Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Sıralanma turu

Sayta qoyulub: 17:07 10.07.2010 (228 dəfə oxunub)
Hərf ölçüsü:

Sıralanma turu

Quru. Buludlu. Havanın temperaturu +25° C, trasın temperaturu +35° C

Sıralanma turundan əvvəl Silverstounda buludlar səmanı örtüblər, külək güclənib, uzaqlarda isə yağış dolu buludlar görünüb, amma proqnoz yağış vəd etməyib və bu dəfə özünü doğruldub.

Birinci sessiyada, gözlənildiyi kimi, yeni komandaların sürücüləri ilə birlikdə Xayme Algersuari mübarizəni dayandırıb. Yeni komandaların çempionatında yenə də Heykki Kovalaynen qalib gəlib. Protokollara isə Red Bull sürücüsü Sebastyan Fettel başçılıq edib. İkinci sessiyada Force İndia sürücüləri ilə birlikdə Sebastyen Buemi, Vitaliy Petrov, Censon Batton, Niko Hülkenberq və Kamui Kobayaşi mübarizəni dayandırıblar. Protokollara isə Red Bull-un digər sürücüsü Mark Uebber başçılıq edib.

Son sessiyada Sebastyan Fettel rəqiblərinə heç bir şans verməyərək karyerasında onuncu və mövsümdə beşinci poulunu qazanıb. Onun komanda yoldaşı Mark Uebber ikinci nəticə göstərib - Red Bull yenə də ilk cərgəni tam zəbt edib, ikinci cərgədən isə sabah barışmaz rəqiblər - Fernando Alonso və Lyuis Həmilton start alacaqlar...

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01S.FettelRed BullRenault011:30.841021:30.4801:29.615-
02M.UebberRed BullRenault021:30.858011:30.1141:29.758+ 0.143
03F.AlonsoFerrariFerrari031:30.997031:30.7001:30.426+ 0.811
04L.HəmiltonMcLarenMercedes051:31.297071:31.1181:30.556+ 0.941
05N.RosberqMercedes GPMercedes101:31.626061:31.0851:30.625+ 1.010
06R.KubitsaRenaultRenault121:31.680101:31.3441:31.040+ 1.425
07F.MassaFerrariFerrari061:31.313041:31.0101:31.172+ 1.557
08R.BarrikelloWilliamsCosworth071:31.424081:31.1261:31.175+ 1.560
09P.de la RosaBMW SauberFerrari091:31.533091:31.3271:31.274+ 1.659
10M.ŞumaherMercedes GPMercedes151:32.058051:31.0221:31.430+ 1.815
11A.SutilForce İndiaMercedes041:31.109111:31.399--
12K.KobayaşiBMW SauberFerrari131:31.851121:31.421--
13N.HülkenberqWilliamsCosworth161:32.144131:31.635--
14C.BattonMcLarenMercedes081:31.435141:31.699--
15V.LiutsiForce İndiaMercedes171:32.226151:31.708--
16V.PetrovRenaultRenault111:31.638161:31.796--
17S.BuemiToro RossoFerrari141:31.901171:32.012--
18X.AlgersuariToro RossoFerrari181:32.430----
19H.KovalaynenLotusCosworth191:34.405----
20T.QlokVirginCosworth201:34.775----
21Y.TrulliLotusCosworth211:34.864----
22L.di QrassiVirginCosworth221:35.212----
23K.ÇandhokHispaniaCosworth231:36.576----
24S.YamamotoHispaniaCosworth241:36.968----

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829