B.Britaniya Qran Prisi: Yarış
Sayta qoyulub: 16:53 10.07.2011 (284 dəfə oxunub)
Startdan əvvəl yağış, qurumaqda olan tras, sonda quru tras. Buludlu. Havanın temperaturu +21° C, trasın temperaturu +27° C
Mövsümün əvvəlindən bir çox komandalar yeni maşınlarını sorucu diffuzorlar üzərində qurmuşdular, amma Silverstoun uik-endi ərəfəsində FİA bu diffuzorun istifadəsinə ciddi məhdudiyyətlər tətbiq edib. Britaniya havası əvvəlcə sürücülərə cümə günü yarışa gətirdikləri yenilikləri yoxlamağa mane olub, dünən isə sıralanma turunda qüvvələr nisbətinə təsir edib.
Hərçənd, mövsümdə doqquzuncu dəfə poulu Red Bull qazanıb, amma bu dəfə Ferrari sürücüləri çox yaxın olublar, komanda reqlamentdəki dəyişikliklər və effektiv yenilənmə sayəsində ciddi tərəqqiyə nail olub.
Səhər dəstək yarışlarının hamısı quru havada keçib, amma yarışdan yarım saat əvvəl güclü qısamüddətli yağış yağıb. Sürücülər trasa keçid təkərlərlə çıxıblar, Serxio Peres maşını saxlaya bilməyib, Pirelli-nin reklam baryerinə çırpılıb - sürücü boksa qayıdaraq burun elementini dəyişməli olub.
Startda Fettel Uebberi qabaqlaya bilib, Həmilton 10-cu yerdən 6-cı yerə yüksəlib, ikinci dövrədə isə Battonu qabaqlayaraq 5-ci olub. Fettel rəqiblərindən uzaqlaşmağa başlayıb və beşinci dövrədə komanda yoldaşından 4 saniyə uzaqlaşıb.
6-cı dövrədə Toro Rosso sürücüləri Petrovu keçiblər, 9-cu dövrədə Şumaher və Kobayaşi təmas yaşayıblar - almaniyalı sürücü ön antiqanadı dəyişmək üçün boksa yollanmalı olub və slik təkərlərə keçib. Stüardları insidenti araşdıraraq Mixaelə 10 saniyəlik stop&go cəriməsi veriblər.
Trayektoriya qurumağa başlayıb, Şumaher sliklərlə trasda ən sürətli olduğu üçün rəqibləri də boksa tələsiblər. Kobayaşiyə qulluq zamanı mexaniklər səhvə yol veriblər, sürücü Maldonado ilə toqquşmadan güclə qurtula bilib - stüardlar bu insidentə görə də 10 saniyəlik stop&go cəriməsini tətbiq ediblər.
14-cü dövrədə Batton Massanı keçərək 5-ciliyə yüksəlib, 15-ci dövrədə isə Həmilton Alonsonu keçərək 3-cü olub. İlk dördlük, Fettel, Uebber, Həmilton və Alonso 8 saniyə intervalında yerləşiblər.
24-cü döngədə Alonso Həmiltonu DRS-in köməyi ilə qabaqlayıb və Lyuis dərhal pit-stopa yönəlib. Kobayaşinin maşınında motor imtina edib, Buemi ilə təmasdan sonra di Resta yeni antiqanad üçün təkrar boksa yollanıb. Bueminin maşınında isə təkər deşilib və dağılıb, sürücü yarışı dayandırmalı olub.
27-ci dövrədə Uebber, Batton və Massa pit-stopa gediblər, bir dövrə sonra isə Fettel və Alonso mexaniklərin qonağı olublar. Almaniyalı sürücünün mexanikləri səhvə yol veriblər və Alonso trasa lider kimi qayıdıb, Həmilton isə bir saniyə ondan geri qalıb. Bir-iki dövrə sürücülər mübarizə aparsalar da, Lyuisin maşını tezliklə sürətini itirib və Alonso uzaqlaşıb. Bundan sonra Fettel onu keçməyə cəhd göstərib, amma cəhdləri uğur verməyib. Nəhayət, 37-ci dövrədə pit-stopa reallaşdıran Sebastyan bir dövrə trasda çox qalan Lyuisi qabaqlaya bilib. 39-cu dövrədə Uebber, 40-cı dövrədə Alonso və Batton yeni təkər dalınca pit-stopa baş vurublar, amma McLaren mexanikləri ön sağ təkəri bağlamadıqları üçün Censon yarışı dayandırmalı olub. 42-ci dövrədə Massa təkərlərini dəyişib.
Komanda Həmiltona yanacağa qənaət etmək xəbərini verib, Lyuis sürətini azaltmalı olub və 46-cı dövrədə Uebberi irəli buraxıb. Son döngələrdə isə Massa gərgin mübarizədən qalib çıxıb. Son dövrələrdə Red Bull sürücüləri də mübarizə aparıblar - Mark bir neçə həmlə edib və komandanın "mövqeyini qoru" xəbərinə məhəl qoymayıb.
Fernando Alonso mövsümdə birinci və karyerasında 27-ci qələbəsini qazanıb, sonrakı yerləri isə Red Bull sürücüləri tutublar. Fettel şəxsi hesabda üstünlüyünü bir qədər də artırıb, indi almaniyalı sürücü komanda yoldaşını 80 xal qabaqlayır, Alonso üçüncü yerə yüksəlib. Komandaların yarışında da Red Bull artıq əlçatmazdır.
Sürətli dövrə: Fernando Alonso (Ferrari) - 1:34.908 (41-ci dövrə).
Hərf ölçüsü:

| Yer | Pilot | Komanda | Motor | Vaxt |
| 01 | F.Alonso | Ferrari | Ferrari | 1.28:41.196 |
| 02 | S.Fettel | Red Bull | Renault | + 0:16.511 |
| 03 | M.Uebber | Red Bull | Renault | + 0:16.947 |
| 04 | L.Həmilton | McLaren | Mercedes | + 0:28.986 |
| 05 | F.Massa | Ferrari | Ferrari | + 0:29.010 |
| 06 | N.Rosberq | Mercedes GP | Mercedes | + 1:00.665 |
| 07 | S.Peres | Sauber | Ferrari | + 1:05.590 |
| 08 | N.Haydfeld | Lotus Renault GP | Renault | + 1:15.542 |
| 09 | M.Şumaher | Mercedes GP | Mercedes | + 1:17.912 |
| 10 | X.Algersuari | Toro Rosso | Ferrari | + 1:19.108 |
| 11 | A.Sutil | Force İndia | Mercedes | + 1:19.712 |
| 12 | V.Petrov | Lotus Renault GP | Renault | + 1:20.681 |
| 13 | R.Barrikello | Williams | Cosworth | + 1 dövrə |
| 14 | P.Maldonado | Williams | Coswort | + 1 dövrə |
| 15 | P.di Resta | Force İndia | Mercedes | + 1 dövrə |
| 16 | T.Qlok | Marussia Virgin | Cosworth | + 2 dövrə |
| 17 | J.D'Ambrozio | Marussia Virgin | Cosworth | + 2 dövrə |
| 18 | V.Liutsi | Hispania | Cosworth | + 2 dövrə |
| 19 | D.Rikkardo | Hispania | Cosworth | + 3 dövrə |
| - | H.Kovalaynen | Team Lotus | Renault | - |
| - | Y.Trulli | Team Lotus | Renault | - |
| - | K.Kobayaşi | Sauber | Ferrari | - |
| - | S.Buemi | Toro Rosso | Ferrari | - |
| - | C.Batton | McLaren | Mercedes | - |
Sürətli dövrə: Fernando Alonso (Ferrari) - 1:34.908 (41-ci dövrə).
Turnir cədvəli:
| Yer | Pilot | Komanda | Motor | Xal |
| 01 | S.Fettel | Red Bull | Renault | 204 |
| 02 | M.Uebber | Red Bull | Renault | 124 |
| 03 | F.Alonso | Ferrari | Ferrari | 112 |
| 04 | L.Həmilton | McLaren | Mercede | 109 |
| 05 | C.Batton | McLaren | Mercedes | 109 |
| 06 | F.Massa | Ferrari | Ferrari | 52 |
| 07 | N.Rosberq | Mercedes GP | Mercedes | 40 |
| 08 | N.Haydfeld | Lotus Renault GP | Renault | 34 |
| 09 | V.Petrov | Lotus Renault GP | Renault | 31 |
| 10 | M.Şumaher | Mercedes GP | Mercedes | 28 |
| 11 | K.Kobayaşi | Sauber | Ferrari | 25 |
| 12 | A.Sutil | Force İndia | Mercedes | 10 |
| 13 | X.Algersuari | Toro Rosso | Ferrari | 9 |
| 14 | S.Peres | Sauber | Ferrari | 8 |
| 15 | S.Buemi | Toro Rosso | Ferrari | 8 |
| 16 | R.Barrikello | Williams | Cosworth | 4 |
| 17 | P.di Resta | Force İndia | Mercedes | 2 |
| 18 | P.de la Rosa | Sauber | Ferrari | 0 |
| 19 | Y.Trulli | Team Lotus | Renault | 0 |
| 20 | V.Liutsi | Hispania | Cosworth | 0 |
| 21 | J.D'Ambrozio | Marussia Virgin | Cosworth | 0 |
| 22 | H.Kovalaynen | Team Lotus | Renault | 0 |
| 23 | P.Maldonado | Williams | Coswort | 0 |
| 24 | T.Qlok | Marussia Virgin | Cosworth | 0 |
| 25 | N.Kartikeyan | Hispania | Cosworth | 0 |
| 26 | D.Rikkardo | Hispania | Cosworth | 0 |
Mühəndislər Kuboku:
| Yer | Komanda | Motor | Xal |
| 01 | Red Bull | Renault | 328 |
| 02 | McLaren | Mercedes | 218 |
| 03 | Ferrari | Ferrari | 164 |
| 04 | Mercedes GP | Mercedes | 68 |
| 05 | Lotus Renault GP | Renault | 65 |
| 06 | Sauber | Ferrari | 33 |
| 07 | Toro Rosso | Ferrari | 17 |
| 08 | Force İndia | Mercedes | 12 |
| 09 | Williams | Cosworth | 4 |
| 10 | Team Lotus | Renault | 0 |
| 11 | Hispania | Cosworth | 0 |
| 12 | Marussia Virgin | Renault | 0 |

Yüklənir...
2011-09: B.BRİTANİYA QP bölümünün digər xəbərləri: