Tras
Sayta qoyulub: 09:03 08.07.2010 (191 dəfə oxunub)
Silverstounda aerodrom ikinci dünya müharibəsi illərində tikilmişdi və Amerika-Britaniya HHQ-nin bazası kimi istifadə olunurdu. Müharibədən sonra uçuş zolaqları pilotların tədrisi üçün istifadə olunurdu, daha sonra hərbçilər aerodromu birdəfəlik tərk etdilər və Silverstouna sürücülər gəldilər - əvvəlcə qeyri-rəsmi (deyilənlərə görə yerli avtohəvəskarların ilk qeyri-rəsmi yarışı maşının qoyunla toqquşmasına görə yarımçıq saxlanılıbmış).
1948-ci ildə Kral Avtomobil Klubu (RAC) milli Qran Pri keçirilməsi üçün yer axtarmağa başladı, Doninqton Park hərbçilərlə dolu idi, Bruklənddə mülki aviasyia yerləşmişdi, Silverstounun daxili yolları ən ucuz və praktiki olaraq istifadəyə hazır variant oldu - RAC tezliklə icarə məsələsini həll etdi və 3.7-millik qum saatı formasında trasa sahib oldu.
1950-ci ildə Silverstoun Formula1-in ilk milli mərhələsini qəbul etdi, Kral VI Georq və minlərlə azarkeşin izlədiyi yarışı Nino Farina qazandı. Bir ildən sonra RAC trasın idarə olunması hüququnu Britaniya Sürücülər Klubuna (BRDC) verdi və 1954-cü ilə kimi yarışlar burada keçirilirdi. Silverstoun 1955-1963-cü illərdə yarışları Əyntri ilə, 1964-1986-cı illərdə isə Brənds Hətçlə növbələyirdi, sonra isə milli mərhələnin yeganə sahibi oldu.
Çempionat rəhbərliyinin Silverstoundan heç xoşu gəlmirdi, müasir Asiya avtodromlarına hər bir komponentdə uduzurdu. Həm də FOM və BRDC arasındakı münaqişə hər iki tərəfin prinsipinə çevrilmişdi. Bu mərhələni hər il çempionatdan kənarlaşdırmaq istəyirdilər, amma son anda tras təqvimə qaytarılırdı. Nəhayət, 2008-ci ildə Doninqtonla 10 illik müqavilə bağlandı və keçən il sonuncu yarış bu tras keçirildi. Amma Doninqton maliyyə problemləri üzündən müqaviləni təsdiq edə bilmədi və çempionat yenidən əfsanəvi trasa qayıtdı - trasla 17 illik müqavilə imzalandı.
Trasın konfiqurasiyası dəyişdirildi - yeni Arena adlandırılan sahə əlavə olduğu üçün trasın uzunluğu 745 metr artdı. Tras təkərləin stabilliyinə və aerodinamikanın effektliyinə çox tələbkardır, bu cəhətdən Barselonaya oxşayır. Hava isə sürpriz ola bilər. Bu çempionatın təqvimində ən sürətli traslardan biridir, dövrədə orta sürət 235 km/saatı keçir. Bir neçə sürətli döngə təkəri həddən artıq yükləyir, asfaltın özəlliyi isə təkərin tez yeyilməsinə səbəb olur, amma trasın temperaturu adətən yüksək olmur.
Son on iki yarışda beş dəfə Ferrari, beş dəfə McLaren pilotları qalib gəliblər, keçən il isə qələbəni pouldan start almış Sebastyan Fettel bayram etmişdi, bu dəfə qələbəyə əsas namizəd Red Bull sürücüləri olacaqlar...
Hərf ölçüsü:

Tarix: 9-11 iyul 2010-cu il
Tras: Silverstoun
Dövrənin uzunluğu: 5901 m
Dövrələrin sayı: 52
Ümumi məsafə: 306.747 km

Yüklənir...
2010-10: B.BRİTANİYA QP bölümünün digər xəbərləri: