Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Saytın xəritəsi Əlaqə
WAP PDA
RSS
Sayta qoyulub: 14:48 01.11.2009 (168 dəfə oxunub )
Bazar gününə hava proqnozu Yas adasında havanın isti olmasını vəd edir. Yarış yerli vaxtla saat 17:00-da başlayacq, bu zaman havanın temperaturu +31 dərəcəyə çatmalıdır. Startdan 40 dəqiqə sonra günəş batacaq və yarışın sonuna qədər temperaturun +27 dərəcəyə kimi aşağı düşməsi gözlənilir...
Sayta qoyulub: 00:45 01.11.2009 (116 dəfə oxunub )
Heykki Kovalaynen sabahkı yarışın startında beş yer itirəcək - o yarışa 13-cü deyil, 18-ci yerdən başlayacaq. Finlandiyalı sürücünün maşınında sıralanma turunun ikinci sessiyasında ötürmələr qutusu sıradan çıxıb, komanda qutunu əvəz etməyi qərara alıb...
Sayta qoyulub: 23:30 31.10.2009 (126 dəfə oxunub )
FİA Abu Dabi Qran Prisinin sıralanma turundan sonra maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasına ən az yanacaqla Robert Kubitsa çıxıbmış - polşalı sürücü aqresiv strategiya seçib və trasda qısa birinci hissə keçirəcək, peletondan pit-stopa ilk müraciət edən o olacaq. Williams-ın sürücüsü Niko Rosberq ilk onluqda ən ağır maşınla olub və yanacaq doldurmağa sonuncu yollanacaq. Əlbəttə, komandaların taktikasına hava şəraiti və Təhlükəsizlik Maşını müdaxilə edə bilər.
Sayta qoyulub: 18:41 31.10.2009 (112 dəfə oxunub )
Abu Dabi Qran Prisinin stüardları Roman Qrojanı sərbəst yürüşlərdə pit-leyndə sürət limitini aşdığı üçün cərimə ediblər. Pit-leyndə sürət məhdudiyyəti 60 km/saat olsa da, fransalı sürücü 62.4 km/saat sürətlə hərəkət edib və FİA-nın kassasına 600 Avro ödəməli olacaq...
Sayta qoyulub: 12:52 31.10.2009 (115 dəfə oxunub )
Campos Meta B.Senna ilə müqaviləsini təsdiq edibCampos Meta komandası rəsmən təsdiq edib ki, Bruno Senna ilə müqavilə bağlanıb və braziliyalı sürücü gələn ildən Formula1-də debüt edəcək...
Sayta qoyulub: 12:02 30.10.2009 (124 dəfə oxunub )
F.Uilyams: "Komanda Cosworth motorlarına keçəcək"Frənk Uilyams təsdiq edib ki, onun komandası gələn il Cosworth mühərriklərindən istifadə edəcək. Britaniyanın Autosport saytının məlumatına görə, Williams rəhbərliyinin Renault ilə danışıqları nəticə verməyib və bir neçə həftə əvvəl Cosworth motorlarının xeyrinə prinsipial qərar qəbul olunub, xatırladaq ki, komanda 2006-cı ildə bu motorlardan istifadə edirdi. Amma Williams-ın başçısı Abu Dabidə dərc olunan Gulf News qəzetinə müsahibəsində ilk dəfə bu məlumatı təsdiq edib...
Sayta qoyulub: 20:08 29.10.2009 (110 dəfə oxunub )
K.Rəykkönen: "McLaren - yeganə seçimdir"Finlandiyanın MTV3 telekanalına müsahibəsində Kimi Rəykkönen Toyota komandası ilə danışıqlar aparmasını təkzib edib, yerli sürücü bildirib ki, Formula1-də karyerasını davam etdirməyin yeganə variantı McLaren-lə müqavilə bağlamaqdır...
Sayta qoyulub: 17:57 29.10.2009 (115 dəfə oxunub )
N.Rosberq Williams-ı tərk edəcəkAbu Dabidə Niko Rosberq təsdiqləyib ki, mövsümün sonunda dördillik əməkdaşlıqdan sonra Williams komandasını tərk edəcək. Bir neçə həftə əvvəl şayiələr peyda olub ki, alman sürücü artıq Brawn GP ilə müqavilə bağlamağa hazırdır, bu barədə bəyanat mövsümün son yarışından sonra veriləcək.
Sayta qoyulub: 15:46 29.10.2009 (116 dəfə oxunub )
Britaniyanın William Hill idarəsinin mütəxəssisləri Abu Dabi Qran Prisinin hadisələrində sürücülərin şanslarını qiymətləndiriblər. Bukmeykerlərin fikrincə, Lyuis Həmiltonun mövsümün son yarışında qələbə qazanmaq şansı ən çoxdur. Sebastyan Fettel cədvəllərdə ikinci, dünya çempionu Censon Batton isə üçüncü sətirləri tuturlar...
Sayta qoyulub: 14:35 29.10.2009 (179 dəfə oxunub )
Abu Dabi uik-endinə ilkin hava proqnozu sürpriz vəd etmir - yeni trasda ilk yarış isti havada keçəcək, yağışın yağma ehtimalı sıfra bərabərdir. Yerli ərazi üçün quru subtropik iqlim xarakterikdir, adətən yağışlar fevral-mart aylarında olur, ona görə də qarşıdakı uik-end sürücüləri günəşli isti hava və yüksək rütubət gözləyir...
Sayta qoyulub: 22:53 28.10.2009 (113 dəfə oxunub )
Builki mövsümdə sürücülərin maaşlarıAbu Dabi Qran Prisi ərəfəsində Tom Rabitonun SportsPro jurnalı builki mövsümdə Formula1 sürücülərinin maaşları cədvəlini dərc edib, cədvəldə şəxsi sponsorlar tərəfindən ödəmələr və digər gəlirlər nəzərə alınmayıb...
Sayta qoyulub: 18:39 28.10.2009 (114 dəfə oxunub )
Qatar Telecom - Brawn GP-nin Abu Dabidə sponsoru olacaqQatar Telecom şirkəti Brawn GP komandasına Abu Dabi Qran Prisində sponsorluq edəcək. Qatar Telecom Qətərin aparıcı telekommunikasiya şirkətidir, dünyanın 17 ölkəsində nümayəndəliyi var və şirkət təsir dairəsini genişləndirməyi planlaşdırır.
Sayta qoyulub: 12:22 28.10.2009 (122 dəfə oxunub )
TW Steel - Renault komandasının yeni sponsorudurSon yarım ildə Renault komandası birinci dəfə yeni sponsor cəlb edə bilib - bu gün elan olunub ki, Hollandiyanın TW Steel qol saatları istehsalçısı ilə üçillik müqavilə imzalanıb. Şirkətin loqotipləri Abu Dabi Qran Prisindən başlayaraq maşının burnunda, ön antiqanadında və yan pontonlarında peyda olacaq...
Sayta qoyulub: 22:17 27.10.2009 (110 dəfə oxunub )
T.Qlok üç komanda ilə danışıqlar aparırTimo Qlok Suzukada sıralanma turunda aldığı zədə üzündən mövsümün son yarışında iştirak etməyəcək, amma alman sürücü Abu Dabiyə gələcək və gələn mövsümdə çıxışı üzrə danışıqlarda iştirak edəcək...
Sayta qoyulub: 18:09 27.10.2009 (121 dəfə oxunub )
Lotus-2010: Y.Trulli və F.Fauzi?Malayziyanın New Straits Times qəzeti bu gün milli Lotus komandasının debüt ilində heyəti barədə açıqlamalar dərc edib. Şayiələrə görə, gələn yeni komandanın maşınlarından birinin sükanı arxasına Yarno Trulli oturacaq, onun komanda yoldaşı isə 27 yaşlı yerli sürücü Fayruz Fauzi olacaq - o bu il Dünya Renault seriyasında ikinci yeri tutub...
Sayta qoyulub: 14:00 27.10.2009 (124 dəfə oxunub )
D.Tsetşe Abu Dabidə danışıqlar aparacaqDaimler AG-nin başçısı Diter Tsetşe bu həftə Abu Dabiyə gələcək və Formula1-də konsernin gələcək iştirakı barədə bəzi danışıqlar aparacaq...
Sayta qoyulub: 17:52 26.10.2009 (121 dəfə oxunub )
Doninqton yoxsa Silverstoun?Bu gün günorta Doninqton Parkın rəhbərliyi üçün ayrılmış son müddət bitib - tras rəhbərliyi trasın yenidənqurulmasının maliyyə mənbəyini elan etməli idi. Keçən həftə məlum olmuşdu ki, 135 milyon funt gəlir gətirməsi nəzərdə tutulan sərmayə sxemi iflasa uğrayıb, ehtiyat varianta ümid olsa da, tras rəhbərliyi heç bir bəyanatla çıxış etməyib.
Sayta qoyulub: 13:52 26.10.2009 (119 dəfə oxunub )
Melburn gecə yarışı keçirmək istəmirMelburnda dərc olunan Herald Sun xəbər verib ki, Avstraliya Qran Prisinin təşkilatçıları Formula1-in kommersiya başçısı Berni Ekklstounun yarışın startını gecə vaxtına keçirmək təklifini qəbul etmək fikrində deyillər. Ekklstounun fikrincə, bu ilin təcrübəsi göstərir ki (yarış yerli vaxtla 17:00-da başlamış və ala-qaranlıqda qurtarmışdı), bu qərar uğurlu deyildi və Melburndan teleyayım maksimum teleauditoriya toplaya bilməmişdi...
Sayta qoyulub: 17:37 25.10.2009 (116 dəfə oxunub )
K.Rəykkönen: "Tezliklə mən Ferrari-ni tərk edəcəm"Abu Dabi Qran Prisi ərəfəsində Kimi Rəykkönen komandanın mətbuat xidmətinə Ferrari-nin sükanı arxasındakı son yarışı barədə danışıb...
Sayta qoyulub: 13:32 25.10.2009 (150 dəfə oxunub )
Abu Dabi Qran Prisi: Bütün biletlər satılıbDebüt yarışın startına bir həftə qalmış avtodromun mətbuat xidməti reliz yayıb və bildirib ki, Qran Priyə bütün biletlər satılıb. Abu Dabidə tribunaların tutumu başqa avtodromlarda olduğu kimi böyük deyil, cəmi 50 min yer var, amma bütün yerlər yarış günü dolu olacaq...
Sayta qoyulub: 00:12 25.10.2009 (124 dəfə oxunub )
B.Ekklstoun: "Todt işinin öhdəsindən gələcək"Berni Ekklstoun FİA-nın Senatının qərarından razı qalıb - Jan Todt federasiyaya prezident seçilib. Formula1-in kommersiya başçısı Todtun namizədliyini seçkilərə qədər də dəstəkləyirdi, seçkilərdən sonra isə London Times qəzetinin jurnalistlərinə bildirib ki, fransalı mütəxəssis işinin öhdəsindən gələcək...
Sayta qoyulub: 22:01 24.10.2009 (102 dəfə oxunub )
T.Qlokun qayıtmaq şansı 90%-dirTimo Qlok Braziliya Qran Prisini buraxmalı olmuşdu - Suzukada keçirdiyi qəzada aldığı bel zədəsi daha da ağırlaşa bilərdi, bu gün isə sürücünün meneceri Hans Börnd Kamps sürücünün Abu Dabidə sükan arxasına qayıtması şansının 90% olduğunu söyləyib.
Sayta qoyulub: 19:50 24.10.2009 (119 dəfə oxunub )
N.Pike Renault-nun ondan üzr istəməsini gözləyirAlmaniyanın Auto Motor und Sport saytı bildirib ki, Nelson Pike Renault komandasının üçqat dünya çempionundan üzr istəməsini gözləyir, axı komanda keçənilki Sinqapur yarışındakı qəzanın araşdırılması zamanı Flavio Briatore ilə eyni mövqeni tutmuşdu. O zaman komandanın başçısı bildirmişdi ki, qəza təklifini Nelsinyo edibmiş. Nelson Pike hesab edir ki, yaxın iki həftə ərzində komanda ondan üzr istəməsə məhkəmə iddiası qaldıracaq...
Sayta qoyulub: 17:39 24.10.2009 (116 dəfə oxunub )
B.Ekklstoun: "Böyük Britaniya Qran Prisi toxunulmaz deyil"Gələn il Britaniya yarışının keçiriləcəyi tras hələ müəyyən olunmayıb. Doninqton Parın sahibləri ciddi maliyyə problemləri ilə üzləşiblər, əgər gələn həftənin çərşənbə axşamına kimi onlar bu problemi həll edə bilməsələr müqavilə pozulacaq, altenativ variant Silverstouna qayıtmaq olardı, amma Daily Express qəzetinə müsahibəsində Berni Ekklstoun bildirib ki, o Britaniya yarışına ehtiyac görmür...
Sayta qoyulub: 15:28 24.10.2009 (114 dəfə oxunub )
N.Hauq: "Bizə mübarizəyə köklənmiş sürücü lazıBu il sürücülər bazarında təcrübəli sürücülərə tələbat böyükdür, Fernando Alonsonun Ferrari ilə müqaviləsi keçidlər mövsümünü açıb, amma bu mövsümün əsas faktoru razılaşmaların məbləği olacaq. Autosport saytına müsahibəsində Norbert Hauq bildirib ki, McLaren "büdcələr müharibəsi"ndə iştirak etməyəcək - komandaya elə sürücü lazımdır ki, ona maşının sürəti müqavilənin məbləğindən vacib olsun...
Sayta qoyulub: 13:17 24.10.2009 (133 dəfə oxunub )
Abu Dabi: Gündüz başlayıb, axşam qurtaran yarış (video)Əgər Sinqapur yarışı günəş tam batdıqdan sonra keçirilirsə, Abu Dabidə keçiriləcək mövsümün son yarışı təbii işıq altında başlayıb, süni işıq altında başa çatacaq. Yeni avtodromda quraşdırılmış işıqlandırma sistemi Sinqapurda olduğundan fərqlənsə də, eyni effekti verir.
Sayta qoyulub: 11:06 24.10.2009 (102 dəfə oxunub )
C.Batton müqavilə bağlayıbmı?Censon Battonun meneceri Riçard Qoddart sürücünün Brawn GP komandası ilə müqaviləsinin uzadılması məsələsini şərh edib...
Sayta qoyulub: 22:32 23.10.2009 (84 dəfə oxunub )
Silverstoun son qərarı gözləyirDoninqton Parkın son maliyyə planı da iflasa uğradıqdan sonra yenidən Britaniya Qran Prisinin Silverstounda keçirilməsi barədə danışmağa başlayıblar. SportsPro saytına müsahibəsində avtodromun meneceri Riçard Fillips bildirib ki, yarışın Silverstounda keçirilməsi qərarı tezliklə qəbul olunmalıdır...
Sayta qoyulub: 21:21 23.10.2009 (93 dəfə oxunub )
N.Hauq Battonla danışıqları təkzib edibDPA agentliyinə müsahibəsində Mercedes Motorsport-un vitse prezidenti Norbert Hauq Censon Battonun McLaren komandası ilə müqavilə bağlaması barədə keçən həftə Britaniya mətbuatında gəzən şayiələri təkzib edib...
Sayta qoyulub: 20:10 23.10.2009 (88 dəfə oxunub )
D.Kulthardın Abu Dabi təəssüratları...Abu Dabi Qran Prisi ərəfəsində Dəvid Kulthard yeni avtodromdan aldığı təəssüratları barədə geniş danışıb...
XƏBƏR ARXİVİ
<İyul 2010>
B.e Ç.a Ç C.a C Ş B
01020304
05060708091011
12131415161718
19202122232425
262728293031