Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Tras

Sayta qoyulub: 11:28 01.04.2009 (526 dəfə oxunub)
Hərf ölçüsü:

Tras

Dözülməz isti və tropik leysan yağışlar... Proqnozlara görə yağış yağması ehtimalı çoxdur...

Sepanq böyük yarış kompleksidir, burada gözəl və elektronika ilə dolu olan tras, üstübağlı tribunalar, 500 jurnalist üçün nəzərdə tutulmuş daxili telekanal və mətbuat mərkəzi yerləşir. Sepanqa qədər Formula1-də belə şeylər yox idi, sonra isə bu kompleksi nümunə kimi götürməyə başladılar...

Tras

Tarix: 03-05 aprel 2009-cu il
Tras: Sepanq, Kuala Lumpur
Dövrənin uzunluğu: 5543 m
Dövrələrin sayı: 56
Ümumi məsafə: 310.408 km

Trasda döngələrin bütün növlərinə rast gəlinir, istiqamətini tez dəyişən sürətli döngələrdən (beşinci və altıncı döngələr), yavaş sancaqlara qədər. Maşınları bu rəngarəngliyə sazlamaq üçün mühəndsilər kompromisə getməli olurlar, amma sazlanmalarla bütün problemləri həll etmək olmur - Malayziyada üstünlüyü balansı yaxşı olan və stabil maşın ələ alır.

Tras

Sepanqda maşınlar asfalta yatma qüvvəsinin orta səviyyəsinə sazlanırlar, dövrənin 72%-i qaz pedalını tam basmaqla qət edilir, ona görə də çox şey motorun etibarlılığından asılıdır. Sürücülər üçün də ağır yarışdır - onların hər biri 2-2.5 kq çəki itirəcəklər.

Bu il Bridgestone şirkəti Malayziyaya Soft və Hard tərkibli sliklər və ənənəvi iki yağış tərkibini gətirəcək. Sepanqın isti asfaltında bərk tərkib effektiv olmalıdır, yumşa tərkib isə hətta istehsalçıların özündə də şübhə yaradıb.

Son yeddi ildə bu trasda beş pilot qalib gəlib, Kimi Rəykkönen 2003-cü ildə bu trasda ilk qələbəsini McLaren-lə, keçən il isə Ferrari ilə ikinci qələbəsini qazanıb. Fernando Alonso isə 2005-ci ildə Renault-da və 2007-ci ildə McLaren-də iki qələbə qazanıb. Bəs bu dəfə bizi nə gözləyir?

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829