Tras
Sayta qoyulub: 11:00 19.05.2009 (433 dəfə oxunub)
Monako yarışını həmişə Formula1-in bahalı daş-qaşı adlandırırlar, amma bu barədə adı iş şəraitindən mərhum olmuş mexanikdən soruşmayın. Son illərə kimi komandaların boksları belə yox idi, maşın üzərində işlər müvəqqəti qurulmış çadırlar altında gürülürdü, dörd il əvvəl quraşdırılmış bokslar isə Bəhreyn və ya Malayziyadan dəfələrlə geri qalır.
Tarix: 21-24 may 2009-cu il
Tras: Monte-Karlo
Dövrənin uzunluğu: 3340 m
Dövrələrin sayı: 78
Ümumi məsafə: 260.520 km
Təqvimdə bundan maraqlı və əksliklərlə zəngin mərhələ yoxdur, yəqin məhz buna görə Monakoda qazanılmış qələbə xüsusi əhəmiyyət kəsb edir. Tam şəhər küçələrində keçirilən yarış təqvimdə bir dənədir, onun nəticəsini qabaqcadan demək isə mümkün deyil. Kiçik bir səhv yarışı yarımçıq saxlamağı təmin edir, motorun gücü son nəticəyə təsir etmir, ötmək üçün praktiki yer yoxdur - müasir Formula1-in tələblərinin tam əksliklərinin bütün yığımı.
Formula1 knyazlığın torpağına debüt ilində gəlib, ilk mərhələ Fanxionun qələbəsi ilə başa çatmışdı - əfsanəvi sürücü yarış məsafəsini 3 saat 13 dəqiqə 19 saniyəyə (orta sürət 98.7 km/saat) qət etmişdi. Bir çox mütəxəssislər trası təhlükəli hesab edərək 4 il təqvimə salmadılar, 1955-ci ildən isə Monako həmişəlik Formula1-ə qayıtdı. İndiyə kimi yarışlarda iki sürücü dünyasını dəyişib, iki maşın suya düşüb, amma Monako Qran Prisi ən təhlükəsiz mərhələdir.
Bu çempionatın ən yavaş trasıdır. Monakoda yumşaq və stabil təkərin olması vacibdir, axı arxa təkərlər daimi əylənmə-sürətlənmə rejiminə görə ciddi yüklənir. Adətən komandalar maşını maksimum asfalta yatma qüvvəsinə sazlayırlar. Monakoda praktiki olaraq ötmə yeri yoxdur, trasın vəziyyəti isə dövrədən dövrəyə yaxşılaşır, ona görə sıralanma turu böyük əhəmiyyət kəsb edir.
Son dörd ildə bu trasda Fernando Alonso iki dəfə, Kimi Rəykkönen və Lyuis Həmilton qalib gəliblər. Xatırladaq ki, qırmızı maşınlar sonuncu dəfə knyazlığın küçələrində 2001-ci ildə qələbə qazanıblar. Bu dəfə xoşagəlməz ənənə pozulacaqmı?
Hərf ölçüsü:

Yüklənir...
2009-06: MONAKO QP bölümünün digər xəbərləri: