MONAKO QP CANLI YAYIMDA:

26 may, 16:50 - Sıralanma turu
27 may, 16:30 - Yarış
Sayta qoyulub: 18:56 28.01.2009 (296 dəfə oxunub)
Renault-nun yeni maşınının ilk testləri komandanın istədiyi kimi problemsiz ötüşməyib, bu barədə bir daha İsveçrədə nəşr olunan Motorsport Aktuell həftəliyi xəbər verib. Məsələ yalnız ilk test proqramının tam yerinə yetirilməsinə mane olan pis hava şəraitində deyil: həftəliyin ekspertlərinin fikrincə, hələlik R29 sürətli deyil, bunu testlərin protokollarından da görmək olar. Nelsinyo Pike və Fernando Alonso mütəmadi olaraq rəqiblərinə bir neçə saniyə uduzublar.
Sayta qoyulub: 16:48 28.01.2009 (286 dəfə oxunub)
Sebastyen Burdenin meneceri Nikolya Todt ümid edir ki, çempionatın yeganə fransalı sürücüsünün gələcəyi barədə məsələyə həftənin sonuna kimi aydınlıq gətiriləcək. Mətbuatda şayiələr yayılıb ki, guya Toro Rosso komandası 29 yaşlı sürücünü daha bir il saxlamağı qərara alıb, amma Todt bu məlumatı təsdiq etməyə hələ hazır deyil...
Sayta qoyulub: 14:25 28.01.2009 (312 dəfə oxunub)
Renault komandasının mətbuat xidməti məşhur Hewlett-Packard şirkəti ilə müqavilə bağlandığını elan edib...
Sayta qoyulub: 22:21 27.01.2009 (365 dəfə oxunub)
FİA təsdiq edib ki, 2009-cu ildən trasa Təhlükəsizlik Maşını çıxarkən sürücülərin və komandaların davranışlarını bildirən yeni qaydalar qüvvəyə minəcək. Keçən mövsüm FİA-nın ekspertləri Formula1 komandaları ilə birlikdə bu qaydaların optimal variantının axtarılmasına çox vaxt ayırmışdılar. Məlum olduğu kimi 2007-ci ildən TM trasa çıxan zaman pit-leyn bağlanırdı, bu ona görə edilmişdi ki, trasda baş verən qəzadan sonra TM trasa çıxarkən trasda qalan sürücülər böyük sürətlə pitə tələsirdilər, hətta qəza olan hissəni də böyük sürətlə keçirdilər...
Sayta qoyulub: 20:33 27.01.2009 (394 dəfə oxunub)
Honda Racing komandasının nümayəndəsi bildirib ki, komanda yeni mövsümə hazırlaşmaqda davam edir və Avstraliya Qran Prisinin startına çıxmaq əzmindədir. BBC-nin saytında komandanın bəyanatına münasibət bildirilib...
Sayta qoyulub: 18:21 27.01.2009 (323 dəfə oxunub)
Renault və Red Bull Racing komandaları təsdiq ediblər ki, bu il onlar eyni KERS-dən istifadə edəcəklər. Əvvəlcə Red Bull belə bir sistemi müstəqil hazırlamağı planlaşdırmışdı, amma komanda ciddi çətinliklərlə qarşılaşıb. Keçən yay komandanın Milton-Kinsdəki zavodunda hətta yanğın da baş vermişdi, yanğına səbəb isə KERS-də istifadə olunacaq batareyaların qızması olmuşdu. Bundan sonra komanda planalrını dəyişib və KERS sistemini də Renault motorları ilə birlikdə almağa qərar verib...
Sayta qoyulub: 15:47 27.01.2009 (459 dəfə oxunub)
Reuters agentliyinin yaydığı xəbərə görə, Roma şəhərinin hökumət oraqnları İtaliyanın paytaxtının küçələrində Formula1 yarışlarının keçirilməsi imkanlarını araşdırır. Bu isə o deməkdir ki, Formula2-nin keçmiş sürücüsü Maurisio Flammini özünün çıxdankı arzusuna daha bir addım yaxınlaşıb...
Sayta qoyulub: 19:48 26.01.2009 (325 dəfə oxunub)
McLaren komandasının başçısı Ron Dennis hesab edir ki, Formula1 komandalarının keçmiş başçıları 2009-cu ilin payızında keçiriləcək FİA-nın prezidenti vəzifəsinə seçkilərdə iştirak etməməlidirlər. Keçən ilin iyun ayında Maks Mosli sonuncu dəfə qəti vəd vermişdi ki, növbəti seçkilərdə iştirak etməyəcək və hazırda onun müxtəlif sələfləri barədə şayiələr müzakirə olunur.
Sayta qoyulub: 15:40 26.01.2009 (291 dəfə oxunub)
Formula1-in kommersiya başçısı Berni Eklsstoun əmindir ki, böyük komandalar lazım olarsa, srart düzlüyündəki boşluğu starta 3 maşın çıxarmaqla doldura bilərlər. Ehtimal var ki, əvvəllər Honda adlanan komanda çempionatda iştirak edə bilməyəcək, əgər belə bir qərarı yerdə qalan komandalardan biri də qəbul etsə, onda maşın və sürücülərin sayı böhran həddindən aşağı düşə bilər. Ekklstoun hesab edir ki, belə bir vəziyyətdən ən sadə çıxış yolu varlı komandalara starta daha çox maşınla çıxmalarını təklif etməkdir...
Sayta qoyulub: 19:50 25.01.2009 (291 dəfə oxunub)
2008-ci ildə superlisenziyanın qiymətinin artırılması məsələsi mətbuatda bir neç dəfə müzakirə olunmuşdu - əvvəllər sürücülər 1725 Avro + əvvəlki mövsümdə hər bir qazandıqları xala görə 456 Avro ödəyirdilərsə. 2008-ci ildə qat-qat çox pul ödəməli olmuşdular - 10000 Avro + hər bir xal üçün 2000 Avro, faktiki olaraq lisenziyanın qiyməti 500% artıb, bu ildən isə qiymətlər bir qədər də artıb - indi FİA-nın büdcəsinə ilkin ödəniş kimi 10400 Avro, hər bir qazanılmış xal üçün 2100 Avro və sığorta haqqı kimi 2727 Avro ödənilməlidir.
Sayta qoyulub: 15:35 25.01.2009 (300 dəfə oxunub)
Mətbuatın və avtoidman ictimaiyyətinin fəal müzakirə etdikləri mövzulardan biri ikiqat dünya çempionu Fernando Alonsonun gələcəyi barədədir: hamı əmindir ki, ispan sürücü üçün Ferrari-yə yol birbaşa açıqdır. Formal olaraq qarşıdakı iki il üçün Alonsonun Renault ilə müqaviləsi var, elə Ferrari-də də iki il boş yer olmayacaq - orda əvvəlki kimi Felipe Massa və Kimi Rəykkönen çıxış edəcəklər. Bunlara baxmayaraq, jurnalistlər sakitləşmirlər, hər iki komandanın rəhbərlərinin və sürücülərinin müsahibələrində gizlənmiş fikirləri axtarırlar.
Sayta qoyulub: 17:47 24.01.2009 (310 dəfə oxunub)
Dünən axşam Fransa Senatı səs çoxluğu ilə İvlin departamentində (Fler-sür-Sen kommunası, Parisdən 45 km uzaqlıqda) Formula1 trasının tikintisi layihəsini dəstəkləyib. AFP agentliyinin yaydığı xəbərə görə, təqdirəlayiq haldır ki, bu layihə hazırkı iqtisadi böhrandan çıxmaq üçün hökumətin hazırladığı planın bir hissəsi kimi göstərilib.
Sayta qoyulub: 19:11 23.01.2009 (283 dəfə oxunub)
2008-2009-cu illərin mövsümləri arasında çempionat iştirakçıları artıq səkkiz trasda 13 test sessiyası keçiriblər, testlərdə Formula1-də debüt etmiş gənc sürücülər də daxil olmaqla cəmi 39 sürücü iştirak edib. Testlər proqramı keçən il noyabrın 17-də Barselonada start götürüb, ən böyük məsafəni Sebastyen Buemi qət edib - 4215 km. İsveçrəli sürücü McLaren-in test pilotu Pedro de la Rosa kimi 9 test günü çalışıb, amma testlərin hamısını keçənilki maşınla keçirib, ondan fərqli olaraq ispaniyalı sürücü 2510 km-lik məsafəni həm McLaren MP4-23-ün, həm də MP4-24-ün sükanları arxasında keçirib..
Sayta qoyulub: 14:59 23.01.2009 (303 dəfə oxunub)
Adrian Sutil əmindir ki, Force İndia komandasının McLaren və Mercedes-lə əməkdaşlığı onun komandasına yeni mövsümdə mütəmadi olaraq ilk onluqda yer almağa imkan verəcək. Məlum olduğu kimi bu ildən Force İndia Mercedes-dən motor, McLaren-dən ötürmələr qutusu alacaq, bundan başqa adlı-sanlı komandanın digər əlavə texniki dəstəyinə ümid etmək olar...
Sayta qoyulub: 17:35 22.01.2009 (271 dəfə oxunub)
Avropa mətbuatı hesab edir ki, Toro Rosso-nun ikinci sürücüsü Sebastyen Burde olacaq və yaxın günlərdə müqavilənin uzadılması elan ediləcək. Keçənilki mövsümü başa vurduqdan sonra komanda testlərdə bir neçə namizədi yoxlayıb, Sebastyen Buemi ilə hələ Milad Bayramı günlərində yeni müqavilə imzalanıb, digər sürücü yerinə isə Burde və Super Aguri komandasının keçmiş sürücüsü Takuma Sato namizəd idilər.
Sayta qoyulub: 15:03 21.01.2009 (323 dəfə oxunub)
Bu gün Lyuis Həmilton onun üçün əlamətdar olan keçən ilin son yarışı Braziliya Qran Prisindən sonra ilk dəfə rəsmən McLaren-in sükanı arxasına oturub. Keçən il titul qazanan Lyuis çempionsayağı tətil keçirib, dincəlib və bu gün Portimaoda testlərə qoşulub.
Sayta qoyulub: 16:43 20.01.2009 (333 dəfə oxunub)
İsveçrənin məşhur Credit Suisse bankı BMW Sauber komandası ilə əməkdaşlığını dayandırıb. Bu gün bank belə bir addımın səbəblərini açıqlayıb - bank marketinq siyasətini dəyişib və qlobal proqlamlardan regional proqramlara üz tutub...

Rəsmi bəyanatda deyilir: "Credit Suisse bankı BMW Sauber komandası ilə sponsorluq müqaviləsini uzatmamağı qərara alıb. Biz qlobal layihələrdə iştirakımızı azaltmağı planlaşdırmışıq, indi biz regional tədbirlərə böyük diqqət ayıracayıq.
Sayta qoyulub: 16:50 19.01.2009 (348 dəfə oxunub)
Almaniyada nəşr olunan Auto Motor und Sport qəzetinin eksperti Mixael Şmidt yeni Ferrari-nin leqallığına şübhə edir, o hesab edir ki, təqdimat mərasimində nümayiş olunan F60 yeni reqlamentin tələblərinə uyğun deyil. Mətbuat xidmətnin rəsmi şəkillərindən göründüyü kimi yeni maşının işlənmiş qazı buraxan sistemin boruları bir qədər yuxarı qalxır və deməli, texniki reqlamentə əsasən aerodinamik element sayılır, belə əlavə elementlərin istifadəsi isə bu ildən qadağan olunub...
Sayta qoyulub: 20:27 18.01.2009 (281 dəfə oxunub)
Bu həftə Formula1-in kommersiya başçısı Skuderiyanın dağ kurortu Madonna di Kampilyoda təşkil etdiyi ənənəvi bayrama baş çəkib və onun bayrama gəlişi mətbuatın canlı marağına səbəb olub. Berni növbəti dəfə Sebastyan Fettelin ünvanına xoş sözlər söyləyib və bu gün Almaniyada dərc olunan Bild am Sonntag qəzeti bu barədə yazı dərc edib.
