Yarış
Sayta qoyulub: 17:57 27.06.2010 (218 dəfə oxunub)
Quru. Günəşli. Havanın temperaturu +27° C, trasın temperaturu +47° C
Startda Fettel poulun üstünlüyünü saxlayıb, Həmilton və Alonso isə zəif start almış Uebberi qabaqlayıblar. Amma birinci dövrənin sonunda Uebber artıq doqquzuncu olub. Petrov da Mercedes GP və Force İndia sürücülərini irəli buraxmaqla 10-cu yerdən 15-ci yerə düşüb.
İkinci dövrədə yarno Trulli boksa baş çəkib, dördüncü dövrədə yenidən boksa müraciət edən italiyalı sürücü kiçik təmirdən sonra trasa qayıdıb.
Səkkizinci dövrədə Uebber və Rosberq yumşaq təkərləri bərk təkərlərə dəyişiblər. Amma iki dövrə sonra Mark 12-ci döngədə arxadan Kovalaynenin Lotus-una çırpılıb - RB6 havaya qalxıb, göydə fırlanıb, başı üstə yerə düşüb, asfaltda bir qədər sürüşdükdən sonra təkərləri üstə fırlanıb və yüksək sürətlə köhnə təkərlərdən qurulmuş qoruyucu baryerlərə çırpılıb. Avstraliyalı sürücü müstəqil maşını tərk edib və tibb maşınında hadisə yerini tərk edib, trasa isə Təhlükəsizlik Maşını çıxıb.
Bütün sürücülər pit-stopa axışıblar, yalnız Kobayaşi və Virgin sürücüləri trasda qalıblar. Bərk təkərlərlə start almış Mixael Şumaher yumşaq təkərlərdə bir dövrə vurduqdan sonra yenidən pitə tələsib və bərk təkərlərə keçib, amma trasa qayıdarkən işıqforun qırmızı siqnalında dayanmalı olub və nəticədə bütün peletonu irəli buraxıb.
On beşinci dövrədə restart elan olunub, Fettel sonuncu döngədə səhvə yol versə də, liderliyini qoruya bilib, arxa cərgələrə düşmüş Alonso Hülkenberqi keçib, üçüncü yerdə gedən Kobayaşinin arxasında isə böyük "qatar" əmələ gəlib.
Beş dövrədən sonra Fettel və Həmilton cütlüyü Kobayaşidən 10 saniyə aralanıblar, daha beş dövrədən sonra isə yarışın stüardları Lyuisə pit-leyndən keçməklə cərimə elan ediblər - britaniyalı sürücü Təhlükəsizlik Maşınını ötüb keçibmiş. Lyuis sürətini artırıb və iki dövrədən sonra cəriməsini ödədikdən sonra yenə də trasa Kamuinin qarşısında qayıdıb, amma artıq Fetteldən 15 saniyə geri düşüb.
Qırxıncı dövrədə liderlər yeni komandaların sürücülərinə arxadan çatıblar, öz aralarında mübarizə aparan Senna və Qlok kiçik təmas yaşayıblar və boksa yollanıblar.
44-cü dövrədə isə elan olunub ki, Batton, Barrikello, Hülkenberq, de la Rosa, Petrov, Sutil, Liutsi, Buemi və Kubitsanı TM-in arxasında sürət rejimini pozduqları üçün stüardlar tərəfindən yarışdan sonra araşdırma gözləyir.
51-ci dövrədə Hülkenberqin maşınında arxa sağ təkər dağılıb. İki dövrə sonra isə Kobayaşi ilk pit-stopuna yönəlib və üçüncü yerdən doqquzuncu yerə düşüb. Yaponiyalı sürücü təzə yumşaq təkərlərlə sondan əvvəlki dövrədə Alonsonu və yarışın sonuncu döngəsində Buemini qabaqlaya bilib.
Sebastyan Fettel isə yarışı qələbə ilə başa vurub, bu onun mövsümdə ikinci, karyerasında isə yeddinci qələbəsidir. Podiumun iki aşağı pilləsini McLaren sürücüləri tutublar, amma nəticələr hələ stüardların iclasından sonra təsdiq olunacaq.
Hərf ölçüsü:

| Yer | Pilot | Komanda | Motor | Vaxt |
| 01 | S.Fettel | Red Bull | Renault | 1:40:29.571 |
| 02 | L.Həmilton | McLaren | Mercede | + 0:05.042 |
| 03 | C.Batton* | McLaren | Mercedes | + 0:12.658 |
| 04 | R.Barrikello* | Williams | Cosworth | + 0:25.627 |
| 05 | R.Kubitsa* | Renault | Renaul | + 0:27.122 |
| 06 | A.Sutil* | Force İndia | Mercedes | + 0:30.168 |
| 07 | K.Kobayaşi | BMW Sauber | Ferrari | + 0:30.965 |
| 08 | F.Alonso | Ferrari | Ferrari | + 0:32.809 |
| 09 | S.Buemi* | Toro Rosso | Ferrari | + 0:36.299 |
| 10 | N.Rosberq | Mercedes GP | Mercedes | + 0:44.382 |
| 11 | F.Massa | Ferrari | Ferrari | + 0:46.621 |
| 12 | P.de la Rosa* | BMW Sauber | Ferrari | + 0:47.414 |
| 13 | X.Algersuari | Toro Rosso | Ferrari | + 0:48.239 |
| 14 | V.Petrov* | Renault | Renault | + 0:48.287 |
| 15 | M.Şumaher | Mercedes GP | Mercedes | + 0:48.826 |
| 16 | V.Liutsi* | Force İndia | Mercedes | + 0:50.890 |
| 17 | L.di Qrassi | Virgin | Cosworth | + 1 dövrə |
| 18 | K.Çandhok | Hispania | Cosworth | + 2 dövrə |
| 19 | T.Qlok* | Virgin | Cosworth | + 2 dövrə |
| 20 | B.Senna | Hispania | Cosworth | + 2 dövrə |
| 21 | Y.Trulli | Lotus | Cosworth | + 4 dövrə |
| - | H.Kovalaynen | Lotus | Coswort | - |
| - | N.Hülkenberq* | Williams | Coswort | - |
| - | M.Uebber | Red Bull | Renault | - |
Sürətli dövrə: Censon Batton (McLaren) - 1:38.766 (54-cü dövrə).
Qeyd: Finişdən sonra Censon Batton, Rubens Barrikello, Robert Kubitsa, Adrian Sutil, Sebastyen Buemi, Pedro de la Rosa, Vitaliy Petrov, Vitantonio Liutsi və Niko Hülkenberq yekun nəticələrinin üzərinə 5 saniyə əlavə edilməklə cərimə olunublar - bu sürücülər Təhlükəsizlik Maşını trasda olarkən sürət limitini aşıblar.
Timo Qlok isə mavi bayraqlara məhəl qoymadığı üçün yekun nəticəsinin üzərinə 20 saniyə əlavə olunmaqla cərimə olunub.
Turnir cədvəli:
| Yer | Pilot | Komanda | Motor | Xal |
| 01 | L.Həmilton | McLaren | Mercede | 127 |
| 02 | C.Batton | McLaren | Mercedes | 121 |
| 03 | S.Fettel | Red Bull | Renault | 115 |
| 04 | M.Uebber | Red Bull | Renault | 103 |
| 05 | F.Alonso | Ferrari | Ferrari | 98 |
| 06 | R.Kubitsa | Renault | Renaul | 83 |
| 07 | N.Rosberq | Mercedes GP | Mercedes | 75 |
| 08 | F.Massa | Ferrari | Ferrari | 67 |
| 09 | M.Şumaher | Mercedes GP | Mercedes | 34 |
| 10 | A.Sutil | Force İndia | Mercedes | 31 |
| 11 | R.Barrikello | Williams | Cosworth | 19 |
| 12 | V.Liutsi | Force İndia | Mercedes | 12 |
| 13 | K.Kobayaşi | BMW Sauber | Ferrari | 7 |
| 14 | S.Buemi | Toro Rosso | Ferrari | 7 |
| 15 | V.Petrov | Renault | Renault | 6 |
| 16 | X.Algersuari | Toro Rosso | Ferrari | 3 |
| 17 | N.Hülkenberq | Williams | Coswort | 1 |
| 18 | P.de la Rosa | BMW Sauber | Ferrari | 0 |
| 19 | H.Kovalaynen | Lotus | Coswort | 0 |
| 20 | K.Çandhok | Hispania | Cosworth | 0 |
| 21 | L.di Qrassi | Virgin | Cosworth | 0 |
| 22 | Y.Trulli | Lotus | Cosworth | 0 |
| 23 | B.Senna | Hispania | Cosworth | 0 |
| 24 | T.Qlok | Virgin | Cosworth | 0 |
Mühəndislər Kuboku:
| Yer | Komanda | Motor | Xal |
| 01 | McLaren | Mercedes | 248 |
| 02 | Red Bull | Renault | 218 |
| 03 | Ferrari | Ferrari | 165 |
| 04 | Mercedes GP | Mercedes | 109 |
| 05 | Renault | Renault | 89 |
| 06 | Force İndia | Mercedes | 43 |
| 07 | Williams | Cosworth | 20 |
| 08 | Toro Rosso | Ferrari | 10 |
| 09 | Sauber | Ferrari | 7 |
| 10 | Lotus | Cosworth | 0 |
| 11 | Hispania | Cosworth | 0 |
| 12 | Virgin | Cosworth | 0 |

Yüklənir...
2010-09: AVROPA QP bölümünün digər xəbərləri: