Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Tras

Sayta qoyulub: 10:05 24.03.2009 (452 dəfə oxunub)
Hərf ölçüsü:

Tras

Avstraliya adət etdiyimiz kimi mövsümün ilk yarışını qəbul edir, həmişə olduğu kimi Melburn komandaların Asiya turnesinə start verir. Komandalar mövsümqabağı testlərdə maşınlarını yoxlayıblar, amma qüvvələrin əsil nisbətini şənbə günü sıralanma turunda biləcəyik.

Melburn Viktoriya ştatının inzibati mərkəzidir, Avstraliyanın çənub-şərqində dənizkənarı şəhəridir. Bakı ilə vaxt fərqi +7 saatdır. Monakoda olduğu kimi burda da tras müvəqqəti xarakter daşıyır və Melburnun işçi mərkəzində yerləşən Albert Parkın yollarında qurulub. İlk yarışlar 50-ci illərin ortalarında keçirilsə də, onlar çempionatın rəsmi təqviminə daxil deyildilər. Avstraliya Qran Prisi 1985-ci ildən keçirilməyə başlayıb, on bir il yarışlar Adelaidada keçirilib, 1996-cı ildən isə Melburn adətən mövsümün ilk yarışını qəbul etməyə başlayıb.

Tras


Tarix: 27-29 mart 2009-cu il
Tras: Albert Park, Melburn
Dövrənin uzunluğu: 5303 m
Dövrələrin sayı: 58
Ümumi məsafə: 307.574 km

Tras kifayət qədər sürətlidir və xüsusi aerodinamik əlavələr tələb etmir, amma maşının sürətli düz yolda və yavaş döngədə səmərəli olması üçün kompromisin tapılması vaxt tələb edir. Dövrədə göstərilən nəticə maşının çəkisindən asılıdır, Melburnda hər 10 kq yanacaq dövrədə 0.4 saniyənin itkisinə səbəb olur. Tras motorlara tələbkardır, motora düşən yüklənmələrə görə yalnız Monsadan geri qalır - trasın 60%-ni sürücülər qaz pedalını sonadək basaraq hərəkət edirlər.

Tras

Ötmə üçün ən əlverişli yer start düzlüyünün sonudur, sürücülər 300 km/saat sürət yığırlar və Jones-da əylənmədə ötmə edə bilərlər, ikinci döngədən çıxışda vəziyyəti düzəltmək olar. Ən maraqlı döngə 12-cidir, Waite - 250 km/saat sürət və porebrikə hücum, sonra isə sürətli sahə gəlir - kiçik bir səhv böyük vaxt itkisinə səbəb olur.

Adətən komandalar bir pit-stopdan istifadə edirdilər, amma son üç ildə komandalar strategiyada dəyişiklik edərək iki pit-stopla yarışmışlar, görək bu dəfə komandalar hansı strategiyaya üstünlük verəcəklər. Keçən il yarışda McLaren pilotu Lyuis Həmilton dominantlıq etmişdi, bu dəfə qələbəyə namizədlər çoxdur...

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829