Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış
Sayta qoyulub: 15:40 04.04.2010 (144 dəfə oxunub)
A.Sutil: "Bu il biz güclüyük"
Mövsümün ilk iki yarışında Force İndia komandasının hesabına yalnız Vitantonio Liutsi xallar qazanıb, Malayziyada isə növbə Adrian Sutilə çatıb - dördüncü yerdən start alan alman sürücü startdaca Kubitsanı irəli buraxsa da, beşinci mövqeyini finişə qədər qoruya bilib. Yarışın son dövrələrində Sutil Lyuis Həmiltonun ciddi hücumlarını dəf edə bilib...
Sayta qoyulub: 15:19 04.04.2010 (168 dəfə oxunub)
R.Kubitsa: "Daha bir əla yarış"
Keçən yarışda Robert Kubitsa Renault komandası üçün podium qazanmışdı, Malayziyada isə polşalı sürücü podiumun bir addımlığında dayanıb - amma Renault komandası hələ bütün yarışlarda yalnız bir maşınla finiş görüb. Robertin komanda yoldaşı Vitaliy Petrov əla yarış keçirsə də, yarışı yarışmçıq dayandırmalı olub. Robert isə yarışdan razı qalıb...
Sayta qoyulub: 14:58 04.04.2010 (147 dəfə oxunub)
N.Rosberq: "Red Bull-a çatmaq mümkün deyildi"
Niko Rosberq Malayziyada üçüncü olub və finişdən sonra bildirib ki, bu nəticədən çox razı qalıb - yeni Mercedes komandasının ilk podiumu, amma qələbə dublu qazanmış Red Bull sürücülərində yarışda çata bilməyib. Alman sürücü sırlanma turundan sonra ikinci yerdən start alsa da, elə startdaca Fetteli irəli buraxıb...
Sayta qoyulub: 14:37 04.04.2010 (147 dəfə oxunub)
M.Uebber: "Fettel layiqli qələbə qazandı"
Malayziya yarışının taleyi birinci döngədə həll olunub - üçüncü yerdən start alan Sebastyan Fettel Niko Rosberqi və poul qazanmış Mark Uebebri qabaqlayıb. Avstraliyalı sürücü finiş xəttini ikinci keçib və Red Bull-a mövsümün ilk qələbə dublunu qazandırıb, son dövrələrdə isə Mark sürətli dövrəyə də imza atıb...
Sayta qoyulub: 14:16 04.04.2010 (147 dəfə oxunub)
S.Fettel: "Həm mənim üçün, həm də komanda üçün əla nəticədir!"
Malayziyada Sebastyan Fettel əla start alıb, Niko Rosberqi və komanda yoldaşı Mark Uebberi keçib, finişə qədər yüksək tempi saxlayıb və rəqibləri üçün əlçatmaz olub. Mark üçün təsəlliverici faktor son dövrələrdə göstərdiyi sürətli dövrə olub, əlbəttə, bir də Red Bull-un mövsümdə birinci qələbə dublu...
Sayta qoyulub: 20:56 03.04.2010 (147 dəfə oxunub)
Avstraliyada yarışın start vaxtı dəyişdiriləcək
FİA Avstraliya Qran Prisinin təşkilatçılarına məsləhət görüb ki, 2011-ci ildə yarışı daha erkən vaxtda keçirsinlər. Bir həftə əvvəl federasiyanın texniki xidmətlərinin nümayəndləri yarışın sonunda işıqlıq dərəcəsini ölçüblər və onun kifayət qədər olmamasını etiraf ediblər.
Sayta qoyulub: 18:45 03.04.2010 (146 dəfə oxunub)
K.Rəykkönen WRC-də ilk xallarını qazanıb
Formula1-də 2007-ci ildə çempion olmuş Kimi Rəykkönenin ralli çempionatında işləri tədricən qaydasına düşür. Mövsümün ilk iki yarışında mübarizəni yarımçıq dayandıran finlandiyalı sürücü bu dəfə finişə ilk onluqda yetişib və WRC-də ilk xallarını qazanıb. Bu uik-end Kimi İordaniyada çıxış edib - Ölü dənizin ətraf yolları onun üçün uğurlu olub.
Sayta qoyulub: 16:34 03.04.2010 (155 dəfə oxunub)
F.Alonso: "Proqnoz yağış vəd etmirdi"
Güclü komandaların sürücüləri sıralanma turunun birinci sessiyasında trasa çıxmağa tələsməyibər - qısamüddətli yağış sessiyanın əvvəlində qurtarıb və proqnoz yeni yağış vəd etməyib, amma meteoroloqlar səhv ediblər və trasa sessiyanın əvvəlində çıxanlar üstünlük qazanıblar.
Sayta qoyulub: 14:23 03.04.2010 (175 dəfə oxunub)
M.Uebber: "Mən düzgün təkər seçimi etdim"
Mark Uebber karyerasında ikinci poulunu çətin şəraitdə qazanıb: sıralanma turunun sons essiyasında o ən yaxşı nəticəsini keçid təkərlərlə göstərib, amma onun rəqibləri bu zaman risk etməyərək trasa yağış təkərlərlə çıxmışdılar...
Sayta qoyulub: 11:12 03.04.2010 (145 dəfə oxunub)
T.Qlok cərimə olunub
Malayziya Qran Prisinin stüardları şənbə sərbəst yürüşlərində pit-leyndə sürət həddini aşdığı üçün Timo Qloku cərimə ediblər.
Sayta qoyulub: 09:01 03.04.2010 (139 dəfə oxunub)
Rəsmən: US F1 fəaliyyətini dayandırıb
ABŞ-dan US F1 komandasının bazasının rəsmən bağlanması barədə məlumat alınıb. Amerikanın Charlotte Business Journal jurnalı US F1 komandasının hər bir əməkdaşının işdən çıxarılması barədə bildiriş almasını yazıb, bildirişdə komandanın başçısı Ken Anderson baş verənlərdə "ciddi iqtisadi çətinlikləri və maliyyələşdirmə problemlərini" səbəb göstərib.
Sayta qoyulub: 19:07 02.04.2010 (131 dəfə oxunub)
Dallara-nın şassisi C.Uillisi məyus edib
Ceff Uillis təcrübəli və mötəbər mühəndisdir. Onun Formula1-də karyerası keçən əsrin 90-cı illərində Leyton House komandası ilə əməkdaşlıqla başlayıb, daha sonra o Ədrian Nyui ilə birlikdə Williams-da çalışıb, Ədrian McLaren-ə keçdikdən sonra aerodinamika şöbəsinə başçılıq edib. Daha sonra o BAR, Honda komandalarında çalışıb və Ədrian Nyui ilə birlikdə Red Bull komandasının texniki departamentinə başçılıq edib. Bu ildən Ceff Hispania komandasının texniki ştabına cəlb olunub.
Sayta qoyulub: 16:56 02.04.2010 (110 dəfə oxunub)
US F1 komandası tam bağlanıb?
US F1 komandasının əməkdaşları aprelin 1-dək haqqı ödənilməyən məzuniyyətə buraxılmışdılar, amma komandadan bir xəbər çıxmadığı üçün güman etmək olar ki, komanda tam bağlanıb. Almaniyanın Motorsport-Total qəzetinin verdiyi məlumata görə, komandanın Şarlottadakı bazasına çoxdandır ki, adam ayağı dəymir.
Sayta qoyulub: 14:45 02.04.2010 (141 dəfə oxunub)
Güzgülərin köçürülməsi Barselonaya qədər təxirə salınıb
FİA-nın dünən elan etdiyi yan pantonların üzərində güzgülərin yerləşdirilməsinə qadağa İspaniya Qran Prisinə qədər təxirə salınıb.
Sayta qoyulub: 12:34 02.04.2010 (134 dəfə oxunub)
İki sürücü cərimə olunub
Cümə sərbəst yürüşlərindən sonra Malayziya Qran Prisinin stüardları pit-leyndə sürət həddini aşdıqları üçün iki sürücünü cərimə ediblər.
