Avstraliya Qran Prisi: Yarış
Sayta qoyulub: 10:51 27.03.2011 (254 dəfə oxunub)
Quru. Günəşli. Havanın temperaturu +17° C, trasın temperaturu +23° C
Mövsümün ilk Qran Prisinın sıralanma turu yeni maşınların sürətlərini ilkin qiymətləndirməyə imkan verdi, amma startdan əvvəl məchulların sayı olduqca çox idi - komandalar testlərdə yarışı imitasiya etmişdilər, amma heç kim bilmirdi ki, Melburnda nə qədər pit-stop etmək lazım gələcək və Pirelli təkəri uzun məsafədə özünü necə aparacaq.
Sürücülərin düzümü də maraqlı idi. Sebastyan Fettel poul qazanmışdı, amma ilk beşlikdə dörd dünya çempionu start alırdı və onlardan hər biri mövsümə maksimum nəticə ilə başlamaq istəyirdi.
Startda ilk üçlük mövqeyini qoruyub saxlaya bilib, Petrov dördüncü yerə yüksəlib, Alonso isə doqquzuncu yerə düşüb. Şumaher, Algersuari və Barrikello təmasdan qurtula bilmyəiblər, Rubens çınqıllığa düşüb, Xayme və Mixael isə boksa getməli olublar.
Fettel peletondan sürətlə uzaqlaşıb, arxada yalnız Batton Massa ilə beşinci yer uğrunda mübarizə aparıb. 12-ci dövrədə britaniyalı sürücü şikananı kəsərək irəli çıxıb, amma qaydalara uyğun olaraq, Massanı irəli buraxmaq əvəzinə, sürətlə uzaqlaşmağa başlayıb. Bir qədər sonra isə Alonso da komanda yoldaşını üstələyib. Bir neçə dövrədən sonra isə stüardlar Battonu pit-leyndən keçməklə cərimə ediblər.
12-ci dövrədə Mark Uebber planlı ilk pit-stopunu reallaşdırıb, ondan bir dövrə sonra Alonso və daha bir dövrə sonra Massa Ferrari mexaniklərinin qonağı olublar. Fettelin maşınında təkər yeyildiyindən sürəti aşağı düşüb və Həmilton fərqi azaltmağa başlayıb. Fettel təkərlərini yenilədikdən sonra Battonun arxasına düşüb, amma tezliklə britaniyalı sürücünü xarici radiusla keçərək RB7-nin yavaş döngələrdə nə qədər sürətli olmasını göstərib. 16-cı dövrədə Həmilton və Petrov da ilk pit-stoplarını gerçəkləşdiriblər.
23-cü dövrədə Mixael Şumaher yarışı dayandırıb, Barrikello və Rosberq 8-ci yer uğrunda mübarizədə toqquşublar və Niko yarışdan kənar qalıb - Mercedes GP mövsümün ilk yarışında tam uğrsuzluğa uğrayıb. Stüardlar insidentdə Rubensi günahkar hesab ediblər və braziliyalı sürücü də pit-leyndən keçməklə cərimə olunub.
27-ci dövrədə Uebber yenə də ikinci pit-stoplar dalğasına start verib, bir dövrə sonra Alonso təkərlərini dəyişib, Massa isə 32-ci dövrədə pit-stopa baş çəkib. Fettel, Həmilton və Petrov 35-ci dövrədə, Batton və Sutil isə 38-ci dövrədə sonuncu dəfə təkər dəyişiblər.
42-ci dövrədə Uebber üçüncü və sonuncu dəfə təkərləri dəyişib, bir dövrə sonra isə Alonso da eyni addımı atıb - ispaniyalı sürücü Markın önündə trasa qayıdıb. Sürücülər dördüncü yer uğrunda mübarizəyə giriblər, amma Mark KERS-dən istifadə etməyib, Fernando isə düz yolda sürətli olub.
48-ci dövrədə Batton altıncı yer uğrunda Massanı qabaqlayıb, bundan sonra Felipe sonuncu pit-stopunu reallaşdırıb. 10-cu yerdə trasa qayıdan braziliyalı sürücü bir neçə dövrədən sonra Sebastyen Buemini qabaqlayaraq doqquzuncu olub.
Sebastyan Fettel karyerasında 11-ci qələbəsini qazanaraq yeni mövsümə qələbə ilə başlayıb. Lyuis Həmilton finişdə ikinci olub, Vitaliy Petrov isə karyerasında birinci podiumunu qazanıb.
İlk üçlük yarışı iki pit-stopla keçirib, Serxio Peres isə cəmi bircə dəfə təkərini dəyişib - Pirelli heç də gözlənildiyi kimi pis təsir bağışlamayıb...

Sürətli dövrə: Felipe Massa (Ferrari) - 1:28.947 (55-ci dövrə).
Qeyd: V.Liutsi və N.Kartikeyan sıralanma turunda 107% həddini keçə bilmədikləri üçün yarışda start almayıblar.
Sauber sürücüləri yarışdan sonra diskvalifikasya olunublar.
Hərf ölçüsü:

| Yer | Pilot | Komanda | Motor | Vaxt |
| 01 | S.Fettel | Red Bull | Renault | 1.29:30.259 |
| 02 | L.Həmilton | McLaren | Mercede | + 0:22.297 |
| 03 | V.Petrov | Lotus Renault GP | Renault | + 0:30.560 |
| 04 | F.Alonso | Ferrari | Ferrari | + 0:31.772 |
| 05 | M.Uebber | Red Bull | Renault | + 0:38.171 |
| 06 | C.Batton | McLaren | Mercedes | + 0:54.300 |
| 07 | F.Massa | Ferrari | Ferrari | + 1:25.100 |
| 08 | S.Buemi | Toro Rosso | Ferrari | + 1 dövrə |
| 09 | A.Sutil | Force İndia | Mercedes | + 1 dövrə |
| 10 | P.di Resta | Force İndia | Mercedes | + 1 dövrə |
| 11 | X.Algersuari | Toro Rosso | Ferrari | + 1 dövrə |
| 12 | N.Haydfeld | Lotus Renault GP | Renault | + 1 dövrə |
| 13 | Y.Trulli | Team Lotus | Renault | + 2 dövrə |
| 14 | J.D'Ambrozio | Marussia Virgin | Cosworth | + 4 dövrə |
| 15 | S.Peres | Sauber | Ferrari | diskval |
| 16 | K.Kobayaşi | Sauber | Ferrari | diskval |
| - | T.Qlok | Marussia Virgin | Cosworth | - |
| - | R.Barrikello | Williams | Cosworth | - |
| - | N.Rosberq | Mercedes GP | Mercedes | - |
| - | H.Kovalaynen | Team Lotus | Renault | - |
| - | M.Şumaher | Mercedes GP | Mercedes | - |
| - | P.Maldonado | Williams | Coswort | - |
| - | V.Liutsi | Hispania | Cosworth | - |
| - | N.Kartikeyan | Hispania | Cosworth | - |
Sürətli dövrə: Felipe Massa (Ferrari) - 1:28.947 (55-ci dövrə).
Qeyd: V.Liutsi və N.Kartikeyan sıralanma turunda 107% həddini keçə bilmədikləri üçün yarışda start almayıblar.
Sauber sürücüləri yarışdan sonra diskvalifikasya olunublar.
Turnir cədvəli:
| Yer | Pilot | Komanda | Motor | Xal |
| 01 | S.Fettel | Red Bull | Renault | 25 |
| 02 | L.Həmilton | McLaren | Mercede | 18 |
| 03 | V.Petrov | Lotus Renault GP | Renault | 15 |
| 04 | F.Alonso | Ferrari | Ferrari | 12 |
| 05 | M.Uebber | Red Bull | Renault | 10 |
| 06 | C.Batton | McLaren | Mercedes | 8 |
| 07 | F.Massa | Ferrari | Ferrari | 6 |
| 08 | S.Buemi | Toro Rosso | Ferrari | 4 |
| 09 | A.Sutil | Force İndia | Mercedes | 2 |
| 10 | P.di Resta | Force İndia | Mercedes | 1 |
| 11 | X.Algersuari | Toro Rosso | Ferrari | 0 |
| 12 | N.Haydfeld | Lotus Renault GP | Renault | 0 |
| 13 | Y.Trulli | Team Lotus | Renault | 0 |
| 14 | J.D'Ambrozio | Marussia Virgin | Cosworth | 0 |
| 15 | S.Peres | Sauber | Ferrari | 0 |
| 16 | K.Kobayaşi | Sauber | Ferrari | 0 |
| 17 | T.Qlok | Marussia Virgin | Cosworth | 0 |
| 18 | R.Barrikello | Williams | Cosworth | 0 |
| 19 | N.Rosberq | Mercedes GP | Mercedes | 0 |
| 20 | H.Kovalaynen | Team Lotus | Renault | 0 |
| 21 | M.Şumaher | Mercedes GP | Mercedes | 0 |
| 22 | P.Maldonado | Williams | Coswort | 0 |
| 23 | V.Liutsi | Hispania | Cosworth | 0 |
| 24 | N.Kartikeyan | Hispania | Cosworth | 0 |
Mühəndislər Kuboku:
| Yer | Komanda | Motor | Xal |
| 01 | Red Bull | Renault | 35 |
| 02 | McLaren | Mercedes | 26 |
| 03 | Ferrari | Ferrari | 18 |
| 04 | Lotus Renault GP | Renault | 15 |
| 05 | Toro Rosso | Ferrari | 4 |
| 06 | Force İndia | Mercedes | 3 |
| 07 | Sauber | Ferrari | 0 |
| 08 | Team Lotus | Renault | 0 |
| 09 | Marussia Virgin | Renault | 0 |
| 10 | Williams | Cosworth | 0 |
| 11 | Mercedes GP | Mercedes | 0 |
| 12 | Hispania | Cosworth | 0 |

Yüklənir...
2011-01: AVSTRALİYA QP bölümünün digər xəbərləri: