Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Tras

Sayta qoyulub: 10:14 03.06.2009 (437 dəfə oxunub)
Hərf ölçüsü:

Tras

Türk höküməti və iş adamları böyük bir plan hazırlayaraq qısa müddətdə onu həyata keçirdilər. Çoxları hesab edirdilər ki, belə tələskənlik keyfiyyətdə özünü göstərəcək, amma ilk yarış düz vaxtında keçirildi, sürücülər və jurnalistlər isə təşkilatçılara kompliment söyləməkdən yorulmurdular.

Avtodrom üçün şəhərin Asiya hissəsində Tuzla yaxınlığında dağlıq sahə ayrılmışdı. Bu ərazinin yerli relyefi o qədər maraqlı idi ki, German Tilkeyə bu relyeflə yalnız trasın sxemini uzlaşdırmaq qaldı. Aydındır ki, Qran Prinin texniki təminatı yüksək səviyyədədir, beləki hələ layihədə geniş təhlükəsizlik zonaları, komandalar üçün geniş bokslar və sair rahatlıqlar nəzərdə tutulmuşdu.

Tras


Tarix: 5-7 iyun 2009-ci il
Tras: İstanbul Speed Park
Dövrənin uzunluğu: 5338 m
Dövrələrin sayı: 58
Ümumi məsafə: 309.396 km

Tras kifayət qədər sürətli alınıb, bəzi sahələr Spadakı məşhur O'Ruju xatırladır, burada döngədən çıxış döngəyə daxil olma dəqiqliyindən və sürət rejiminə riayət etməkdən asılı olur. İstanbul trasının asfaltı sürüşkəndir, trayektoriyanın ətrafı çirklidir, ona görə kiçik bir səhv dövrədə nəticəyə təsir edir. Xüsusilə səkkizinci döngə dəqiqlik tələb edir, bu döngə dörd kiçik sol döngədən ibarətdir - sürücülər zərgər dəqiqliyi ilə dörd apeks keçməlidirlər. Burada ötmə olar, amma hücum risk tələb edir - geniş təhlükəsizlik zonasında maşına xəta yetməyəcək, amma rəqibdən çox geri qalmaq olar.

Tras

Trasda ilk üç yarış isti avqust ayında keçirilmişdi, keçən il isə may ayında keçirildi, bu il yarış bir qədər istilərə doğru addımlayıb. İstanbul Speed Park trasında hərəkət saat əqrəbinin hərəkətinin əks istiqamətindədir, ona görə çox şey sürücülərin fiziki hazırlığından və soyutma sistemlərinin effektliyindən asılı olacaq. Bu trasda ilk yarışı Kimi Rəykkönen, sonrakı üç yarışı isə Felipe Massa pouldan start almaqla qazanıblar. Baxaq görək bu dəfə yarış necə keçəcək...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829