Tras
Sayta qoyulub: 14:26 14.04.2009 (492 dəfə oxunub)
Çin torpağında nəzərdə tutluan Formula1-in debütünə ilyarım qalmış, 2003-cü ilin aprelində mühəndis və arxitektorlar qrupu birinci dəfə gələcək trasın tikiləcəyi yerə baş çəkiblər. O zaman heç kim inanmırdı ki, belə böyük bir kompleksi 18 aya tikmək mümkündür, amma çinlilər hamını qrafikə dəqiq əməl etmələri ilə təəccübləndirdilər. Trasın arxitektoru German Tilke çin dilində ŞAN (Şanxayda yarışmaq) heroqlifindən istifadə etdi və qurduğu trasların bir-birinə oxşamamasını sübut etdi. Yeddi sol və yeddi sağ döngə, iki uzun düz yol - ötmək imkanı verən sürətli tras. Deyilənlərə görə, yarış kompleksinin ümumi dəyəri 325 milyon dollar olmuşdu.
Yeni avtodrom sürücülərin xoşuna gəldi. Hücum etmək imkanı verən geniş tras, düz uzun yolun sonunda əylənmədə ötmək imkanı, geniş təhlüksəizlik zonaları və əla xidmət vasitələri - tamaşaçılara başqa nə lazımdır?
Tarix: 17-19 aprel 2009-cu il
Tras: Shanghai İnternational Circuit
Dövrənin uzunluğu: 5451 m
Dövrələrin sayı: 56
Ümumi məsafə: 305.256 km
Tras asfalta yatma qüvvəsinin orta kəmiyyətini və ənənəvi olan düz yolda sürətlə yavaş döngələrdə asfalta ilişmə arasında kompromis tələb edir. Adətən komandalar iki pit-stop strategiyasından istifadə edirlər, əlbəttə, əgər hava sürpriz etməsə, amma bu həftə deyəsən, sürpriz gözlənilmir. Keçən il Timo Qlok və Dəvid Kulthard bir pit-stopla yarışı başa vurmuşdular, amma bu il bunu etmək mümkün olmaycaq - Bridgestone şirkəti yumşaq cütlüyü – SuperSoft və Medium tərkiblərini komandalara təqdim edəcək, bu tərkiblər tez yeyildiklərindən uzun məsafələr qət etmək mümkün deyil.
Təhlükəsizlik Maşının çıxması ehtimalı da azdır - geniş təhlükəsizlik zolaqları yarışı dayandırmadan qəzaya uğramış maşını hadisə yerindən çıxarmağa imkan verir, amma 2005-ci ildə Safety Car iki dəfə trasa çıxmışdı...
Hərf ölçüsü:

Yüklənir...
2009-03: ÇİN QP bölümünün digər xəbərləri: