1-ci sərbəst yürüşlər
Sayta qoyulub: 13:35 27.08.2010 (156 dəfə oxunub)
Yağış. Buludlu. Havanın temperatur +18° C, trasın temparaturu +17° C
Gecə və səhər Spaya yağış yağıb, göyün üzünü buludlar tutub, sessiyadan əvvəl vəziyyət yaxşılaşsa da, tezliklə yağış yenidən başlayıb. Drenaj sisteminin effektliyinə baxmayaraq, trasın bəzi sahələrində gölməçələr əmələ gəlib və sürücülər sessiyanı yağış təkərlərlə keçiriblər.
Hava şəraitinin pis olmasına baxmayaraq, komandalar tətil zamanı hazırladıqları yeniliklərin testlərinə başlayıblar - Renault yeni hava kanalını, Force İndia, McLaren və Ferrari yeni diffuzorunu yoxlayıblar, amma yağış bu işi çox çətinləşdirib.
Rubens Barrikello üçün 300-cü yubiley Qran Prisi texniki problemlərlə başlayıb, mexaniklər braziliyalı veteranı yalnız son dəqiqələrdə trasa qaytara biliblər. Sebastyen Buemi də ötürmələr qutusu ilə problemlər yaşayıb.
Sürüşkən asfaltda trasdan çıxanların sayı çox olub, amma ciddi insident baş verməyib. Protokollara isə Fernando Alonso başçılıq edib.
Nəticələr belə olub:
Hərf ölçüsü:

| Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
| 01 | F.Alonso | Ferrari | Ferrari | 2:00.797 | - | 17 |
| 02 | L.Həmilton | McLaren | Mercedes | 2:01.567 | + 0.770 | 7 |
| 03 | R.Kubitsa | Renault | Renault | 2:02.081 | + 1.284 | 14 |
| 04 | S.Fettel | Red Bull | Renault | 2:02.450 | + 1.653 | 11 |
| 05 | A.Sutil | Force İndia | Mercedes | 2:02.646 | + 1.849 | 14 |
| 06 | C.Batton | McLaren | Mercedes | 2:02.913 | + 2.116 | 6 |
| 07 | M.Uebber | Red Bull | Renault | 2:02.926 | + 2.129 | 11 |
| 08 | K.Kobayaşi | BMW Sauber | Ferrari | 2:03.401 | + 2.604 | 17 |
| 09 | R.Barrikello | Williams | Cosworth | 2:03.424 | + 2.627 | 7 |
| 10 | M.Şumaher | Mercedes GP | Mercedes | 2:03.489 | + 2.692 | 9 |
| 11 | F.Massa | Ferrari | Ferrari | 2:03.601 | + 2.804 | 17 |
| 12 | N.Hülkenberq | Williams | Cosworth | 2:03.649 | + 2.852 | 17 |
| 13 | N.Rosberq | Mercedes GP | Mercedes | 2:03.654 | + 2.857 | 6 |
| 14 | P.de la Rosa | BMW Sauber | Ferrari | 2:03.851 | + 3.054 | 17 |
| 15 | V.Liutsi | Force İndia | Mercedes | 2:04.145 | + 3.348 | 11 |
| 16 | X.Algersuari | Toro Rosso | Ferrari | 2:04.250 | + 3.453 | 16 |
| 17 | V.Petrov | Renault | Renault | 2:04.690 | + 3.893 | 14 |
| 18 | S.Buemi | Toro Rosso | Ferrari | 2:05.680 | + 4.883 | 6 |
| 19 | T.Qlok | Virgin | Cosworth | 2:05.697 | + 4.900 | 18 |
| 20 | L.di Qrassi | Virgin | Cosworth | 2:06.695 | + 5.898 | 14 |
| 21 | Y.Trulli | Lotus | Cosworth | 2:07.189 | + 6.392 | 15 |
| 22 | B.Senna | Hispania | Cosworth | 2:07.737 | + 6.940 | 13 |
| 23 | H.Kovalaynen | Lotus | Cosworth | 2:07.955 | + 7.158 | 15 |
| 24 | S.Yamamoto | Hispania | Cosworth | 2:10.507 | + 9.710 | 18 |

Yüklənir...
2010-13: BELÇİKA QP bölümünün digər xəbərləri: