Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS
Sayta qoyulub: 20:58 09.03.2010 (11 dəfə oxunub )
R.Braun Mixael barədə
Mercedes GP komandasının başçısı Ross Braun əmindir ki, Formula1 fantastik mövsüm gözləyir, bunun üçün əla şərait var. Keçən il Rossun başçılıq etdiyi Brawn GP komandası Mühəndislər Kubokunu qazanmışdı, komandanın sürücüsü Censon Batton isə dünya çempionu olmuşdu. İndi təkcə komandanın statusu (Mercedes-Benz şirkətinin zavod komandası) və adı deyil, həm də heyəti tam dəyişib - komandanın maşınlarını yeddiqat dünya çempionu Mixael Şumaher və Niko Rosberq sürəcəklər...
Sayta qoyulub: 18:47 09.03.2010 (10 dəfə oxunub )
M.Uebber: "Şumaheri çətin mövsüm gözləyir"
Red Bull komandasının sürücüsü Mark Uebber Mixael Şumaherin Formula1-ə qayıtması qərarını dəstəkləyib, amma eyni zamanda hesab edir ki, yaxşı fiziki forması və uğurlu mövsümöncəsi testlər alman sürücüyə çempionatı tərk edərkən olduğu səviyyəyə qayıtmağa imkan verməyəcək.
Sayta qoyulub: 16:36 09.03.2010 (9 dəfə oxunub )
McLaren-in ehtiyat variantı var
McLaren komandası əmin edir ki, Bəhreyn Qran Prisi ərəfəsində MP4-25-in arxa antiqanadının konstruksiyasının leqallığı barədə narahatlıq keçirmir. Gözlənildiyinə görə, yaxın günlərdə FİA konstruksiyanın qanunauyğunluğunu təsdiq edəcək. Buna baxmayaraq, komanda bu aerodinamik elementin alternativ variantını hazırlayıb və Bəhreynə gətirəcək.
Sayta qoyulub: 14:25 09.03.2010 (9 dəfə oxunub )
Sauber şassisi və "təkər faktoru"
Bu il Sauber komandası çempionatın top-komandaları ilə bərabər mübarizəyə qatıla bilər, çünki C29 şassisi komandanın sürücülərinə təkərlərlə daha səliqəli davranmağa imkan verir - bu Bridgestone firmasının mütəxəssislərinin fikridir. Mövsümöncəsi testlərdə Sauber maşınları yaxşı sürət nümayiş etdiriblər, amma məlum olanda ki, C29 maşınında təkərlər liderlərin maşınlarında olduğundan daha az yeyilir, komanda əlavə nikbinlik payı qazanıb.
Sayta qoyulub: 12:14 09.03.2010 (7 dəfə oxunub )
Silverstounda işlər başa çatmaq üzrədir
Klassik Silverstoun avtodromunda rekonstruksiya işləri başa çatmaq üzrədir - bu barədə Böyük Britaniya Qran Prisinin təşkilatçıları bildiriblər. Arena adını almış trasın yenilənmiş konfiqurasiyası bu il həm Formula1 yarışını, həm də Moto GP və Superbayk mərhələlərini qəbul edəcək.
Sayta qoyulub: 10:03 09.03.2010 (9 dəfə oxunub )
B.Ekklstoun: "Şumaherin uğursuzluqdan səbri tükənə bilər"
Formula1-in kommersiya başçısı Berni Ekklstoun 41 yaşlı Mixael Şumaherin bu il titul qazanamsına ümid etmir. Berninin fikrincə, əgər Şumaher uğursuzluq zolağına düşərsə, onun səbri tükənə bilər...
Sayta qoyulub: 20:57 08.03.2010 (10 dəfə oxunub )
V.Veber: "Şübhə etmirəm ki, Mixael qələbə qazanacaq"
Mixael Şumaherin keçmiş meneceri Villi Veber hesab edir ki, alman sürücünün karyerasındakı yeni fəsil çoxlarının düşündüyündən uzun çəkə bilər. Berlində nəşr olunan Der Tagesspiegel qəzetinə müsahibəsində o bildirib ki, Mixael Formula1-də 50 yaşına kimi şıxış edə bilər və səkkizinci titulu qazana bilər...
Sayta qoyulub: 18:46 08.03.2010 (8 dəfə oxunub )
FİA McLaren-in maşınlarına yalnız Bəhreyndə baxacaq
McLaren maşınlarının arxa antiqanadının konstruksiyasının reqalmentə uyğun gəlməsini müəyyən edəcək texniki təftiş təxirə salınıb və yalnız Bəhreyndə baş tutacaq. Red Bull komandasının nümayəndələri bu antiqanaddan şübhələndikdən və FİA-ya müarciət etdikdən sonra, britaniyalılar təftiş üçün Çarli Uaytinqi Uokinqdəki bazaya dəvət etmişdilər. Elementin bütün sənədləri FİA-nın sərənsamında olsa da, Uaytinq nəqliyyat problemi üzündən Braziliyadan axtında uça bilməyib və təftiş təxirə salınmışdı.
Sayta qoyulub: 16:35 08.03.2010 (8 dəfə oxunub )
Ser S.Moss ağır zədələr alıb
Keçən uik-end məşhur britaniyalı sürücü ser Stirlinq Moss öz evində baş vermiş bədbəxt hadisədən sonra ağır zədələrlə hospitala çatdırılıb. Avtoidmanın 80 yaşlı veteranı liftin qapısı açılarkən şaxtaya yıxılıb - texniki problemlər üzündən qapı açılsa da lift kabinəsi hələ bir mərtəbə yuxarıda imiş. Üçüncü mərtəbədən yıxılan sürücünün hər iki topuğu, hər iki ayağında dörd sümüyü sınıb və onurğası zədələnib. Xoşbəxtlikdən, müayinə göstərib ki, daxili orqanlara heç nə olmayıb.
Sayta qoyulub: 14:24 08.03.2010 (9 dəfə oxunub )
J.Todt: "Qətər Formula1 yarışlarını qəbul edə bilər"
Qətərin Losail avtodromunda Moto GP və GP2Asia seriyalarının gecə yarışları artıq keçirilib, düzdür, bu yarışlar Sinqapur Qran Prisi kimi effektiv alınmayıb - burada gözoxşayan arxitektura yoxdur, amma yaxın illərdə tras Formula1 təqvimində debüt edə bilər - təşkilatçıları FİA da təsdtəkləyib.
Sayta qoyulub: 12:13 08.03.2010 (9 dəfə oxunub )
R.Şumaher: "Sauber hamını təəccübləndirə bilər"
Speedweek həftəliyinə müsahibəsində Ralf Şumaher qarşıdakı mövsümdə qüvvələr nisbətindən söhbət açıb...
Sayta qoyulub: 10:02 08.03.2010 (8 dəfə oxunub )
Sauber komandası adını dəyişə bilər
Sauber komandası BMW konserni çempionatı tərk edəndən və komandanı Peter Zauberə verdikdən sonra adında Bavariya zavodunun üçhərflik abbreviaturasını saxlayıb. Amma komandanın mövsümə hazırladığı C29 maşınlarında Ferrari motorları çalışacaq və addəyişmə qaçılmazdır - BMW Sauber Ferrari ifadəsi avtoidman ənənələrinə sığmır.
Sayta qoyulub: 20:56 07.03.2010 (9 dəfə oxunub )
Red Bull-un mexanikləri təkərləri iki saniyəyə dəyişirlər
Yanacaqdoldurmaya qadağadan sonra pit-stopun müddəti yalnız təkərlərin dəyişdirilməsi ilə ölçülür. Bu saniyələr yarışın gedişində vacib rol oynaya bilər və mövsümün startından əvvəl komandalar mexaniklər üçün xüsusi məşqlər keçiblər.
Sayta qoyulub: 18:45 07.03.2010 (10 dəfə oxunub )
N.Rosberq: "Bəzi xırdalıqları mən özüm üçün saxlayacam"
Aalmaniyanın Focus jurnalına müsahibəsində Niko Rosberq Mixael Şumaherlə əməkdaşlıqdan, məlumat mübadiləsindən və avtodimanda hər bir kəsin sirlərinin olmasından danışıb...
Sayta qoyulub: 16:34 07.03.2010 (10 dəfə oxunub )
M.Şumaherin işçi həftəsi
Almaniyanın Sport Bild qəzeti Mixael Şumaherin mövsümün ilk Qran Prisində işçi həftəsinin qrafikini dərc edib...
Sayta qoyulub: 14:23 07.03.2010 (10 dəfə oxunub )
N.Mənsell: "Yekunda bir nəfər qalib gələcək"
BBC telekanalına müsahibəsində 1992-ci ilin dünya çempionu Naycel Mənsell McLaren komandasındakı vəziyyətdən və qarşıdakı mövsümdə mümkün qüvvələr nisbətindən danışıb...
Sayta qoyulub: 12:12 07.03.2010 (10 dəfə oxunub )
McLaren-in arxa antiqanadının yoxlanması təxirə salınıb
Çarli Uaytinqin Uokinqdə McLaren-in texnoloji mərkəzinə cümə gününə planlaşdırdığı səfəri nəqliyyat problemləri üzündən təxirə salınıb.
Sayta qoyulub: 10:01 07.03.2010 (10 dəfə oxunub )
L.Həmilton: "Hansısa bir an Formula1-i tərk etmək istədim"
Britaniyanın The Guardian qəzetinin jurnalistləri ilə söhbətində Lyuis Həmilton etiraf edib ki, keçən il mövsümün ilk yarışında yaranmış qalmaqaldan sonra çempionatı tərk etmək fikrinə düşübmüş - o zaman Lyuis Avstraliya Qran Prisinin stüardlarını Yarno Trullini sarı bayraqlar altında ötməsi barədə aldatmışdı...
Sayta qoyulub: 20:58 06.03.2010 (10 dəfə oxunub )
M.Hakkinen: "Mixael qələbə qazanmaq üçün qayıdıb"
Mika Hakkinen Formula1-i tərk edəndə cəmi 33 yaşı var idi, heç də həmişə uğurlu olmayan karyerasını başa vurarkən finlandiyalı sürücü ikiqat dünya çempionu idi. Bu həftə Mika Abu Dabidə Laureus Sport for Good fondunu təmsil edib, onun keçmiş rəqibi Mixael Şumaher isə çempionata qayıtmağa hazırlaşır.
Sayta qoyulub: 18:47 06.03.2010 (8 dəfə oxunub )
K.Çandhok: "Mən Vicey Malyadan inciməmişəm"
HRT komandasının maşınları hələ trasa heç çıxmayıblar, amma Formula1-in debütantı Karun çandhok hesab edir ki, onun komandası 2010-cu ildə ilk xallarını qazana biləcək...
Sayta qoyulub: 16:36 06.03.2010 (8 dəfə oxunub )
B.Ekklstoun Çandhokun potensialına inanır
Formula1-in kommersiya başçısı Berni ekklstoun hesab edir ki, artıq yarım ildən sonra çempionatın debütantı Karun Çandhok əsil gücünü göstərəcək - və ümid edir ki, bununla doğma vətənində Formula1-ə olan marağa daha da qaldıracaq.
Sayta qoyulub: 14:25 06.03.2010 (8 dəfə oxunub )
K.Rəykkönen Meksikada qəzaya uğrayıb (video)
Bu günlərdə Meksikada ralli üzrə dünya çempionatının ikinci mərhələsi keçir. Yarışın finişinə hələ çox var, amma Kimi Rəykkönen üçün yarış başa çatıb - finlandiyalı sürücünün Citroen-i birinci günü yeddinci xüsusi sahəsində qəzaya uğrayıb. Maşın bir neçə dəfə fırlanıb və ciddi zədələnib, mexaniklər maşını trasa qaytara bilməyiblər.
Sayta qoyulub: 12:14 06.03.2010 (10 dəfə oxunub )
C.Stüart: "Mosli çox dərinə getmişdi"
Üçqat dünya çempionu Ceki Stüart çempionatdakı vəziyyətdən narazıdır - Formula1-i avtoistehsalçılar tərk etsə də, çempionat hələ də şəxsi komandaalr üçün çox bahadır...
Sayta qoyulub: 10:03 06.03.2010 (13 dəfə oxunub )
P.Cəkson: "HRT düzgün seçim edib"
İki il əvvəl Bruno Senna və Karun Çandhok GP2 seriyasında iSport komandasında çıxış edirdilər. Yay çempionatında braziliyalı sürücü iki qələbə və altı podium qazanaraq mövsümü ikinci yerdə başa vurmuşdu. Çandhok isə bir qələbə və üç podiumla çempionatda onuncu olmuşdu. iSport komandasının başçısı Pol Cəkson şaddır ki, hər iki sürücüsü karyeralarını Formula1-də davam etdirəcək...
Sayta qoyulub: 20:59 05.03.2010 (12 dəfə oxunub )
B.Senna: "Bəhreyn test proqramının başlanğıcı olacaq"
Gələn cümə günü Bruno Senna Formula1-də debüt edəcək. Vəziyyət çətindir - Sennanın müqavilə bağladığı Campos komandası testlərdə iştirak etməyib, çempionatın startına çıxmaq üçün komanda yenidən qurulub, hətta adını dəyişib, ona görə də maşını mövsümün gedişində öyrənmək lazım gələcək...
Sayta qoyulub: 18:48 05.03.2010 (12 dəfə oxunub )
Y.Fillips Force İndia-nı tərk edib
Force İndia komandasının mətbuat xidməti təsdiq edib ki, komandanın kommersiya direktoru Yan Fillips ilə əməkdaşlıq vaxtından əvvəl pozulub.
Sayta qoyulub: 16:37 05.03.2010 (10 dəfə oxunub )
C.Batton: "Bizi yaxşı mövsüm gözləyir"
Britaniyanın Guardian qəzetinə müsahibəsində sonuncu dünya çempionu Censon Batton qarşıdakı mövsümdə mübarizənin gərgin olacağından danışınıb...
Sayta qoyulub: 14:26 05.03.2010 (12 dəfə oxunub )
McLaren FİA-nı yoxlamaya dəvət edib
Dünən Red Bull komandasının başçısı Kristian Horner bildirib ki, McLaren maşınlarının arxa antiqanadının reqlamentə uyğun olması barədə izahat verməsi üçün FİA-ya müraciət edib. Bu antiqanad Barselona testlərinin son günü maşına qoyulub. Mövcud şübhələri dəf etmək üçün McLaren komandası FİA-nın texniki nümayəndəsi Çarli Uaytinqi konstruksiyanın qanuniliyini yoxlamağa dəvət edib...
Sayta qoyulub: 12:15 05.03.2010 (10 dəfə oxunub )
H.Kovalaynen menecersizdir
Sinqapurda 2008-ci ildə baş vermiş Nelsinyo Pikenin qəzasını araşdıran FİA-nın Ümumdünya Şurası Flavio Briatoreni idmandan ömürlük uzaqlaşdırmış və onun meneceri olduğu sürücüləri superlisenziyanın uzadılmaması ilə hədələmişdi. Bu ilin əvvəlində Heykki Kovalaynen və Lukas di Qrassi Briatorenin menecerlik xidmətlərindən imtina etdilər, hərçənd müqavilənin vaxtından əvvəl pozulması sürücü tərəfindən 1 milyon dolların ödənilməsini tələb edirdi.
Sayta qoyulub: 10:04 05.03.2010 (10 dəfə oxunub )
K.Kolles "Debütantlardan ən güclüsü olacayıq"
İspaniyanın Hispania komandasının başçısı Kolin Kollesin fikrincə, elə birinci debüt mövsümündə Lotus və Virgin kimi rəqiblərini qabaqlamaq üçün onların hər cür imkanı vardır, hətta baxmayaraq ki, komanda mövsümöncəsi testlərdə iştirak etməyib və hər iki sürücüsü çempionatın debütantı olacaq.
XƏBƏR ARXİVİ
<Mart 2010>
B.e Ç.a Ç C.a C Ş B
01020304050607
08091011121314
15161718192021
22232425262728
293031
Netty2010-İştirakçı