Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Yarış

Sayta qoyulub: 18:58 01.08.2010 (234 dəfə oxunub)
Hərf ölçüsü:

Yarış

Quru. Günəşli. Havanın temperaturu +28° C, trasın temperaturu +45° C

Macarıstan yarışından sonra çempionat yay tətilinə çıxır, ona görə də hamı Hunqarorinqdə maksimum nəticə göstərməyə çalışır ki, məzuniyyətə yaxşı əhval-ruhiyə ilə yollansın.

Startda Fettel poulun üstünlüyünü saxlaya bilib və birinci döngəyə lider girib, üçüncü yerdən start almış Alonso Uebberi qabaqlayıb, Petrov iki yer qazansa da, tezliklə Həmiltonu irəli buraxıb. İkinci dövrədə isə Algersuarinin maşınında motor imtina edib.

Onuncu dövrəyə kimi vəziyyət stabilləşib, Fettel hər dövrə Fernandodan bir saniyə uzaqlaşıb, hamı ilk pit-stopları gözləyib.

On beşinci dövrədə Batton boksa baş çəkib, Vitantonio Liutsi ön antiqanadını itirib və trasa Təhlükəsizlik Maşını (TM) çıxıb. Sürücülərin əksəriyyət boksa yönəlib, Sutil və Kubitsa pit-leyndə toqquşub, amma polşalı sürücü kiçik təmirdən sonra trasa qayıda bilib. Rosberq isə pitdən çıxarkən arxa təkərini itirib, təkər mexaniklərdən birini yaralayıb, sürücü isə mübarizəni dayandırıb.

Uebber pitə girməyib və peletona başçılıq edib, Barrikello və Trulli də trasda qalıblar. TM trası tərk etdikdən sonra Mark yumşaq təkərlərlə hücuma keçib və sıralanma turu rejimində yüksək nəticələr göstərməyə davam edib.

23-cü dövrədə yarışın stüardları Kubitsaya pit-leyndən keçməklə 10 saniyəlik stop&go cəriməsi elan ediblər, cəriməsini keçdikdən sonra liderdən 2 dövrə geri qalan polşalı sürücü yarışı dayandırıb. Həmilton isə ötürmələr qutusundakı problemlər üzündən mübarizəni dayandırıb. Stüardlar isə Fettelə də pit-leyndən keçməklə cərimə elan ediblər - alman sürücü restart zamanı Markdan çox geri qalıb. Fettel trasa Alonsonun arxasında, Massanın önündə qayıdıb.

Uebber bir-birinin ardınca sürətli dövrələr göstərməklə 42-ci dövrədə Alonso ilə fərqi 24 saniyəyə çatdırıb və növbəti dövrədə rahat pitə yönəlib - Mark yarışın yarıdan çoxunu yumşaq təkərlərlə keçirib. Bərk təkərlərlə trasa Alonsonun düz önündə dönən avstraliyalı sürücü sürətli dövrələrə imza atmaqla tezliklə fərqi yenidən 20 saniyəyə çatdırıb. Arxada isə Fettel Alonso ilə mübarizəyə girişib.

Bərk təkərlərlə start almış Rubens 55-ci dövrədə pit-stop keçirib və beşinci yerdən 11-ci yerə düşüb. Amma yumşaq təkərləri tezliklə qızdıran braziliyalı veteran sürücü keçmiş komanda yoldaşı Mixael Şumaherlə onuncu yer uğrunda gərgin mübarizəyə girişib. Çoxsaylı həmlələrdən sonra nəhayət yeddiqat dünya çempionunu start-finiş düzlüyündə keçib, amma alman sürücü bu zaman Rubensi pit-divarına sıxmaqla qaydaları pozub və bu insident stüardlar tərəfindən araşdırılacaq.

Mark Uebber karyerasında altıncı, mövsümdə isə dördüncü qələbəsini qazanıb, avstraliyalı sürücü yenidən çempionatın liderinə çevrilib. Fernando Alonso finişi ikinci, Sebastyan Fettel isə üçüncü keçib. Mühəndislər Kubokunda da Red Bull liderliyi ələ keçirib.

Qarşıda böyük yay tətili gəlir, Spaya qədər 4 həftə vaxt var, amma payızda bizi maraqlı yarışlar gözləyir!

YerPilotKomandaMotorVaxt
01M.UebberRed BullRenault1:41:05.571
02F.AlonsoFerrariFerrari+ 0:17.821
03S.FettelRed BullRenault+ 0:19.252
04F.MassaFerrariFerrari+ 0:27.474
05V.PetrovRenaultRenault+ 1:13.100
06N.HülkenberqWilliamsCoswort+ 1:16.700
07P.de la RosaBMW SauberFerrari+ 1 dövrə
08C.BattonMcLarenMercedes+ 1 dövrə
09K.KobayaşiBMW SauberFerrari+ 1 dövrə
10R.BarrikelloWilliamsCosworth+ 1 dövrə
11M.ŞumaherMercedes GPMercedes+ 1 dövrə
12S.BuemiToro RossoFerrari+ 1 dövrə
13V.LiutsiForce İndiaMercedes+ 1 dövrə
14H.KovalaynenLotusCoswort+ 3 dövrə
15Y.TrulliLotusCosworth+ 3 dövrə
16T.QlokVirginCosworth+ 3 dövrə
17B.SennaHispaniaCosworth+ 3 dövrə
18L.di QrassiVirginCosworth+ 4 dövrə
19S.YamamotoHispaniaCosworth+ 4 dövrə
-L.HəmiltonMcLarenMercede-
-R.KubitsaRenaultRenaul-
-N.RosberqMercedes GPMercedes-
-A.SutilForce İndiaMercedes-
-X.AlgersuariToro RossoFerrari-

Sürətli dövrə: Sebastyan Fettel (Red Bull) - 1:22.362 (70-ci dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01M.UebberRed BullRenault161
02L.HəmiltonMcLarenMercede157
03S.FettelRed BullRenault151
04C.BattonMcLarenMercedes147
05F.AlonsoFerrariFerrari141
06F.MassaFerrariFerrari97
07N.RosberqMercedes GPMercedes94
08R.KubitsaRenaultRenaul89
09M.ŞumaherMercedes GPMercedes38
10A.SutilForce İndiaMercedes35
11R.BarrikelloWilliamsCosworth30
12V.PetrovRenaultRenault17
13K.KobayaşiBMW SauberFerrari17
14V.LiutsiForce İndiaMercedes12
15N.HülkenberqWilliamsCoswort10
16S.BuemiToro RossoFerrari7
17P.de la RosaBMW SauberFerrari6
18X.AlgersuariToro RossoFerrari3
19H.KovalaynenLotusCoswort0
20K.ÇandhokHispaniaCosworth0
21L.di QrassiVirginCosworth0
22Y.TrulliLotusCosworth0
23B.SennaHispaniaCosworth0
24T.QlokVirginCosworth0
25S.YamamotoHispaniaCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault312
02McLarenMercedes304
03FerrariFerrari238
04Mercedes GPMercedes132
05RenaultRenault106
06Force İndiaMercedes47
07WilliamsCosworth40
08SauberFerrari23
09Toro RossoFerrari10
10LotusCosworth0
11HispaniaCosworth0
12VirginCosworth0

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829