Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Tras

Sayta qoyulub: 10:43 05.05.2009 (370 dəfə oxunub)
Hərf ölçüsü:

Tras

Kataloniyada ilk yarış 1908-ci ildə keçirilib, o zaman 17 mil uzunluğu olan ümumi istifadəli yollardan düzəldilmiş yarış trasında "Kataloniya Kuboku" keçirilmişdi. İlk daimi avtodrom isə 1923-cü ildə salınıb və tamaşaçılar həmin ilin oktyabrında Luis Sborovski və Alfredo Divosun gərgin mübarizəsinin şahidi olublar. Amma maliyyə çatışmazlığı üzündən avtodrom bağlandığından yarışlar San-Sebastyana keçirildi.

Tras


Tarix: 8-10 may 2009-cu il
Tras: Katalunya-Montmelo
Dövrənin uzunluğu: 4655 m
Dövrələrin sayı: 66
Ümumi məsafə: 307.104 km

Formula1-də ilk İspaniya yarışını 6 km uzunluğu olan Pedralbes avtodromu qəbul edib. Bu çempionatın son yarışı idi, Xuan-Manuel Fanxio Alfa Romeo-da və Alberto Askari Ferrari-də titul uğrunda mübarizə aparırdılar. Ferrari düzgün təkər seçmədiyindən titulu yarışla birlikdə Fanxio qazandı. Üç il sonra Pedralbes milli yarışı qəbul edirdi, amma Lə Mandakı ciddi qəzadan sonra trasların təhlükəsizliyinə yenidən baxıldı və avtodrom çempionatdan xaric edildi.

Yalnız 1966-cı ildə kataloniyalılar köhnə Monjuik avtodromunu b'rpa edərək onu Madrid yaxınlığındakı Xarama avtodromuna qarşı qoydular. 1968-ci ildə yarış Xaramada keçirildi və onu Qrəm Hill qazandı, bir il sonra isə mərhələ Monjuikdə keçirildi, on dörd maşından finişə yalnız beşi çata bildi və birinci Ceki Stüart oldu.

Bir neçə il traslar növbələşirdi, 1975-ci ildə isə qalmaqal oldu - cümə günü sürücülər Monjuik trasında təhlükəsizlik baryerlərinin düzgün qurulmamasından şikayətlənərək trasa çıxmadılar. Həmin səbəb üzündən şənbə günü sıralanma turu qısaldıldı, yarış isə 79 dövrə əvəzinə 30-cü dövrədə Rolf Ştommelenin qəzası və 5 tamaşaçının ölümündən sonra dayandırıldı. Formula1 Monjuiki həmişəlik tərk etdi.

Tras

1986-cı ilin oktyabrında Kataloniyanın parlamenti Formula1-i öz torpaqlarına qaytarmaq üçün tras tikintisi üzrə komissiya yaratdı. On dörd aydan sonra şəhərin şimalında torpaq sahəsi ayrıldı, 1989-cu ilin 24 fevralında isə Circuit de Catalunya trasının ilk fundamenti qoyuldu, trasın sponsorları isə Şahzadə Avtomobil Klubu, Kataloniya hökuməti və Montmelo bələdiyyəsi oldular.

1991-ci ilin 29 sentyabrında 16 illik fasilədən sonra Formula1 Kataloniyaya qayıtdı və ilk yarışı Naycel Mənsell qazandı. Kompleks ən qabaqcıl texnologiyalarla tikilmişdi və dərhal çempionata qatıldı. Bundan başqa trasın uğurlu yerləşməsi komandalar üçün qış testlərini məhz bu trasda keçirmək imkanı verdi.

Son dörd ildə bu trasda Kimi Rəykkönen (iki dəfə), Fernando Alonso və Felipe Massa pouldan start almaqla qələbə qazanıblar. Bu il qələbəyə namizədlərin sayı daha çoxdur...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829