Sayta qoyulub: 10:23 02.04.2010 (127 dəfə oxunub)
F.Fauzi bu mövsüm bir neçə yarış keçirə bilər?
Malayziyalı sürücü Fayruz Fauzi bu gün ev Qran Prisinin sərbəst yürüşlərində doğma Lotus komandasının tərkibində rəsmən ilk dəfə trasa çıxıb, elə o dəqiqə də paddoka şayiə yayılıb ki, komanda mövsümün gedişində həmyerlilsinin xidmətlərindən yalnız sərbəst yürüşlərdə deyil, hətta bəzi yarışlarda da yararlanmaq niyyətindədir.
Sayta qoyulub: 08:02 02.04.2010 (135 dəfə oxunub)
Komandalar KERS-in qaytarılmasını müzakirə edəcəklər
Formal olaraq kinetik enerjinin toplanması sistemi (KERS) reqlamentlə icazəlidir, amma FOTA çərçivəsində komandalar razılaşıblar ki, 2010-cu ildə sistemdən istifadə etməyəcəklər. Amma KERS qayıda bilər - məsələ bu gün Malayziyada baş tutacaq FOTA-nın iclasında müzakirə olunacaq...
Sayta qoyulub: 19:57 01.04.2010 (138 dəfə oxunub)
F.Massa və F.Alonso Philip Morris zavoduna baş çəkiblər
Bu gün səhər Felipe Massa və fernando Alonso Philip Morris şirkətinin Malayziyanın Seremban şəhərindəki zavoduna baş çəkiblər - bu zavod Asiya bazarı üçün nəzərdə tutulan ümumi məhsulun 80% istehsal edir.
Sayta qoyulub: 17:46 01.04.2010 (137 dəfə oxunub)
Michelin Formula1-ə qayıda bilər
Bu ilin sonunda Bridgestone Formula1-i tərk edəcək və 2011-ci ildə çempionatı təkərlərlə başqa istehsalçı təchiz edəcək. FİA təkər təchizatına tender elan etməyə hazırlaşır və uzun illər çempionatın təchizatçısı olmuş Michelin şirkəti Formula1-ə qayıtmaq üçün danışıqlar aparır.
Sayta qoyulub: 15:35 01.04.2010 (149 dəfə oxunub)
FİA yan pantonların üzərindəki güzgüləri qadağan edəcək
Çin Qran Prisindən başlayaraq, komandalara maşınalrın yan pantonları üzərində güzgü quraşdırmaq qadağan olunacaq, çünki güzgülərin bu cür yerləşdirilməsi görməni pisləşdirir və təbii ki, təhlükəsizliyə təsir edir.
Sayta qoyulub: 13:24 01.04.2010 (152 dəfə oxunub)
Sauber yeni sistemi bir daha test edəcək
Sauber komandası aerodinamik hava kanalı sistemini tezliklə maşına tətbiq etmək istəyir və Malayziyada cümə sərbəst yürüşlərində komanda bu maraqlı sistemin yoxlanmasını davam etdirəcək - oxşar ssitem McLren maşınlarında mövsümün ilk yarışından tətbiq olunur...
Sayta qoyulub: 11:13 01.04.2010 (146 dəfə oxunub)
M.Şumaher Fetteli ən güclü rəqib hesab edir
Mixael Şumaher Seastyan Fetteli bu mövsümdə titula ən əsas namizəd hesab edir: bu barədə yeddiqat dünya çempionu Petronas şirkətinin Kuala-Lumpurda təşkil etdiyi PR-aksiyanın gedişində söyləyib...
Sayta qoyulub: 09:02 01.04.2010 (188 dəfə oxunub)
Toro Rosso-nun maraqlı müsabiqəsi
Məlum olduğu kimi bu mövsümdən yarışın gedişində maşınlara yanacaq doldurmaq qadağan olunub, ona görə də komandaların yanacaq dolduran maşınlara ehtiyacı yoxdur. Toro Rosso belə maşınlardan maraqlı istifadənin qeyri-ənənəvi üsullarından birini relizində yayıb...
