Tras
Sayta qoyulub: 10:22 22.04.2009 (457 dəfə oxunub)
Bu il Bəhreyn ənənəvi olaraq mövsümün üçüncü yarışını deyil, dördüncü yarışını qəbul edəcək. Bəhreyn Krallığı Ərəb körfəzinin cənubunda Səudiyyə Ərəbistanı və Qətər yarımadası arasında yerləşən 36 adadan ibarət arxipelaqda yerləşir. Ən uzun Bəhreyn adasının uzunluğu 48 km, eni isə 15 km-dir. Ölkənin ümumi sahəsi 663 kv.m, paytaxtı isə Manama şəhəridir (əhalisi 110 min nəfər).
Tarix: 24-26 aprel 2009-cu il
Tras: Bahrain İnternational Circuit
Dövrənin uzunluğu: 5412 m
Dövrələrin sayı: 57
Ümumi məsafə: 308.238 km
Texniki cəhətdən avtodrom təcil və əyləcə tələbkardır, burda demək olar ki, sürətli döngə yoxdur, amma ötmək üçün yerlər var. Ətraf qumlu ərazilərə xüsusi yapışqanlı mayenin səpilməsinə baxmayaraq tras qum dənəciklərilə dolu olur, komandalar əlavə süzgəclərdən istifadə edirlər, bu isə motorun və əyləc sisteminin soyumasını çətinləşdirir.
Uzun start düzlüyü və nisbətən yavaş orta hissə mühəndisləri ənənəvi olan asfalta yatma qüvvəsi və düz yolda sürət arasında kompromisi axtarmağa məcbur edir.
Bu trasda keçirilən ilk yarışda Mixael Şumaher pouldan start alaraq qalib gəlmişdi, bir il sonra isə Fernando Alonso poulunu qələbəyə çevirmişdi. Növbəti il isə Mixaelin pouldan start almasına baxmayaraq, yarışı Fernando qazanmışdı. Daha sonra iki il ardıcıl olaraq Felipe Massa qələbə qazanıb. Kimi Rəykkönen Saxir trasında üç dəfə üçüncü yeri tutduqdan sonra keçən il finişdə ikinci olub. Bu dəfə isə mübarizədə başqa komandalar və başqa sürücülər iştirak edəcəklər...
Hərf ölçüsü:

Yüklənir...
2009-04: BƏHREYN QP bölümünün digər xəbərləri: