Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Tras

Sayta qoyulub: 11:17 16.06.2009 (382 dəfə oxunub)
Hərf ölçüsü:

Tras

Silverstounda aerodrom ikinci dünya müharibəsi illərində tikilmişdi və Amerika-Britaniya HHQ-nin bazası kimi istifadə olunurdu. Müharibədən sonra uçuş zolaqları pilotların tədrisi üçün istifadə olunurdu, daha sonra hərbçilər aerodromu birdəfəlik tərk etdilər və Silverstouna sürücülər gəldilər - əvvəlcə qeyri-rəsmi (deyilənlərə görə yerli avtohəvəskarların ilk qeyri-rəsmi yarışı maşının qoyunla toqquşmasına görə yarımçıq saxlanılıbmış).

Tras

Tarix: 19-21 iyun 2009-cu il
Tras: Silverstoun
Dövrənin uzunluğu: 5141 m
Dövrələrin sayı: 60
Ümumi məsafə: 308.355 km

1948-ci ildə Kral Avtomobil Klubu (RAC) milli Qran Pri keçirilməsi üçün yer axtarmağa başladı, Doninqton Park hərbçilərlə dolu idi, Bruklənddə mülki aviasyia yerləşmişdi, Silverstounun daxili yolları ən ucuz və praktiki olaraq istifadəyə hazır variant oldu - RAC tezliklə icarə məsələsini həll etdi və 3.7-millik qum saatı formasında trasa sahib oldu.

1950-ci ildə Silverstoun Formula1-in ilk milli mərhələsini qəbul etdi, Kral Georq VI və minlərlə azarkeşin izlədiyi yarışı Nino Farina qazandı. Bir ildən sonra RAC trasın idarə olunması hüququnu Britaniya Sürücülər Klubuna (BRDC) verdi və 1954-cü ilə kimi yarışlar burada keçirilirdi. Silverstoun 1955-1963-cü illərdə yarışları Əyntri ilə, 1964-1986-cı illərdə isə Brənds Hətçlə növbələyirdi, sonra isə milli mərhələnin yeganə sahibi oldu.

Tras

Çempionat rəhbərliyinin Silverstoundan heç xoşu gəlmir, müasir Asiya avtodromlarına hər bir komponentdə uduzur. Həm də FOM və BRDC arasındakı münaqişə hər iki tərəfin prinsipinə çevrilib. Bu mərhələni hər il çempionatdan kənarlaşdırmaq istəyirlər, amma son anda tras təqvimə qaytarılırdı, bu dəfə isə Sİlverstoun doğrudan da sonuncu dəfə milli mərhələni qəbul edir. Gələn ildən yarışlar Doninqton Parkda keçiriləcək. Avtoidman Britaniyada doğulub, amma deyəsən Asiyada öləcək...

Tras təkərləin stabilliyinə və aerodinamikanın effektliyinə çox tələbkardır, bu cəhətdən Barselonaya oxşayır. Hava isə sürpriz ola bilər. Bu çempionatın təqvimində ən sürətli traslardan biridir, dövrədə orta sürət 235 km/saatı keçir. Bir neçə sürətli döngə təkəri həddən artıq yükləyir, asfaltın özəlliyi isə təkərin tez yeyilməsinə səbəb olur, amma trasın temperaturu adətən yüksək olmur.

Son on bir yarışda beş dəfə Ferrari, beş dəfə McLaren pilotalrı qalib gəliblər, keçən il isə qələbə dördüncü yerdən start almış McLaren pilotu Lyuis Həmiltona qismət olmuşdu. Bu il də qələbəyə əsas namizədlər bu iki komandanın pilotları deyil. Hava proqnozu yağış vəd edir, görək necə olacaq...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829