Braziliya Qran Prisi: Yarış
Sayta qoyulub: 21:54 27.11.2011 (295 dəfə oxunub)
Quru. Buludlu. Havanın temperaturu +25° C, trasın temperaturu +43° C
Mövsümün son yarışı qüvvələr nisbətinə yekun vurub və bir neçə vacib suala cavab verib. Əgər hər iki titulun sahibləri əvvəldən məlum idisə, şəxsi hesabda ikinci yer uğrunda İnterlaqosda 3 sürücü mübarizə aparırdı. Mühəndislər Kubokunda 6-cı yer uğrunda mübarizə də maraqlı idi: Force İndia, Sauber və Toro Rosso FİA-da daha çox pul qoparmaq istəyirdi, Adrian Sutil isə Vitaliy Petrovla 9-cu yer uğrunda mübarizə aparırdı.
Uik-endin bütün sessiyaları quru trasda keçmişdi, amma hava proqnozu bazar gününə yüksək ehtimalla yağış vəd edirdi, ona görə də bəzi komandalar artıq cümə günündən yağış sazlanmalarıü zərində işləmişdi - Braziliya havası isə bir daha sübut etdi ki, qadın məntiqi kimi gözlənilməzdir...
Startda qəza baş verməyib - Fettel poulun üstünlüyünü saxlayıb, Alonso Həmiltonu, Massa Rosberqi qabaqlayıb. Artıq ikinci dövrədə Fettel Uebberdən 2.2 saniyə uzaqlaşıb.
10-cu dövrədə Şumaher Sennaya hücum edb, maşınlar təmas yaşayıblar və almaniyalı sürücünün maşınında arxa təkər partlayıb - Mixael boksa yönəlib. 11-ci dövrədə Alonso Battonu üstələyərək üçüncü yerə yüksəlib.
13-cü dövrədə Senna, 14-cü dövrədə Petrov, 15-ci dövrədə Sutil, 16-cı dövrədə Batton, 17-ci dövrədə Alonso, Həmilton və Rosberq, 18-ci dövrədə Fettel və di Resta, 19-cu dövrədə isə Uebber ilk pit-stoplarını reallaşdırıblar.
Stüardlar Şumaherlə insidentdə Sennanı təqsirkar bilərək pit-leyndən keçməklə cərimə ediblər - 19-cu dövrədə braziliyalı sürücü cəriməsini çəkib.
Yarışa pit-stop etməmiş Massa başçılıq edib, amma 21-ci dövrədə Fettel braziliyalı sürücünü keçərək liderliyi geri qayatarıb. Növbəti dövrədə Felipe pit-stopa gedib.
Marussia Virgin komandasının mexanikləri Timo Qlokun maşınına arxa sol təkəri yaxşı bağlamadıqları üçün almaniyalı sürücü mübarizədə kənar qalıb. 28-ci dövrədə isə Pastor Maldonado maşınını səkkizinci döngədə saxlayıb.
Komanda Fettelə ötürmələr qutusundakı ciddi problemlər barədə xəbər verib və 30-cu dövrədə Uebber komanda yoldaşını keçərək yarışa başçılıq edib.
31-ci dövrədə Petrov, 32-ci dövrədə Batton və Sutil, 34-cü dövrədə Həmilton və Şumaher, 36-cı dövrədə Alonso, 39-cu dövrədə Uebber, 40-cı dövrədə Fettel ikinci dəfə mexaniklərin qonağı olublar. Lyuis uzun müddət Massaya hücum edib və 45-ci dövrədə üçüncü dəfə pit-stop keçirməli olub və bərk təkərlərlə trasa qayıdıb. Bir dövrə sonra Felipe ikinci pit-stopunu keçirib və Lyuisin önündə trasa qayıdıb, amma 47-ci dövrədə Lyuisin maşınında ötürmələr qutusu imtina edib.
51-ci dövrədə Sutil Rosberqi keçərək altıncı yerə yüksəlib. 53-cü dövrədə Batton və Şumaher, 55-ci dövrədə Alonso, 58-ci dövrədə Uebber, 59-cu dövrədə Fettel mövsümdə sonuncu dəfə təkərlərini dəyişiblər. 62-ci dövrədə Batton Alonsonu üstələyib.
Mark Uebber mövsümdə 1-ci, karyerasında isə 7-ci qələbəsini qazanıb. Sebastyan Fettel finişdə ikinci olmaqla Red Bull-a daha bir dubl qazandırıb. Censon Batton podiumun son pilləsinə qalxmaqla mövsümün vitse çempionu olub.
Mühəndislər Kubokunda dəyişiklik olmayıb, amma Adrian Sutil Lotus Renault GP komandasının sürücülərini keçərək mövsümü 9-cu yerdə başa vurub.
Mövsüm başa çatıb, qarşıda qış tətilləri gəlir, daha sonra isə yeni maşınların təqdimatı və mövsümöncəsi testlər gəlir. Avstraliya Qran Prisinin startına isə 111 gün qalır...
Sürətli dövrə: Mark Uebber (Red Bull) - 1:15.324 (71-ci dövrə).
Hərf ölçüsü:

| Yer | Pilot | Komanda | Motor | Vaxt |
| 01 | M.Uebber | Red Bull | Renault | 1.32:17.434 |
| 02 | S.Fettel | Red Bull | Renault | + 0:16.983 |
| 03 | C.Batton | McLaren | Mercedes | + 0:27.638 |
| 04 | F.Alonso | Ferrari | Ferrari | + 0:35.048 |
| 05 | F.Massa | Ferrari | Ferrari | + 1:06.733 |
| 06 | A.Sutil | Force İndia | Mercedes | + 1 dövrə |
| 07 | N.Rosberq | Mercedes GP | Mercedes | + 1 dövrə |
| 08 | P.di Resta | Force İndia | Mercedes | + 1 dövrə |
| 09 | K.Kobayaşi | Sauber | Ferrari | + 1 dövrə |
| 10 | V.Petrov | Lotus Renault GP | Renault | + 1 dövrə |
| 11 | X.Algersuari | Toro Rosso | Ferrari | + 1 dövrə |
| 12 | S.Buemi | Toro Rosso | Ferrari | + 1 dövrə |
| 13 | S.Peres | Sauber | Ferrari | + 1 dövrə |
| 14 | R.Barrikello | Williams | Cosworth | + 1 dövrə |
| 15 | M.Şumaher | Mercedes GP | Mercedes | + 1 dövrə |
| 16 | H.Kovalaynen | Team Lotus | Renault | + 1 dövrə |
| 17 | B.Senna | Lotus Renault GP | Renault | + 2 dövrə |
| 18 | Y.Trulli | Team Lotus | Renault | + 2 dövrə |
| 19 | J.D'Ambrozio | Marussia Virgin | Cosworth | + 3 dövrə |
| 20 | D.Rikkardo | Hispania | Cosworth | + 3 dövrə |
| - | V.Liutsi | Hispania | Cosworth | - |
| - | L.Həmilton | McLaren | Mercedes | - |
| - | P.Maldonado | Williams | Coswort | - |
| - | T.Qlok | Marussia Virgin | Cosworth | - |
Sürətli dövrə: Mark Uebber (Red Bull) - 1:15.324 (71-ci dövrə).
Turnir cədvəli:
| Yer | Pilot | Komanda | Motor | Xal |
| 01 | S.Fettel | Red Bull | Renault | 392 |
| 02 | C.Batton | McLaren | Mercedes | 270 |
| 03 | M.Uebber | Red Bull | Renault | 258 |
| 04 | F.Alonso | Ferrari | Ferrari | 257 |
| 05 | L.Həmilton | McLaren | Mercede | 227 |
| 06 | F.Massa | Ferrari | Ferrari | 118 |
| 07 | N.Rosberq | Mercedes GP | Mercedes | 89 |
| 08 | M.Şumaher | Mercedes GP | Mercedes | 76 |
| 09 | A.Sutil | Force İndia | Mercedes | 42 |
| 10 | V.Petrov | Lotus Renault GP | Renault | 37 |
| 11 | N.Haydfeld | Lotus Renault GP | Renault | 34 |
| 12 | K.Kobayaşi | Sauber | Ferrari | 30 |
| 13 | P.di Resta | Force İndia | Mercedes | 27 |
| 14 | X.Algersuari | Toro Rosso | Ferrari | 26 |
| 15 | S.Buemi | Toro Rosso | Ferrari | 15 |
| 16 | S.Peres | Sauber | Ferrari | 14 |
| 17 | R.Barrikello | Williams | Cosworth | 4 |
| 18 | B.Senna | Lotus Renault GP | Renault | 2 |
| 19 | P.Maldonado | Williams | Coswort | 1 |
| 20 | P.de la Rosa | Sauber | Ferrari | 0 |
| 21 | Y.Trulli | Team Lotus | Renault | 0 |
| 22 | H.Kovalaynen | Team Lotus | Renault | 0 |
| 23 | V.Liutsi | Hispania | Cosworth | 0 |
| 24 | J.D'Ambrozio | Marussia Virgin | Cosworth | 0 |
| 25 | T.Qlok | Marussia Virgin | Cosworth | 0 |
| 26 | N.Kartikeyan | Hispania | Cosworth | 0 |
| 27 | D.Rikkardo | Hispania | Cosworth | 0 |
| 28 | K.Çandhok | Team Lotus | Renault | 0 |
Mühəndislər Kuboku:
| Yer | Komanda | Motor | Xal |
| 01 | Red Bull | Renault | 650 |
| 02 | McLaren | Mercedes | 497 |
| 03 | Ferrari | Ferrari | 375 |
| 04 | Mercedes GP | Mercedes | 165 |
| 05 | Lotus Renault GP | Renault | 73 |
| 06 | Force İndia | Mercedes | 69 |
| 07 | Sauber | Ferrari | 44 |
| 08 | Toro Rosso | Ferrari | 41 |
| 09 | Williams | Cosworth | 5 |
| 10 | Team Lotus | Renault | 0 |
| 11 | Hispania | Cosworth | 0 |
| 12 | Marussia Virgin | Renault | 0 |

Yüklənir...
2011-19: BRAZİLİYA QP bölümünün digər xəbərləri: