MONAKO QP CANLI YAYIMDA:

26 may, 16:50 - Sıralanma turu
27 may, 16:30 - Yarış

B.Britaniya Qran Prisi: Sıralanma turu

Sayta qoyulub: 16:09 09.07.2011 (206 dəfə oxunub)
Hərf ölçüsü:

B.Britaniya Qran Prisi: Sıralanma turu

Quru, kiçik yağış. Buludlu. Havanın temperaturu +19° C, trasın temperaturu +23° C

Silverstounda sıralanma turu yalnız startda mövqeləri müəyyənləşdirmirdi, həm də reqlamentə edilən dəyişikliklərin qüvvələr nisbətinə necə təsir etməsinə cavab verməli idi.

Son həftə ərzində diffuzorun işinə təsir edən işlənmiş qazlar axınının səviyyəsinə müxtəlif dərəcədə məhdudiyyətlər tətbiq olunub, komandalar uik-endin hər bir günü FİA-da yeni təlimat alıblar, hətta sıralanma turundan bir az əvvəl FİA təcili iclas çağırıb.

Sessiyadan əvvəl qüvvələr nisbətini heç kim dəqiq söyləyə bilməyib. Sıralanma turu quru asfaltda başlayıb, amma birinci sessiyanın sonuna 5 dəqiqə qalmış qısa güclü yağış yağıb. Həmin an protokollara Mark Uebber başçılıq edirdi, mübarizəni isə Toro Rosso, Marussia Virgin və Hispania komandalarının sürücüləri ilə birlikdə Yarno Trulli dayandırıblar, onun komanda yoldaşı Heykki Kovalaynen isə mövsümdə ikinci dəfə növbəti sessiyaya keçib. Bütün sürücülər 107%-lik səddi keçə biliblər.

Tezliklə yağış dayanıb və sürücülər ikinci sessiyaya keçid təkərləri ilə başlayıblar, amma asfalt tez quruduğu üçün sürücülər də sliklərə keçiblər. Bu dəfə protokollara Felipe Massa başçılıq edib, mübarizəni isə Lotus Renault GP və Williams sürücüləri ilə birlikdə Adrian Sutil, Mixael Şumaher və Kovalaynen dayandırıblar.

Sonuncu sessiyanın əvvəlində Red Bull sürücüləri və Fernando Alonso əla sürət nümayiş etdiriblər, finişdə onları cəmi 0.2 saniyə ayırıb. Sürücülərin ikinci cəhdləri zamanı isə yağış başlayıb və ilk üçlük dəyişməz qalıb. Beləliklə, Mark Uebber mövsümdə ikinci, karyerasında isə səkkizinci poulunu qazanıb. Sebastyan Fettel bu dəfə ikinci olub - sabah ilk cərgədən Red Bull sürücüləri, ikinci cərgədən isə Ferrari sürücüləri start alacaqlar. Hələlik yeni qaydalar ənənəni poza bilməyiblər.

Pol di Resta və Pastor Maldonado karyeralarında ən yüksək nəticəni göstəriblər. Start isə maraqlı olacaq...

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01M.UebberRed BullRenault011:32.670021:31.6731:30.399-
02S.FettelRed BullRenault041:32.977061:32.3791:30.431+ 0.032
03F.AlonsoFerrariFerrari051:32.988031:31.7271:30.516+ 0.117
04F.MassaFerrariFerrari031:32.760011:31.6401:31.124+ 0.725
05C.BattonMcLarenMercedes111:34.230041:32.2731:31.898+ 1.499
06P.di RestaForce İndiaMercedes151:34.472091:32.5691:31.929+ 1.530
07P.MaldonadoWilliamsCosworth021:32.702101:32.5881:31.933+ 1.534
08K.KobayaşiSauberFerrari121:34.324071:32.3991:32.128+ 1.729
09N.RosberqMercedes GPMercedes101:34.186051:32.2951:32.209+ 1.810
10L.HəmiltonMcLarenMercedes071:33.581081:32.5051:32.376+ 1.977
11A.SutilForce İndiaMercedes141:34.454111:32.617--
12S.PeresSauberFerrari081:34.145121:32.624--
13M.ŞumaherMercedes GPMercedes091:34.160131:32.656--
14V.PetrovLotus Renault GPRenault131:34.766141:32.734--
15R.BarrikelloWilliamsCosworth061:33.532151:33.119--
16N.HaydfeldLotus Renault GPRenault171:35.132161:33.805--
17H.KovalaynenTeam LotusRenault161:34.923171:34.821--
18X.AlgersuariToro RossoFerrari181:35.245----
19S.BuemiToro RossoFerrari191:35.749----
20T.QlokMarussia VirginCosworth201:36.203----
21Y.TrulliTeam LotusRenault211:36.456----
22J.D'AmbrozioMarussia VirginCosworth221:37.154----
23V.LiutsiHispaniaCosworth231:37.484----
24D.RikkardoHispaniaCosworth241:38.059----

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<May 2012>
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031