Yarış
Sayta qoyulub: 17:48 11.07.2010 (239 dəfə oxunub)
Quru. Günəşli. Havanın temperaturu +22° C, trasın temperaturu +40° C
Birinci döngədə Mark Uebber pouldan start almış komanda yoldaşı Sebastyan Fetteli qabaqlayıb, əks-hücuma atılan alman sürücünün maşınında Lyuis Həmiltonla mübarizə zamanı arxa sağ təkəri deşilib və Maggots döngəsində trasdan çıxıb. Üçüncü yerdən start almış Fernando Alonso da bir neçə mövqe itirib, hətta onu qabaqlamış komanda yoldaşı Felipe Massaya hücum zamanı braziliyalı sürücünün maşınında arxa sağ təkəri partladıb - Fettel və Massa pitə təkər dəyişməyə yollanıblar.
Uebber və Həmilton sürətlə peletondan uzaqlaşmağa başlayıblar, artıq onuncu dövrədə avstraliyalı sürücü Lyuisi 3.0 saniyə, Robert Kubitsanı isə 14.0 saniyə qabaqlayıb. Onuncu dövrədə Lukas di Qrassi maşını boksda saxlamalı olub, iki dövrə sonra isə planlı pit-stoplar başlayıb - yumşaq təkərləri bərk təkərlərə birinci Mixael Şumaher dəyişib. 13-cü dövrədə mexaniklər Alonsonu, Barrikellonu və Kobayaşini, 14-cü dövrədə Kubitsa və de la Rosanı, 16-cıda Rosberqi, Sutili, Petrovu və Həmiltonu qəbul ediblər. 17-ci dövrədə pitə müraciət edən Uebber trasa lider olaraq qayıdıb.
Pitdən sonra Rosberq Kubitsanı qabaqlasa da, Alonso polşalı sürücünün arxasında qalıb və on səkkizinci dövrədə döngəni kəsməklə rəqibini qabaqlayıb. Bu manevrdən iki dövrə sonra Robert boksda yarışı dayandırıb. İyirmi ikinci dövrədə isə Batton təkər dəyişimi edib.
İyirmi altıncı dövrədə stüardlar Alonsoya pit-leyndən keçməklə cərimə elan ediblər, elə bu dövrədə Sutil və de la Rosa yüngül toqquşma yaşayıblar, nəticədə ispaniyalı sürücünün maşınında arxa antiqanad dağılıb və trası qırıntılarla doldurub. Bir dövrədən sonra trasa Təhlükəsizlik Maşını (TM) çıxıb.
Otuzuncu dövrədə TM trası tərk etdikdən sonra Alonso cəriməsini çəkib və trasa sonuncu qayıdıb. TM-in arxasında peleton toplaşdığı üçün Fettel hücuma keçib və bir-birinin ardınca Buemini, Massanı, Algersuarini və Petrovu keçərək ilk onluğa daxil olub. Qırxıncı dövrədə Massa, bir dövrə sonra isə Petrov pit-stop keçiriblər. 46-cı dövrədə isə Algersuari trasdan çıxaraq mübarizəni dayandırıb.
Fettel Hülkenberqi, Şumaheri keçərək Sutillə uzunmüddətli mübarizəyə girişib. Finişə iki dövrə qalmış Alonso boksa baş çəkib, sonuncu dövrədə isə Fettel Sutili də keçib və yeddinciliyə yüksəlib. Alonso son dövrədə yeni təkərlərlə sürətli dövrəyə imza atıb.
Mark Uebber yarışda inamlı qələbə qazanıb, bu Markın karyerasında beşinci, mövsümdə isə üçüncü qələbəsidir. Lyuis Həmilton ikinci, Niko Rosberq isə üçüncü yeri tutub...
Hərf ölçüsü:

| Yer | Pilot | Komanda | Motor | Vaxt |
| 01 | M.Uebber | Red Bull | Renault | 1:24:38.200 |
| 02 | L.Həmilton | McLaren | Mercede | + 0:01.360 |
| 03 | N.Rosberq | Mercedes GP | Mercedes | + 0:21.307 |
| 04 | C.Batton | McLaren | Mercedes | + 0:21.986 |
| 05 | R.Barrikello | Williams | Cosworth | + 0:31.456 |
| 06 | K.Kobayaşi | BMW Sauber | Ferrari | + 0:32.171 |
| 07 | S.Fettel | Red Bull | Renault | + 0:36.734 |
| 08 | A.Sutil | Force İndia | Mercedes | + 0:40.932 |
| 09 | M.Şumaher | Mercedes GP | Mercedes | + 0:41.599 |
| 10 | N.Hülkenberq | Williams | Coswort | + 0:42.012 |
| 11 | V.Liutsi | Force İndia | Mercedes | + 0:42.459 |
| 12 | S.Buemi | Toro Rosso | Ferrari | + 0:47.627 |
| 13 | V.Petrov | Renault | Renault | + 0:59.374 |
| 14 | F.Alonso | Ferrari | Ferrari | + 1:02.385 |
| 15 | F.Massa | Ferrari | Ferrari | + 1:07.489 |
| 16 | Y.Trulli | Lotus | Cosworth | + 1 dövrə |
| 17 | H.Kovalaynen | Lotus | Coswort | + 1 dövrə |
| 18 | T.Qlok | Virgin | Cosworth | + 1 dövrə |
| 19 | K.Çandhok | Hispania | Cosworth | + 2 dövrə |
| 20 | B.Senna | Hispania | Cosworth | + 2 dövrə |
| - | X.Algersuari | Toro Rosso | Ferrari | - |
| - | P.de la Rosa | BMW Sauber | Ferrari | - |
| - | R.Kubitsa | Renault | Renaul | - |
| - | L.di Qrassi | Virgin | Cosworth | - |
Sürətli dövrə: Fernando Alonso (Ferrari) - 1:30.874 (52-ci dövrə).
Turnir cədvəli:
| Yer | Pilot | Komanda | Motor | Xal |
| 01 | L.Həmilton | McLaren | Mercede | 145 |
| 02 | C.Batton | McLaren | Mercedes | 133 |
| 03 | M.Uebber | Red Bull | Renault | 128 |
| 04 | S.Fettel | Red Bull | Renault | 121 |
| 05 | F.Alonso | Ferrari | Ferrari | 98 |
| 06 | N.Rosberq | Mercedes GP | Mercedes | 90 |
| 07 | R.Kubitsa | Renault | Renaul | 83 |
| 08 | F.Massa | Ferrari | Ferrari | 67 |
| 09 | M.Şumaher | Mercedes GP | Mercedes | 36 |
| 10 | A.Sutil | Force İndia | Mercedes | 35 |
| 11 | R.Barrikello | Williams | Cosworth | 29 |
| 13 | K.Kobayaşi | BMW Sauber | Ferrari | 15 |
| 14 | V.Liutsi | Force İndia | Mercedes | 12 |
| 15 | S.Buemi | Toro Rosso | Ferrari | 7 |
| 15 | V.Petrov | Renault | Renault | 6 |
| 16 | X.Algersuari | Toro Rosso | Ferrari | 3 |
| 17 | N.Hülkenberq | Williams | Coswort | 2 |
| 18 | P.de la Rosa | BMW Sauber | Ferrari | 0 |
| 19 | H.Kovalaynen | Lotus | Coswort | 0 |
| 20 | K.Çandhok | Hispania | Cosworth | 0 |
| 21 | L.di Qrassi | Virgin | Cosworth | 0 |
| 22 | Y.Trulli | Lotus | Cosworth | 0 |
| 23 | B.Senna | Hispania | Cosworth | 0 |
| 24 | T.Qlok | Virgin | Cosworth | 0 |
| 25 | S.Yamamoto | Hispania | Cosworth | 0 |
Mühəndislər Kuboku:
| Yer | Komanda | Motor | Xal |
| 01 | McLaren | Mercedes | 278 |
| 02 | Red Bull | Renault | 249 |
| 03 | Ferrari | Ferrari | 165 |
| 04 | Mercedes GP | Mercedes | 126 |
| 05 | Renault | Renault | 89 |
| 06 | Force İndia | Mercedes | 47 |
| 07 | Williams | Cosworth | 31 |
| 08 | Sauber | Ferrari | 15 |
| 09 | Toro Rosso | Ferrari | 10 |
| 10 | Lotus | Cosworth | 0 |
| 11 | Hispania | Cosworth | 0 |
| 12 | Virgin | Cosworth | 0 |

Yüklənir...
2010-10: B.BRİTANİYA QP bölümünün digər xəbərləri: