Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış
Sayta qoyulub: 19:57 06.04.2010 (156 dəfə oxunub)
V.Liutsi güzgülərin yerdəyişməsini dəstəkləyib
İspaniya Qran Prisi ərəfəsində bəzi komandalar arxanı göstərən güzgüləri yan pantonların üzərindən monokokun üzərinə köçürməli olacaqlar. FİA-nın bu qərarını heç də hamı bəyənməyib, axı komandalar güzgülərdən aerodinamik elementlər kimi istifadə edirlər. Force İndia komandası da güzgülərdən maşının aerodinamikasında yararlanır, amma komandanın italiyalı sürücüsü Vitantonio Liutsi hesab edir ki, bununla trasda görmə həqiqətən artacaq...
Sayta qoyulub: 17:46 06.04.2010 (134 dəfə oxunub)
K.Çandhok Hispania-nın inkişafından razıdır
Çempionatda debüt etmiş üç yeni komandadan hələlik yalnız bir komanda hər iki maşınını damalı bayrağa çatdıra bilib. Maraqlıdır ki, bu nə Lotus-dur, nə də Virgin, bu Hispania komandasıdır. Malayziyada hər iki maşının finişə çatmasını hindistanlı sürücü Karun Çandhok komandanın inkişafının nəticəsi hesab edir və yeni uğurlar gözləyir...
Sayta qoyulub: 15:35 06.04.2010 (144 dəfə oxunub)
GPDA-də yerdəyişmələr?
Bu barədə rəsmi məlumat hələ yoxdur, amma məlumatlı mənbələr əmin edirlər ki, Malayziya Qran Prisi günlərində sürücülərin həmkarlar ittifaqının (GPDA) iclası keçirilib, iclasda təşkilata yeni rəhbərlik seçilib, Mixael Şumaher isə yenidən təşkilata üzv olub.
Sayta qoyulub: 13:24 06.04.2010 (196 dəfə oxunub)
2012-ci ildə Rusiya Qran Prisi, 2013-cü ildə Nyu York Qran Prisi?
Berni Ekklstoun bildirib ki, Formula1 2012-ci ildə Rusiyaya gələcək, 2013-cü ildə isə ABŞ-a qayıdacaq, Bloomberg agentliyinə verdiyi müsahibəsində Formula1-in kommersiya başçısı bu zaman illik yarışların sayının 20-dən çox olmayacağını təsdiqləyib. Berninin fikrincə, Rusiyada çempionat ya Moskvada, ya da Soçidə - 2014-cü ilin Qış Olimpiya paytaxtında keçiriləcək, ABŞ-a gəlincə, Nyu Yorkun Manhetten rayonu yaxınlığında tras tikintisi mümkündür.
Sayta qoyulub: 11:13 06.04.2010 (156 dəfə oxunub)
Hindistan 2011-ci ildə Qran Priyə hazırlaşır
Hindistan Qran Prisinin müddəti bir neçə dəfə dəyişdirilib, amma indi bürokratik məsələlər həll olunub, milli idman nazirliyi layihəni dəstəkləyib, hərçənd, layihəni şəxsi sərmayədarlar maliyyələşdirəcəklər. Avtodromun tikintisi üzrə işlər davam edir, trasda ilk yarış gələn ilin oktyabrına planlaşdırılıb. Reuters agentliyinə müsahibəsində layihənin başçısı Mark Hyuz vəziyyəti şərh edib...
Sayta qoyulub: 09:02 06.04.2010 (127 dəfə oxunub)
E.Buye: "Kubitsanın töhfəsini dəyərləndirmək çətindir"
Renault komandasının başçısı Erik Buye Robert Kubitsanın işindən razıdır - mövsümün ilk üç yarışında sürücü maksimum çalışıb və komandanın aktivinə otuz xal qazanıb...
Sayta qoyulub: 19:56 05.04.2010 (137 dəfə oxunub)
K.Horner: "Red Bull aktiv asılqanlardan istifadə etmir"
Red Bull komandasının rəhbərliyi əmin edir ki, RB6 maşınlarında bəzilərinin güman etdiyi aktiv asılqanalrdan istifadə olunmur, əgər rəqiblər bu qadağan olunmuş sistemi maşınlarına tətbiq etsələr, komanda rəqiblərinin hərəkətlərindən şikayət edəcək.
Sayta qoyulub: 17:45 05.04.2010 (134 dəfə oxunub)
B.Ekklstoun: "Dəyişikliklərin zəruriliyi aşkardır"
Britaniyada nəşr olunan The Telegraph qəzetinin səhifələrində Berni Ekklstoun yarışların baxımlılığını artıran tədbirlərin tətbiq olunmasının zəruriliyindən danışıb, bir neçə gün əvvəl, Malayziyada cümə sərbəst yürüşlərindən sonra komandalarla bu məsələni FOTA-nın iclasında müzakirə edib...