Sayta qoyulub: 19:30 31.03.2010 (133 dəfə oxunub)
Ə.İrvayn da şərhçi olacaq
Dörd Qran Prinin qalibi və 1999-cu ilin vitse-çempionu Əddi İrvayn Britaniyanın talkSport stansiyasında LG Grand Prix Show radioproqramında aparıcılıq edəcək. Jurnalist Əndi Qoldsteynlə birlikdə İrvayn hər Formula1 mərhələsindən sonra trasda və kənarda baş vermiş hadisələri şərh edəcək.
Sayta qoyulub: 17:19 31.03.2010 (132 dəfə oxunub)
N.Hauq Mercedes GP-nin tezliklə inkişaf edəcəyinə əmindir
Mövsümöncəsi testlər zamanı Mercedes GP komandasının nümayəndələri deyirdilər ki, komandanın tezliklə uğur qazanmasına ümid etmirlər - amma mövsümün gedişində maşını təkmilləşdirməklə, liderlərə yaxınlaşmağı planlaşdırırlar.
Sayta qoyulub: 09:02 31.03.2010 (129 dəfə oxunub)
FİA Red Bull-un maşınlarını araşdırmayacaq
Beynəlxalq Avtomobil Federasiyasının (FİA) nümayəndələri bildiriblər ki, hazırda RB6 maşınının konstruksiyasının Formula1-in texniki reqalmentə uyğunluğunu araşdırmaqla məşğul deyillər.
Sayta qoyulub: 19:58 30.03.2010 (149 dəfə oxunub)
Malayziyada stüardlara C.Herbert kömək edəcək
FİA-nın hakimlərinə dünya çempionatının yarışlarında kömək etməyə çağırılan üçüncü sürücü Conni Herbert olub. Conni 1989-2000-ci illərdə Formula1-də 100-dən artıq Qran Pri keçirib və 3 qələbə qazanıb, 45 yaşlı sürücü hələ də müxtəlif seriyalarda sükan arxasına oturur, indi isə "sütardların köməkçisi" rolunda Alen Prost və Tom Kristenseni əvəz edəcək.
Sayta qoyulub: 17:47 30.03.2010 (136 dəfə oxunub)
Red Bull komandası FİA-nı məsələni aydınlaşdırmağa çağırıb
Əgər Bəhreyn Qran Prisində ən çox müzakirə olunan texniki yenilik McLaren maşınlarının arxa antiqaandına havayönləndirən sistem olmuşdusa, Avstraliyada diqqət mərkəzinə Red Bull maşınalrında klirensin səviyyəsini tənzimləyən sistem çıxıb. Rəqiblər Kristian Horneri qaydaları özü istədiyi kimi yozmaqda ittiham ediblər - nəticədə komanda trasda böyük üstünlük əldə edib.
Sayta qoyulub: 15:36 30.03.2010 (213 dəfə oxunub)
S.Fettelin uğursuzluğuna Brembo əyləcləri səbəb olmayıb
Yarış maşınları üçün əyləc sistemləri hazırlayan Brembo şirkəti Melburnda Sebastyan Fettelin yarışı yarımçıq dayandırmasına səbəb əyləcin olması xəbərlərini təkzib edib. Fettel rəqiblərini böyük üstünlüklə qabaqlayırmış, amma onun RB6-da qabaq sol təkərlə yaranmış mexaniki problemlər üzündən trasdan çıxıb.
Sayta qoyulub: 13:25 30.03.2010 (109 dəfə oxunub)
D.Kulthard: "Lyuisin problemləri var"
Keçmiş Formula1 sürücüsü Dəvid Kulthard hazırda Red Bull komandasında məsləhətçi və BBC telekanalında şərhçi kimi çalışır, şotlandiyalı sürücü The Daily Telegraph qəzetində apardığı köşədə Lyuis Həmiltonun düşdüyü vəziyyətdən narahat olduğunu və gənc sürücüyə məsləhət vermək istədiyini bildirib...
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829