Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Sıralanma turu

Sayta qoyulub: 17:05 28.08.2010 (239 dəfə oxunub)
Hərf ölçüsü:

Sıralanma turu

Quru, kiçik yağış. Buludlu. Havanın temperaturu +16° C, trasın temperaturu +23° C

Spa bir daha sübut edib ki, burada havanı qabaqcadan söyləmək mümkün deyil. Üç sərbəst yürüş sessiyasında sürücülər Bridgestone şirkətinin Belçikaya gətirdiyi bütün təkər tərkiblərindən istifadə ediblər. Sıralanma turundan əvvəl göyün üzü təmizlənib, günəş görünüb, amma trasın müəyyən sahələri nəm qalıb, xüsusən də porebriklər.

Sessiya başlayan kimi sürücülər qatar kimi düzülərək trasa tələsiblər. Bir neçə dəqiqədən sonra Vitaliy Petrov doqquzuncu döngədə porebrikin üzərində Renault-sunu saxlaya bilməyib, maşın trasda fıralanaraq qoruyucu baryerlərə çırpılıb, sessiya qayandırılıb, maşın evakuasiya olunub.

Avtodromun üzərinə gələn qara buludları görən sürücülər trasa tələsiblər, trasa düşən ilk yağış damçıları on dördüncü döngədə təhlükəli vəziyyət yaradıb - yavaş maşınları keçməyə çalışan sürücülər trasdan çıxıblar, amma ciddi insident olmayıb. Asfalt tam islansa da, yağış başladığı kimi tez də kəsib.

Keçid təkərlərlə trasa qayıdan sürücülər ikinci həmləyə sliklərlə çıxıblar, bunu birincilərdən edən Sauber sürücüləri Kobayaşi və de la Rosa sürüşərək trasdan çıxıblar və mübarizəni dayandırıblar.

Birinci sessiyada protokollara Niko Rosberq başçılıq edib, Sauber və Hispaniya komandalarının sürücüləri ilə birlikdə Trulli, di Qrassi və Petrov mübarizədən kənar qalıblar. İkinci sessiyada isə Lyuis Həmilton ən sürətli olub, mübarizəni isə Mercedes GP və Toro Rosso sürücüləri ilə birlikdə Liutsi, Kovalaynen və Qlok qayandırıblar.

Son sessiyada sürücülər birinci cəhdlərini etdikdən sonra kiçik yağış başlayıb, amma trasın çox hissəsi quru qaldığı üçün McLaren sürücüləri nəticələrini yaxşılaşdıra biliblər. Mark Uebber isə karyerasında altıncı, mövsümdə beşinci poulunu qazanıb - Red Bull mövsümün 13-cü yarışında 12-ci poulu qazanıb.

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01M.UebberRed BullRenault081:57.352041:47.2531:45.778-
02L.HəmiltonMcLarenMercedes061:56.706011:46.2111:45.863+ 0.085
03R.KubitsaRenaultRenault041:56.041061:47.3201:46.100+ 0.322
04S.FettelRed BullRenault111:58.710031:46.1271:46.127+ 0.349
05C.BattonMcLarenMercedes091:57.981021:46.7901:46.206+ 0.428
06F.MassaFerrariFerrari101:58.323071:47.3221:46.314+ 0.536
07R.BarrikelloWilliamsCosworth031:55.757091:47.7971:46.602+ 0.824
08A.SutilForce İndiaMercedes121:58.730051:47.2921:46.659+ 0.881
09N.HülkenberqWilliamsCosworth021:55.442101:47.8211:47.053+ 1.275
10F.AlonsoFerrariFerrari071:57.023081:47.5441:47.441+ 1.663
11M.ŞumaherMercedes GPMercedes051:56.313111:47.874--
12N.RosberqMercedes GPMercedes011:54.826121:47.885--
13X.AlgersuariToro RossoFerrari131:58.944131:48.267--
14V.LiutsiForce İndiaMercedes152:01.102141:48.680--
15S.BuemiToro RossoFerrari142:00.386151:49.209--
16H.KovalaynenLotusCosworth172:01.343161:50.980--
17T.QlokVirginCosworth162:01.316171:52.049--
18Y.TrulliLotusCosworth182:01.491----
19K.KobayaşiBMW SauberFerrari192:02.284----
20B.SennaHispaniaCosworth202:03.612----
21S.YamamotoHispaniaCosworth212:03.941----
22P.de la RosaBMW SauberFerrari222:05.294----
23L.di QrassiVirginCosworth232:18.754----
24V.PetrovRenaultRenault24-----

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829