Sayta qoyulub: 15:34 05.04.2010 (135 dəfə oxunub)
Malayziya tribunalarında yüz min tamaşaçı
Malayziyada tribunalara biletin qiyməti Avropada olduğu kimi baha deyil, bəlkə məhz buna görə, bəlkə də milli Lotus komandasının debütünə görə, azarkeşlər mövsümün üçüncü yarışına böyük maraq göstəriblər - yarışın təşkilatçılarının verdiyi xəbərə görə, bazar günü yarışı tribunalardan yüz min tamaşaçı izləyib...
Sayta qoyulub: 13:23 05.04.2010 (137 dəfə oxunub)
Ə.Nyuini təhlükəsizlik narahat edir
Komandaların əksəriyyəti McLaren mühəndislərinin hazırladıqları hava kanalını maşınlarına tətbiq etməyi planlaşdırırlar - xüsusi hava kanalı arxa antiqanadın effektliyini dəyişməklə düz yolda maşının sürətini artırır. Gazzetta dello Sport müsahibəsində Red Bull komandasının baş konstruktoru Ədrian Nyui belə bir elementin təhlüksəziliyindən şübhələndiyini söyləyib...
Sayta qoyulub: 11:12 05.04.2010 (135 dəfə oxunub)
Red Bull mübarizəyə hazırdır
Red Bull maşınları bu il sıralanma turunda sürətli olmaları ilə hamını təəccübləndiriblər, amma mövsümün ilk iki yarışında mövsümöncəsi testlərdə olduğu kimi komanda etibarlılıq problemləri ilə üzləşib. Malayziyada Sebastyan Fettel və Mark Uebber qələbə dublu qazanıblar və Kristian Horner jurnalistlərə bildirib ki, onun komandası mübarizəyə hazırdır...
Sayta qoyulub: 09:01 05.04.2010 (131 dəfə oxunub)
F.Alonso: "Bu mənim həyatımda ən yaxşı yarış idi"
Malayziyada Fernando Alonso maraqlı yarış gösrtərib. İspan sürücünün F10-unda hələ qızdırma dövrəsində ilişmə muftası imtina edib, amma yarış boyu o komanda yoldaşından geri qalmayıb və aktiv hücum edib, hərçənd, ötürmələri hər dəfə keçirərkən, qaz pedalına artıq basmaq gəlirmiş. Bu rejimdə işləyən motor finişə qədər dözməyib və işləməkdən imtina edib, amma mütəxəssislər ikiqat dünya çempionunun trasda mübarizəsini bəyəniblər, sürücü özü isə bu yarışı karyerasının ən yaxşı yarışı adlandırıb...
Sayta qoyulub: 19:36 04.04.2010 (123 dəfə oxunub)
S.Fettel cərimə olunmayıb
Malayziya Qran Prisinin finişindən sonra FİA-nın nümayəndələri rəsmi reliz yayıblar - relizin ilk sətirləri Sebastyan Fettelin və Red Bull komandasının azarkeşləri üçün soyuq su altında duşa çevrilib. Sən demə, alman sürücü yarışın son dövrəsində Yarno Trullini sarı bayraqların dalğalandığı ərazidə keçibmiş!
Sayta qoyulub: 17:25 04.04.2010 (166 dəfə oxunub)
N.Hülkenberq: "Təəssüf ki, cəmi bir xal qazana bildik"
Williams komandası mövsümün bütün yarışlarında xal qazanmaq ənənəsini davam etdirib, amma Rubens Barrikello bu dəfə on ardıcıl yarışda xal qazanmaq seriyasını dayandırıb - startda problemlər yaşayan braziliyalı sürücü yarışı yaxşı keçirsə də, xal qazana bilməyib. Onun gənc komanda yoldaşı Niko Hülkenberq yüksək beşinci yerdən start alsa da, finişdə yalnız onuncu olmaqla karyerasında ilk xalını qazanıb...
Sayta qoyulub: 17:04 04.04.2010 (141 dəfə oxunub)
X.Algersuari: "Xal qazanmağa şadam!"
Mövsümün üçüncü mərhələsi Toro Rosso komandası üçün uğurlu alınıb: Xayme Algersuari finişi doqquzuncu keçməklə Formula1-də ilk xallarını qazanıb, Sebastyen Buemi isə ilk onluğun bir addımlığında dayanıb...
Sayta qoyulub: 16:43 04.04.2010 (141 dəfə oxunub)
C.Batton: "Təsəvvür etməzdim ki, 8-ci yer uğrunda belə gərgin mübarizə aparacam"
Dünənki sıralanma turu McLaren və Ferrari komandaları üçün uğursuz alınmışdı - yalnız Censon Batton iki sessiyaya adlamış, lakin birinci sessiyada maşın trasdan çıxdığı üçün mübarizəni davam etdirə bilməmişdi. Komanda yoldaşından fərqli olaraq yarışa yumşaq təkərlərlə başlayan Censon hamıdan birinci olaraq pitə yollanmalı olub, bundan sonra yarışın böyük hissəsini bərk təkərlərlə keçirən sonuncu dünya çempionu son dövrələrdə Ferrari sürücüləri ilə gərgin mübarizə aparıb - nəticədə Fernando Alonsonu arxada saxlayıb, Felipe Massanı isə irəli buraxıb və finiş xəttini səkkizinci keçib...
Sayta qoyulub: 16:22 04.04.2010 (150 dəfə oxunub)
F.Massa: "Biz hər iki çempionatda liderik"
Bəhreyndə əla yarışdan və Melburnda podiumdan sonra mövsümün üçüncü yarışı Ferrari üçün pozitiv alınmayıb - uğursuz sıralanma turundan sonra Felipe Massa finişdə yeddinci olub, Fernando Alonso isə finişə iki dövrə qalmış yarışı dayandırmalı olub - həmin an doqquzuncu olan ispaniyalı sürücünün maşınında motor imtina edib. Hərçənd, uğuruszluqlara baxmayaraq, məhz Skuderiya və braziliyalı sürücü hər iki çempionata başçılıq edirlər...
Sayta qoyulub: 16:01 04.04.2010 (152 dəfə oxunub)
L.Həmilton: "Adriana görə şadam"
Malayziyada Lsyui Həmilton yarışa uzaq 20-ci yerdən başlayıb, amma startı əla keçirib, aqresiv hücum edib və yarışı 6-cı yerdə başa vura bilib. Yarışın gedişində müxtəlif ötmələr edən Lyuis 6-cı dövrədə Renault-un sürücüsü Vitaliy Petrovla gözəl mübarizə ilə yadda qalıb, mövqeyini geri qaytaran rusiyalı sürücü bir neçə dövrədən sonra Lyuisin hücumlarına tab gətirməyib...
Sayta qoyulub: 15:40 04.04.2010 (144 dəfə oxunub)
A.Sutil: "Bu il biz güclüyük"
Mövsümün ilk iki yarışında Force İndia komandasının hesabına yalnız Vitantonio Liutsi xallar qazanıb, Malayziyada isə növbə Adrian Sutilə çatıb - dördüncü yerdən start alan alman sürücü startdaca Kubitsanı irəli buraxsa da, beşinci mövqeyini finişə qədər qoruya bilib. Yarışın son dövrələrində Sutil Lyuis Həmiltonun ciddi hücumlarını dəf edə bilib...
Sayta qoyulub: 15:19 04.04.2010 (168 dəfə oxunub)
R.Kubitsa: "Daha bir əla yarış"
Keçən yarışda Robert Kubitsa Renault komandası üçün podium qazanmışdı, Malayziyada isə polşalı sürücü podiumun bir addımlığında dayanıb - amma Renault komandası hələ bütün yarışlarda yalnız bir maşınla finiş görüb. Robertin komanda yoldaşı Vitaliy Petrov əla yarış keçirsə də, yarışı yarışmçıq dayandırmalı olub. Robert isə yarışdan razı qalıb...
Sayta qoyulub: 14:58 04.04.2010 (147 dəfə oxunub)
N.Rosberq: "Red Bull-a çatmaq mümkün deyildi"
Niko Rosberq Malayziyada üçüncü olub və finişdən sonra bildirib ki, bu nəticədən çox razı qalıb - yeni Mercedes komandasının ilk podiumu, amma qələbə dublu qazanmış Red Bull sürücülərində yarışda çata bilməyib. Alman sürücü sırlanma turundan sonra ikinci yerdən start alsa da, elə startdaca Fetteli irəli buraxıb...
Sayta qoyulub: 14:37 04.04.2010 (147 dəfə oxunub)
M.Uebber: "Fettel layiqli qələbə qazandı"
Malayziya yarışının taleyi birinci döngədə həll olunub - üçüncü yerdən start alan Sebastyan Fettel Niko Rosberqi və poul qazanmış Mark Uebebri qabaqlayıb. Avstraliyalı sürücü finiş xəttini ikinci keçib və Red Bull-a mövsümün ilk qələbə dublunu qazandırıb, son dövrələrdə isə Mark sürətli dövrəyə də imza atıb...
Sayta qoyulub: 14:16 04.04.2010 (147 dəfə oxunub)
S.Fettel: "Həm mənim üçün, həm də komanda üçün əla nəticədir!"
Malayziyada Sebastyan Fettel əla start alıb, Niko Rosberqi və komanda yoldaşı Mark Uebberi keçib, finişə qədər yüksək tempi saxlayıb və rəqibləri üçün əlçatmaz olub. Mark üçün təsəlliverici faktor son dövrələrdə göstərdiyi sürətli dövrə olub, əlbəttə, bir də Red Bull-un mövsümdə birinci qələbə dublu...
Sayta qoyulub: 20:56 03.04.2010 (147 dəfə oxunub)
Avstraliyada yarışın start vaxtı dəyişdiriləcək
FİA Avstraliya Qran Prisinin təşkilatçılarına məsləhət görüb ki, 2011-ci ildə yarışı daha erkən vaxtda keçirsinlər. Bir həftə əvvəl federasiyanın texniki xidmətlərinin nümayəndləri yarışın sonunda işıqlıq dərəcəsini ölçüblər və onun kifayət qədər olmamasını etiraf ediblər.
Sayta qoyulub: 18:45 03.04.2010 (146 dəfə oxunub)
K.Rəykkönen WRC-də ilk xallarını qazanıb
Formula1-də 2007-ci ildə çempion olmuş Kimi Rəykkönenin ralli çempionatında işləri tədricən qaydasına düşür. Mövsümün ilk iki yarışında mübarizəni yarımçıq dayandıran finlandiyalı sürücü bu dəfə finişə ilk onluqda yetişib və WRC-də ilk xallarını qazanıb. Bu uik-end Kimi İordaniyada çıxış edib - Ölü dənizin ətraf yolları onun üçün uğurlu olub.
Sayta qoyulub: 16:34 03.04.2010 (155 dəfə oxunub)
F.Alonso: "Proqnoz yağış vəd etmirdi"
Güclü komandaların sürücüləri sıralanma turunun birinci sessiyasında trasa çıxmağa tələsməyibər - qısamüddətli yağış sessiyanın əvvəlində qurtarıb və proqnoz yeni yağış vəd etməyib, amma meteoroloqlar səhv ediblər və trasa sessiyanın əvvəlində çıxanlar üstünlük qazanıblar.
Sayta qoyulub: 14:23 03.04.2010 (175 dəfə oxunub)
M.Uebber: "Mən düzgün təkər seçimi etdim"
Mark Uebber karyerasında ikinci poulunu çətin şəraitdə qazanıb: sıralanma turunun sons essiyasında o ən yaxşı nəticəsini keçid təkərlərlə göstərib, amma onun rəqibləri bu zaman risk etməyərək trasa yağış təkərlərlə çıxmışdılar...
Sayta qoyulub: 11:12 03.04.2010 (145 dəfə oxunub)
T.Qlok cərimə olunub
Malayziya Qran Prisinin stüardları şənbə sərbəst yürüşlərində pit-leyndə sürət həddini aşdığı üçün Timo Qloku cərimə ediblər.
Sayta qoyulub: 09:01 03.04.2010 (139 dəfə oxunub)
Rəsmən: US F1 fəaliyyətini dayandırıb
ABŞ-dan US F1 komandasının bazasının rəsmən bağlanması barədə məlumat alınıb. Amerikanın Charlotte Business Journal jurnalı US F1 komandasının hər bir əməkdaşının işdən çıxarılması barədə bildiriş almasını yazıb, bildirişdə komandanın başçısı Ken Anderson baş verənlərdə "ciddi iqtisadi çətinlikləri və maliyyələşdirmə problemlərini" səbəb göstərib.
Sayta qoyulub: 19:07 02.04.2010 (131 dəfə oxunub)
Dallara-nın şassisi C.Uillisi məyus edib
Ceff Uillis təcrübəli və mötəbər mühəndisdir. Onun Formula1-də karyerası keçən əsrin 90-cı illərində Leyton House komandası ilə əməkdaşlıqla başlayıb, daha sonra o Ədrian Nyui ilə birlikdə Williams-da çalışıb, Ədrian McLaren-ə keçdikdən sonra aerodinamika şöbəsinə başçılıq edib. Daha sonra o BAR, Honda komandalarında çalışıb və Ədrian Nyui ilə birlikdə Red Bull komandasının texniki departamentinə başçılıq edib. Bu ildən Ceff Hispania komandasının texniki ştabına cəlb olunub.
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829