MONAKO QP CANLI YAYIMDA:

26 may, 16:50 - Sıralanma turu
27 may, 16:30 - Yarış

Monako Qran Prisi: Yarış

Sayta qoyulub: 17:40 29.05.2011 (186 dəfə oxunub)
Hərf ölçüsü:

Monako Qran Prisi: Yarış

Quru. Günəşli. Havanın temperaturu +25° C, trasın temperaturu +47° C

Monakoda sıralanma turu xüsusi əhəmiyyət kəsb edir, amma bu dəfə sıralanma turu fərqli senari üzrə keçib. Sonuncu sessiyada tunelin çıxışında Serxio Peresin qəzası uzun fasiləyə səbəb olub - sürücünün evakuasiyası və baryerin bərpasına qırx dəqiqə vaxt lazım olub, sürücülər trasa qayıtdıqdan sonra heç biri nəticəsini yaxşılaşdıra bilməyib.

Lyuis Həmiltonun ən yaxşı (yeganə) nəticəsi stüardlar tərəfindən ləğv olunub - britaniyalı sürücü şikananı kəsib, ona görə də doqquzuncu yerdən start almalı olub. Karyerasında 20-ci, mövsümdə isə 5-ci poulu Sebastyan Fettel qazanıb - elə ilk cəhdində almaniyalı sürücü trasın rekorduna da imza atıb.

Hispania sürücüləri sıralanma turunda iştirak etməyiblər, amma stüardlar onları yarışa buraxıblar.

Startda Fettel poulun üstünlüyünü saxlayıb, Alonso Uebberi qabaqlayıb, Rosberq və Petrov iki mövqe qazanıblar, Şumaher onuncu yerə düşüb, amma birinci dövrənin sonuna qədər Həmiltonu keçə bilib. Sebastyan isə peletondan 2.4 saniyə uzaqlaşıb.

Həmilton Şumaherə hər dövrədə, hər döngədə hücumlar edib, amma Monakoda ötməyə heç DRS də kömək etməyib. Nəhayət, onuncu dövrənin birinci döngəsində Lyuis irəli çıxıb. 12-ci dövrədə isə Barrikello Mixaeli qabaqlayıb - yeddiqat dünya çempionu təkərlərin dənlə örtülməsindən gileylənib və pit-stopa yönəlib: mexaniklər təkərlərlə yanaşı burun elementini də dəyişiblər.

15-ci döngədə Massa və Maldonado Rosberqi keçiblər. 16-cı dövrədə Batton və Rosberq pit-stop keçiriblər, 17-ci dövrədə Uebber və Alonso təkərlərini dəyişiblər - Red Bull mexanikləri ləngiyiblər və Fettel Battonun arxasında trasa qayıdıb. Batton SuperSoft təkərlərlə olduğu üçün Sof təkərlərlə trasa qayıtmış Fettel və Alonsodan hər dövrə iki saniyə sürətli olub.

Digər sürücülər isə fərqli taktika seçiblər, Həmilton 21-ci dövrədə boksa tələsib - McLaren mexanikləri də qiymətli vaxt itiriblər. 27-ci dövrədə Maldonado, bir dövrə sonra isə Massa və Petrov təkərlərini dəyişiblər.

Di Resta Algersuariyə sancaq döngəsində hücum edib, təmas baş verib, stüardlar Polu pit-leyndən keçməklə cərimə ediblər. 32-ci dövrədə elə həmin yerdə Həmilton və Massa təmas yaşayıblar, yarışa davam etsələr də tuneldə Felipe çırkli xarici radiusa çıxıb, divarlara çırpılan braziliyalı sürücü yarışdan kənar qalıb. Trasa Təhlükəsizlik Maşını (TM) çıxıb. Sürücülərin çoxu pit-stopa tələsib, yarışın bu hissəsinə kimi pit-stop keçirməyən sürücülər ciddi üstünlük qazanıblar. Şumaher pit-leynin girişində maşını saxlayıb.

39-cu dövrədə restart elan olunub. Stüardlar Massa ilə insidentə görə Həmiltonu pit-leyndən keçməklə cərimələyiblər. 48-ci dövrədə Batton üçüncü pit-stopunu keçirib və trasa üçüncü yerdə qayıdıb. 50-ci dövrədə Həmilton, 55-ci dövrədə Maldonado və Rosberq, 56-cı dövrədə isə Uebber pit-stoplarnı reallaşdırıblar. Fettel sarı təkərlərlə uzun müddət trasda qaldığı üçün tədricən sürətini itirib - Alonso fərqi minimuma endirib. Yeni təkərlərlə trasa qayıdan Batton da sürətlə liderlərə yaxınlaşıb.

61-ci dövrədə Kobayaşi Sutili qabaqlayaraq dördüncülüyə yüksəlib. Bir dövrədən sonra Uebber Sutil və Petrovu keçib. İlk üçlük isə fərqli taktika seçməsinə baxmayaraq (Fettel bir pit-stop keçirib, Alonso iki, Batton üç), son dövrələrdə hamı gərgin mübarizəyə hazırlaşıb.

68-ci dövrədə liderlər geri qalan sürücülər qrupuna yaxınlaşıblar. Bu zaman Sutil səhvə yol verib və baryerə toxunub, nəticədə arxa sağ təkəri partlayıb, şikananı kəsib və insidentlər reaksiyası başlayıb: Algersuari Həmiltona arxadan çırpılıb, Petrov təmasdan qurtulmaq üçün qoruyucu baryerə çırpılıb.

TM ikinci dəfə trasa çıxıb, Petrovun evakuasiyası üçün həkimlər briqadası da hadisə yerinə tələsib. 72-ci dövrədə isə qırmızı bayraqlar dalğalanıb, yarış dayandırılıb. Yarışın rəhbərliyi qərara alıb ki, tras təmizləndikdən sonra restart elan olunacaq. Petrov tibb maşını ilə dünən Peresin yerləşdirildiyi hospitala göndərilib.

Sürücülər start-finiş düzlüyündə restarta hazırlaşıblar - yarşın sonuna 6 dövrə qalıb. İnsidentdən iyirmi dəqiqə sonra yarış davam edib - sürücülər bir dövrə TM-in arxasında vurduqdan sonra mübarizə yenidən qızışıb. Elə birinci döngədə Maldonado və Həmilton təmas yaşayıblar, Pastor yarışdan kənar qalıb - bu insidenti stüardlar yarışdan sonra araşdıracaqlar. Uebber Kobayaşini keçərək dördüncülüyə yüksəlib və son dövrədə ən yaxşı nəticəsini göstərib.

İlk üçlükdə isə vəziyyət dəyişməyib - Sebastyan Fettel inamlı qələbə qazanıb: mövsümdə 5-ci, karyerasında isə 15-ci. Monako knyazının lojasına Fettelə birlikdə Alonso və Batton qalxıblar. Növbəti yarış iki həftədən sonra Monrealda keçiriləcək...

YerPilotKomandaMotorVaxt
01S.FettelRed BullRenault2.09:38.373
02F.AlonsoFerrariFerrari+ 0:01.138
03C.BattonMcLarenMercedes+ 0:02.378
04M.UebberRed BullRenault+ 0:23.100
05K.KobayaşiSauberFerrari+ 0:26.900
06L.HəmiltonMcLarenMercede+ 0:47.200 (*)
07A.SutilForce İndiaMercedes+ 1 dövrə
08N.HaydfeldLotus Renault GPRenault+ 1 dövrə
09R.BarrikelloWilliamsCosworth+ 1 dövrə
10S.BuemiToro RossoFerrari+ 1 dövrə
11N.RosberqMercedes GPMercedes+ 1 dövrə
12P.di RestaForce İndiaMercedes+ 2 dövrə
13Y.TrulliTeam LotusRenault+ 2 dövrə
14H.KovalaynenTeam LotusRenault+ 2 dövrə
15J.D'AmbrozioMarussia VirginCosworth+ 2 dövrə
16V.LiutsiHispaniaCosworth+ 3 dövrə
17N.KartikeyanHispaniaCosworth+ 3 dövrə
18P.MaldonadoWilliamsCoswort+ 5 dövrə
-V.PetrovLotus Renault GPRenault-
-X.AlgersuariToro RossoFerrari-
-F.MassaFerrariFerrari-
-M.ŞumaherMercedes GPMercedes-
-T.QlokMarussia VirginCosworth-
-S.PeresSauberFerrari-


Sürətli dövrə: Mark Uebber (Red Bull) - 1:16.234 (78-ci dövrə).

Qeyd: (*) Lyuis Həmilton son nəticəsinin üzərinə 20 saniyə əlavə edilməklə cərimə olunub.

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault143
02L.HəmiltonMcLarenMercede85
03M.UebberRed BullRenault79
04C.BattonMcLarenMercedes76
05F.AlonsoFerrariFerrari59
06N.HaydfeldLotus Renault GPRenault29
07N.RosberqMercedes GPMercedes26
08F.MassaFerrariFerrari24
09V.PetrovLotus Renault GPRenault21
10K.KobayaşiSauberFerrari19
11M.ŞumaherMercedes GPMercedes14
12A.SutilForce İndiaMercedes8
13S.BuemiToro RossoFerrari7
14R.BarrikelloWilliamsCosworth0
15S.PeresSauberFerrari2
16P.di RestaForce İndiaMercedes2
17X.AlgersuariToro RossoFerrari0
18Y.TrulliTeam LotusRenault0
19H.KovalaynenTeam LotusRenault0
20J.D'AmbrozioMarussia VirginCosworth0
21P.MaldonadoWilliamsCoswort0
22T.QlokMarussia VirginCosworth0
23V.LiutsiHispaniaCosworth0
24N.KartikeyanHispaniaCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault222
02McLarenMercedes161
03FerrariFerrari93
04Lotus Renault GPRenault50
05Mercedes GPMercedes40
06SauberFerrari21
07Force İndiaMercedes10
08Toro RossoFerrari7
09WilliamsCosworth2
10Team LotusRenault0
11Marussia VirginRenault0
12HispaniaCosworth0

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<May 2012>
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031