Yarış
Sayta qoyulub: 17:45 29.08.2010 (215 dəfə oxunub)
Quru, yarışın sonunda yağış. Buludlu. Havanın temperaturu +14° C, trasın temperaturu +16° C
Bu il Formula1-in Spa uik-endinin heç bir sessiyası yağışsız ötüşməyib. Hava proqnozu yarışa da böyük ehtimalla yağış yağmasını söyləyirdi. Nəticədə məhz yağış Qran Prinin həlledici faktoru oldu.
Startda Uebber ləngiyib, Həmilton liderliyi ələ alıb, ikinci dövrədə isə yağış yağmağa başlayıb. Barrikello arxadan Alonsoya çırpılıb və trasa Təhlükəsizlik Maşını (TM) çıxıb. Rubens üçün yubiley 300-cü yarış elə burdaca bitib, Fernando isə keçid təkərlər üçün pitə daxil olub. Amma yağış kəsdiyi üçün sürücülərin heç biri təkərini dəyişməyib.
Restart zamanı Fettel Kubitsanı qabaqlayaraq üçüncülüyə yüksəlib, bir dövrə sonra isə Alonso sliklər üçün boksa qayıtmalı olub.
On birinci dövrədə Petrov Rosberqi qabaqlayıb, Niko əks hücuma atılıb, fürsətdən istifadə edən Şumaher də komanda yoldaşına hücum edib - iki Mercedes kiçik təmas yaşayıb, Mixael önə keçib, Niko isə ön antiqanadın kiçik bir elementini itirib.
Fettel ikinci yer uğrunda Battona bir neçə hücum edib, Həmilton isə 15-ci dövrədə bu cütlük üzərində üstünlüyünü artıq 9 saniyəyə çatdırıb. İki dövrə sonra növbəti hücum qəza ilə nəticələnib - Censon mübarizəni dayandırıb, yeni burun elementi ilə trasa qayıdan Sebastyan isə stüardlar tətəfindən cərimə alıb. Bununla da alman sürücünün xal qazanmaq şansı puç olub.
Yarışın düz ortasında Sutil ilk pit-stopunu reallaşdırıb, bir dövrə sonra Uebber, 24-cü dövrədə Kubitsa və Massa, 25-ci dövrədə isə Həmilton yumşaq təkərləri bərk təkərlərə dəyişiblər və Lyuis liderliyini saxlayıb. Fettel Liutsini keçərkən daha bir təmas yaşanıb - italiyalı sürücü burun elementini itirib, alman sürücünün maşınında isə təkər partlayıb.
Mercedes GP komandası yağışı gözlədiyi üçün sürücüləri pitə çağırmayıb, nəhayət 35-ci dövrədə liderlər pit-leynə girişi keçdikdən sonra yağış başlayıb. İlk dördlükdən başqa arxada gələn bütün sürücülər yağış təkərləri üçün pit-leynə axışıblar. Növbəti dövrədə isə Həmilton, Kubitsa, Uebber və Massa pit-stop ediblər - Kubitsa vaxt itirdiyi üçün trasa Uebberin arxasında qayıdıb. Rosberq isə doqquzuncu yerdən yeddinci yerə yüksəlib.
Yağış güclənib və yeddinci döngənin çıxışında Alonso qəzaya uğrayıb və trasa yenə TM çıxıb.
Finişə dörd dövrə qalmış restart elan olunub, Rosberq Kobayaşi və Şumaheri keçib. Finişə qədər başqa insident baş verməyib. Lyuis Həmilton karyerasında 14-cü, mövsümdə isə üçüncü qələbəsini qazanıb. Şəxsi hesabda Lyuis liderliyi ələ alıb, amma Mühəndislər Kubokunda Red Bull McLaren-i cəmi bir xal qabaqlayır. Bizi çempionatın çox maraqlı sonluğu gözləyir!
Hərf ölçüsü:

| Yer | Pilot | Komanda | Motor | Vaxt |
| 01 | L.Həmilton | McLaren | Mercede | 1:29:04.268 |
| 02 | M.Uebber | Red Bull | Renault | + 0:01.571 |
| 03 | R.Kubitsa | Renault | Renaul | + 0:03.493 |
| 04 | F.Massa | Ferrari | Ferrari | + 0:08.264 |
| 05 | A.Sutil | Force İndia | Mercedes | + 0:09.094 |
| 06 | N.Rosberq | Mercedes GP | Mercedes | + 0:12.359 |
| 07 | M.Şumaher | Mercedes GP | Mercedes | + 0:15.548 |
| 08 | K.Kobayaşi | BMW Sauber | Ferrari | + 0:16.678 |
| 09 | V.Petrov | Renault | Renault | + 0:23.851 |
| 10 | V.Liutsi | Force İndia | Mercedes | + 0:34.831 |
| 11 | P.de la Rosa | BMW Sauber | Ferrari | + 0:36.019 |
| 12 | S.Buemi | Toro Rosso | Ferrari | + 0:39.895 |
| 13 | X.Algersuari | Toro Rosso | Ferrari | + 0:49.457 * |
| 14 | N.Hülkenberq | Williams | Coswort | + 1 dövrə |
| 15 | S.Fettel | Red Bull | Renault | + 1 dövrə |
| 16 | H.Kovalaynen | Lotus | Coswort | + 1 dövrə |
| 17 | L.di Qrassi | Virgin | Cosworth | + 1 dövrə |
| 18 | T.Qlok | Virgin | Cosworth | + 1 dövrə |
| 19 | Y.Trulli | Lotus | Cosworth | + 1 dövrə |
| 20 | S.Yamamoto | Hispania | Cosworth | + 2 dövrə |
| - | F.Alonso | Ferrari | Ferrari | - |
| - | C.Batton | McLaren | Mercedes | - |
| - | B.Senna | Hispania | Cosworth | - |
| - | R.Barrikello | Williams | Cosworth | > |
Sürətli dövrə: Lyuis Həmilton (McLaren) - 1:49.069 (32-ci dövrə).
Qeyd: Xayme Algersuari yekun nəticəsinə 20 saniyə əlavə edilməklə cərimə olunub.
Turnir cədvəli:
| Yer | Pilot | Komanda | Motor | Xal |
| 01 | L.Həmilton | McLaren | Mercede | 182 |
| 02 | M.Uebber | Red Bull | Renault | 179 |
| 03 | S.Fettel | Red Bull | Renault | 151 |
| 04 | C.Batton | McLaren | Mercedes | 147 |
| 05 | F.Alonso | Ferrari | Ferrari | 141 |
| 06 | F.Massa | Ferrari | Ferrari | 109 |
| 07 | R.Kubitsa | Renault | Renaul | 104 |
| 08 | N.Rosberq | Mercedes GP | Mercedes | 102 |
| 09 | A.Sutil | Force İndia | Mercedes | 45 |
| 10 | M.Şumaher | Mercedes GP | Mercedes | 44 |
| 11 | R.Barrikello | Williams | Cosworth | 30 |
| 12 | K.Kobayaşi | BMW Sauber | Ferrari | 21 |
| 13 | V.Petrov | Renault | Renault | 19 |
| 14 | V.Liutsi | Force İndia | Mercedes | 13 |
| 15 | N.Hülkenberq | Williams | Coswort | 10 |
| 16 | S.Buemi | Toro Rosso | Ferrari | 7 |
| 17 | P.de la Rosa | BMW Sauber | Ferrari | 6 |
| 18 | X.Algersuari | Toro Rosso | Ferrari | 3 |
| 19 | H.Kovalaynen | Lotus | Coswort | 0 |
| 20 | K.Çandhok | Hispania | Cosworth | 0 |
| 21 | L.di Qrassi | Virgin | Cosworth | 0 |
| 22 | Y.Trulli | Lotus | Cosworth | 0 |
| 23 | B.Senna | Hispania | Cosworth | 0 |
| 24 | T.Qlok | Virgin | Cosworth | 0 |
| 25 | S.Yamamoto | Hispania | Cosworth | 0 |
Mühəndislər Kuboku:
| Yer | Komanda | Motor | Xal |
| 01 | Red Bull | Renault | 330 |
| 02 | McLaren | Mercedes | 329 |
| 03 | Ferrari | Ferrari | 250 |
| 04 | Mercedes GP | Mercedes | 146 |
| 05 | Renault | Renault | 123 |
| 06 | Force İndia | Mercedes | 58 |
| 07 | Williams | Cosworth | 40 |
| 08 | Sauber | Ferrari | 27 |
| 09 | Toro Rosso | Ferrari | 10 |
| 10 | Lotus | Cosworth | 0 |
| 11 | Hispania | Cosworth | 0 |
| 12 | Virgin | Cosworth | 0 |

Yüklənir...
2010-13: BELÇİKA QP bölümünün digər xəbərləri: