çempionu yeni antiqanad üçün pit-stopa getməli olub. Son yerlərdən irəliləyən alman sürücü yarışı 10-cu yerə başa vurub - son dövrələrdə o Xayme Algersuari və Pedro de la Rosanı qabaqlayıb...
Sayta qoyulub: 13:55 28.03.2010 (209 dəfə oxunub)
M.Uebber: "Biz hələ qayıdacayıq!"
Dünən sıralanma turunda qazanılmış uğurdan sonra hamı elə bilirdi ki, Red Bull sürücüləri qələbəni öz aralarında bölüşdürəcəklər, amma Sebastyan Fettel yarışı yarımçıq dayandırıb, Mark Uebber isə yalnız doqquzuncu olub...
Sayta qoyulub: 13:34 28.03.2010 (196 dəfə oxunub)
R.Barrikello: "Mən yeddinci olmalı idim"
Williams komandasının heyətində ikinci yarışında da Rubens Barrikello xal toplaya bilib. Düzdür, braziliyalı sürücü hesab edir ki, yarışı yeddinci yerdə də başa vura bilərdi...
Sayta qoyulub: 13:13 28.03.2010 (185 dəfə oxunub)
V.Liutsi: "Dəlicəsinə gözəl yarışın əla sonluğu!"
Dünən sıralanma turunda Force İndia maşınalrı bir daha sürətli olmalarını nümayiş etdiriblər - Adrian Sutil yenə də son sessiyaya keçə bilib. Amma yarışda iki həftə əvvəl Bəhreyndə olduğu kimi alman sürücünün komanda yoldaşı Vitantonio Liutsi fərqlənib - italiyalı sürücü ikinci ardıcıl yarışda xal qazanıb...
Sayta qoyulub: 12:52 28.03.2010 (170 dəfə oxunub)
L.Həmilton: "Komandanın taktikasından narazıyam"
Avstraliya yarışından sonra Lyuis Həmilton bildirib ki, bu yarış onun karyerasında ən yaxşı yarışlardan biri olub, amma komandanın taktiki səhvi və Mark Uebberin səhvi üzündən o yüksək nəticəni əldən verib.
Sayta qoyulub: 12:31 28.03.2010 (201 dəfə oxunub)
N.Rosberq: "Beşinci yer pis nəticə deyil"
Mövsümün ikinci yarışında da Mercedes GP komandasının hər iki sürücüsü xal qazana bilib. Gənc sürücü Niko Rosberq iki həftə əvvəlki nəticəsini təkrarlayıb - Avstraliyada o finişi beşinci keçib...
Sayta qoyulub: 12:10 28.03.2010 (186 dəfə oxunub)
F.Alonso: "Son nəticə pis deyil"
İki həftə əvvəl Ferrari komandası qələbə dublu qazanmışdı, amma Bəhreyndən fərqli olaraq Avstraliyada artıq sıralanma turu komanda üçün gözlənilməz alınıb. Yarışda isə Fernando Alonso özündən arxadan start alan komanda yoldaşı Felipe Massaya uduzub, çempionatın lideri bu dəfə yalnız dördüncü olub...
Sayta qoyulub: 11:49 28.03.2010 (184 dəfə oxunub)
F.Massa: "Mən startdan razı qaldım"
Karyerasında mövsümə ən yaxşı nəticə ilə başlayan Felipe karyerasında ən yaxşı Avstraliya yarışını da keçirib. Mövsümün ilk iki yarışını podiumda başa vuran yeganə sürücü Felipe olub...
Sayta qoyulub: 11:28 28.03.2010 (254 dəfə oxunub)
R.Kubitsa: "Komanda bu podiuma layiqdir"
Albert Parkdakı yarışın ən başlıca sensasiyası Robert Kubitsanın podiumu olub. Polşalı sürücü "böyük dördlüyün" maşınlarından sürətdə geri qalsa da, Qran Prini əla keçirib və finiş xəttini ikinci keçib. Renault-nun lideri əla start alıb, doqquzuncu yerdən dördüncü yerə yüksəlib, ilk pitindən sonra bir mövqe də qazanıb və Sebastyan Fettelin yarışdan kənar qalmasından sonra ikinci yerə yüksəlib.
Sayta qoyulub: 11:07 28.03.2010 (209 dəfə oxunub)
C.Batton: "Bu mənim qərarım idi"
Qurumaqda olan trasda ən erkən təkər dəyişməklə risk edən Censon Batton böyük üstünlük qazanıb və inamla qələbə qazanıb - bu onun McLaren-də ilk, karyerasında isə səkkizinci qələbəsidir...
Sayta qoyulub: 09:12 28.03.2010 (141 dəfə oxunub)
Sürücülər güzgülərin konstruksiyasını dəyişməyə çağırıblar
Formula1 sürücüləri arxanı göstərən güzgülərin konstruksiyasının dəyişdirilməsi üçün məsələyə FİA-nın qarışmasına çağırıblar: onlar narahatdırlar ki, bu il görmə problemi lap kəskinləşib. Melburnda sərbəst yürüşlərdə və sıralanma turunda bir neçə hal olub ki, sürücülər arxadan gələn maşınları görmədikləri üçün onları bloka salıblar.
Sayta qoyulub: 07:01 28.03.2010 (142 dəfə oxunub)
Virgin-in sürücüləri pit-leyndən start alacaqlar
Timo Qlok və Lukas di Qrassi Avstraliya Qran Prisinə pit-leyndən başlayacaqlar - komanda sıralanma turu və yarış arasındakı vaxt ərzində maşınlara müdaxilə edib.
Sayta qoyulub: 19:56 27.03.2010 (132 dəfə oxunub)
T.Toulmən kitabını Brunoya bağışlayıb
Toleman komandasının təssiçisi Ted Toulmən hazırda Asvtraliyanın MİNİ Challenge çempionatına başçılıq edir. Ted bu uik-end müəllifi olduğu "Toleman-ın tarixi - Formula1-də son romantiklər" kitabını şəxsən Hispania komandasının sürücüsü Bruno Sennaya təqdim edib.
Sayta qoyulub: 17:45 27.03.2010 (113 dəfə oxunub)
R.Braun FİA-dan izahat tələb edib
Mercedes GP komandasının başçısı Ross Braun FİA-ya müraciət edərək Red Bull maşınalrında idarə olunan asılqanların reqlamentə münasibliyi barədə izahat verməsini xahiş edib. Bu sistemin mübahisəli olması barədə dünən şərhçi Ceyms Allen, səhər McLaren komandasının başçısı Martin Uitmarş danışıblar, amma Red Bull komandası reqlamentə zidd olan belə bir sistemdən istifadə olunmasını təkzib edib. Söz FİA-nındır...
Sayta qoyulub: 15:34 27.03.2010 (125 dəfə oxunub)
M.Şumaher rəqiblərindən narazıdır
Bu gün sıralanma turundan sonra Mixael Şumaher yarışın direktoru Çarli Uaytinqdən sürücülərin hərəkətləri üzrə izahat istəyib. Alman sürücü sıralanma turunun müxtəlif sessiyalarında Lyuis Həmilton və Fernando Alonsonun hərəkətlərindən gileylənib. İspaniyalı sürücü ilə Mixael şəxsən söhbət edib, sonra isə vəziyyəti jurnalistlərə şərh edib...
Sayta qoyulub: 13:23 27.03.2010 (139 dəfə oxunub)
Red Bull amortizatorları şübhə altındadır?
Red Bull maşınlarının sürəti rəqiblərinə rahatlıq vermir - onlar isə Ədrian Nyuinin kosntruksiyasında qeyri-leqal elementlər axtarırlar. Belə bir element maşının altlığı ilə yol arasındakı məsafəni (klirens) tənzimləyən sistem ola bilər - dünən ilk dəfə sistem barədə şəhrçi Ceyms Allen öz bloqunda danışıb.
Sayta qoyulub: 11:12 27.03.2010 (149 dəfə oxunub)
N.Hülknenberq cərimə olunub
Avstraliya Qran Prisinin stüardları Niko Hülkenberqi sərbəst yürüşlər zamanı pit-leyndə sürət həddini aşdığı üçün cərimə ediblər.
Sayta qoyulub: 09:01 27.03.2010 (157 dəfə oxunub)
Yerli polislər L.Həmiltonu tutublar
Biz McLaren komandasının dünən axşam yaydığı mətbuat relizini sayta qoymuşuq - relizdə Lyuis Həmilton yerli polislərdən üzr istəyib. Avstraliya uik-endin favoritlərindən birinin axşam sərgüzəştləri barədə səhər qəzetlərinin hamısı yazıb - Lyuis "avtoşluq" edirmiş, Melburnun yaxınlığındakı Sent Kild şəhərciyində asfaltda təkərdən tüstü çıxarmaqla dairələr çızırmış...
Sayta qoyulub: 19:57 26.03.2010 (155 dəfə oxunub)
P.Zauber: "Biz McLaren-dən heç nəyi nüsxələməmişik"
Bu gün Sauber komandası səhər yürüşlərində arxa antiqanadın effektliyini dəyişən hava kanalını yoxlayıb. Auto Motor und Sport-a müsahibəsində komandanın başçısı Peter Zauber bildirib ki, bu element McLaren-dəkinin nüsxəsi deyil, komandanın müstəqil işidir...
Sayta qoyulub: 17:46 26.03.2010 (169 dəfə oxunub)
L.Həmilton üzr istəyib
Melburnda sərbəst yürüşlər çoxdan qurtarıb, ona görə də McLaren komandasının bu gecə yaydığı maraqlı reliz bir çoxlarını təəccübləndirib. Relizdə Lyuis Həmilton yerli polislərdən üzr istəyib...
Sayta qoyulub: 15:35 26.03.2010 (144 dəfə oxunub)
N.Haydfeld GPDA-ə başçılıq edəcək
Sauber komandasının əsas sürücüsü olduqdan sonra Pedro de la Rosa sürücülərin həmkarlar ittifaqına (GPDA) həmsədrlikdən imtina edib - Pedro uik-end günləri komandada çox məşğul olur, sürücülərin problemlərinə lazım olan qədər vaxt ayıra bilmir. Ona görə də sürücülər özlərinə yeni lider seçməli olublar, Bəhreyndə seçkilər baş tutmasa da, Melburnda GPDA-ə yeni həmsədr seçilib.
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<May 2012>
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031