Sayta qoyulub: 15:20 17.01.2009 (300 dəfə oxunub)
Ferrari komandası gələn həftə yeni F60-ın ilk ciddi testlərini planlaşdırdığı kimi Portimaoda deyil, ev trası olan Mücelloda keçirəcək. Komandanın nümayəndələri yeni Portuqaliya trasında yağış yağmasını vəd edən hava proqnozuna əsaslanırlar. Testlərin məsafəsi bu il ciddi dərəcədə azaldılıb və komandanın çempionata hazırlıq mərhələsində bir neçə günü hədər yerə itirmək istəmir.
Sayta qoyulub: 15:30 16.01.2009 (274 dəfə oxunub)
McLaren Mercedes MP4-24-ün təqdimat mərasimində Ron Dennis komandanın başçısı vəzifəsindən getdiyini elan edib - Ron şirkətə rəhbərliyini davam etdirəcək, komandaya isə martın 1-dən Martin Uitmarş başçılıq edəcək. Britaniyalı mütəxəssis komandaya 1989-cu ildə gəlib, 2004-cü ildən isə McLaren Mercedes-ə icraçı direktor təyin olunub, bütün bu illər ərzində Ron Dennislə çiyin-çiyinə çalışıb. Martin ümid edir ki, rəhbərliyin dəyişməsi ağrısız ötüşəcək...
Sayta qoyulub: 16:14 15.01.2009 (304 dəfə oxunub)
K.Kobayaşi Toyota ilə müqaviləsini uzadıbGP2 seriyasının sürücüsü Kamui Kobayaşi bu gün Panasonic Toyota Racing komandası ilə müqaviləsini uzatdığını elan edib, o 2009-cu il mövsümündə komandanın test və ehtiyat pilotu statusunda çıxıç edəcək...

Kamui Kobayaşi: "Mən komanda ilə əməkdaşlığımı davam etdirməyə çox şadam və səbirsizliklə TF109-un təkmilləşdirilməsinə başlamaq istəyirəm. Qarşıda məni daha bir maarqlı mövsüm gözləyir - mən yarışları xoşlayıram və GP2-də uğur qazanmaq istəyirəm ki, Formula1-də əsas sürücü müqaviləsinə ümid edim.
Sayta qoyulub: 21:51 14.01.2009 (259 dəfə oxunub)
2008-ci il mövsümündə sürücülər bir motordan iki yarışda istifadə etməli idilər, motorun plandankənar dəyişdirilməsi start yerinin itirilməsi ilə cərimələnirdi. 2009-cu il mövsümünə reqlamentin müzakirəsi zamanı söhbət motorun resursunun 3 yarışa kimi artırılmasından gedirdi, amm bu yaxınlarda çox maraqlı olan "səkkiz motor qaydası" peyda olub.
Sayta qoyulub: 17:33 13.01.2009 (250 dəfə oxunub)
Ferrari-nin başçısı Stefano Domenikalinin yeni maşının dünənki təqdimatında Honda Racing komandasını bu mövsüm motorla təchiz etmə ehtimalının sıfra bərabər olmasını söyləməsindən sonra, iflasa uğramaqda olan komandanın rəhbərliyi lap çətin vəziyyətə düşüb, amma kömək əks düşərgədən gələ bilər. Bu gün motor təminatı imkanının olmasından Mercedes-in idman bölümünün başçısı Norbert Hauq danışıb...
Sayta qoyulub: 18:02 12.01.2009 (293 dəfə oxunub)
K.Rəykkönen: "Yeni maşından xoşum gəldi"Mücelloda yeni Ferrari F60-ın təqdimat mərasimində 2007-ci ilin dünya çempionu Kimi Rəykkönen yeni mövsümdəki ümidləri barədə danışıb...

Kimi Rəykkönen: "Keçən il hər şey mən istədiyim kimi olmadı, amma bu uğursuzluqlar arxada qalıb - yeni mövsüm bizə yeni ümidlər verir...
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<May 2012>
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031