Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Yarış

Sayta qoyulub: 17:38 25.07.2010 (221 dəfə oxunub)
Hərf ölçüsü:

Yarış

Quru. Buludlu. Havanın temperaturu +23° C, trasın temperaturu +35° C

Almaniya Qran Prisinin start düzümü maraqlı yarış vəd edirdi, Red Bull sürücülərini bir-birindən Ferrari sürücüləri ayırırdılar, McLaren sürücüləri isə üçüncü cərgədən yarışa qatılacaqdılar. Mövsümün bir çox yarışlarında Red Bull sıralanma turunda qazandığı üstünlüyü yarışda əldən verib, ona görə də start maraqla gözlənilirdi.

Startda isə hər iki Ferrari sürücüsü Fetteli qabaqlayıb - Massa liderliyi ələ alıb, Həmilton isə Batton və Uebberi keçib, Toro Rosso və Force İndia sürücüləri isə tam heyətlə boksa yönəliblər. Növbəti dövrələrdə vəziyyət stabilləşib və hamı ilk pit-stopları gözləyib.

Artıq 13-cü dövrədə Fettel təkərlərini dəyişib, növbəti dövrədə Alonso və Uebber, 15-ci dövrədə Massa, Həmilton, Şumaher, Barrikello və Kobayaşi pitə müraciət ediblər. Bəzi sürücülər SuperSoft təkərlərlə tempi itirmədən daha böyük məsafə qət ediblər. Batton 23-cü dövrədə pit-stop keçirməklə Uebberi qabaqlayıb və düz komanda yoldaşının arxasına düşüb. Növbəti dövrədə pit-stop keçirən Petrov isə Kobayaşi və Barrikellonu qabaqlayıb.

Niko Hülkenberq yalnız 35-ci dövrədə yumşaq təkərlərini bərk təkərlərə dəyişib. Daha bir dövrə sonra isə Pedro de la Rosa bərk təkərləri yumşaq təkərlərlə əvəzləyib.

Ferrari sürücüləri bir-birinin ardınca sürətli dövrələr göstəriblər, Alonso Massanın tam arxasında yarışı davam etdirib, amma 48-ci dövrədə Felipe qulaqlarında komandanın əmrini eşidib və növbəti dövrədə Alonsonu irəli buraxıb.

60-cı dövrədə isə Pedro Kovalaynenin maşınına toxunub və ön antiqanadını dağıdıb, Pedro yeni antiqanadla yarışı davam etdirib, Heykki isə yarışı dayandırıb.

Fernando Alonso mövsümdə ikinci, karyerasında isə 23-cü qələbəsini qazanıb, Felipe Massa qırmızı Skuderiyaya mövsümün ikinci dublunu qazandırıb. Çempionatda mübarizə bir az da gərginləşib...

YerPilotKomandaMotorVaxt
01F.AlonsoFerrariFerrari1:27:38.864
02F.MassaFerrariFerrari+ 0:04.196
03S.FettelRed BullRenault+ 0:05.121
04L.HəmiltonMcLarenMercede+ 0:26.896
05C.BattonMcLarenMercedes+ 0:29.482
06M.UebberRed BullRenault+ 0:43.606
07R.KubitsaRenaultRenaul+ 1 dövrə
08N.RosberqMercedes GPMercedes+ 1 dövrə
09M.ŞumaherMercedes GPMercedes+ 1 dövrə
10V.PetrovRenaultRenault+ 1 dövrə
11K.KobayaşiBMW SauberFerrari+ 1 dövrə
12R.BarrikelloWilliamsCosworth+ 1 dövrə
13N.HülkenberqWilliamsCoswort+ 1 dövrə
14P.de la RosaBMW SauberFerrari+ 1 dövrə
15X.AlgersuariToro RossoFerrari+ 1 dövrə
16V.LiutsiForce İndiaMercedes+ 2 dövrə
17A.SutilForce İndiaMercedes+ 2 dövrə
18T.QlokVirginCosworth+ 3 dövrə
19B.SennaHispaniaCosworth+ 4 dövrə
-H.KovalaynenLotusCoswort-
-L.di QrassiVirginCosworth-
-S.YamamotoHispaniaCosworth-
-Y.TrulliLotusCosworth-
-S.BuemiToro RossoFerrari-

Sürətli dövrə: Sebastyan Fettel (Red Bull) - 1:15.824 (67-ci dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01L.HəmiltonMcLarenMercede157
02C.BattonMcLarenMercedes143
03M.UebberRed BullRenault136
04S.FettelRed BullRenault136
05F.AlonsoFerrariFerrari123
06N.RosberqMercedes GPMercedes94
07R.KubitsaRenaultRenaul89
08F.MassaFerrariFerrari85
09M.ŞumaherMercedes GPMercedes38
10A.SutilForce İndiaMercedes35
11R.BarrikelloWilliamsCosworth29
12K.KobayaşiBMW SauberFerrari15
13V.LiutsiForce İndiaMercedes12
14V.PetrovRenaultRenault7
15S.BuemiToro RossoFerrari7
16X.AlgersuariToro RossoFerrari3
17N.HülkenberqWilliamsCoswort2
18P.de la RosaBMW SauberFerrari0
19H.KovalaynenLotusCoswort0
20K.ÇandhokHispaniaCosworth0
21L.di QrassiVirginCosworth0
22Y.TrulliLotusCosworth0
23B.SennaHispaniaCosworth0
24T.QlokVirginCosworth0
25S.YamamotoHispaniaCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01McLarenMercedes300
02Red BullRenault272
03FerrariFerrari208
04Mercedes GPMercedes132
05RenaultRenault96
06Force İndiaMercedes47
07WilliamsCosworth31
08SauberFerrari15
09Toro RossoFerrari10
10LotusCosworth0
11HispaniaCosworth0
12VirginCosworth0

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829