Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

N.Rosberq: "Bu bizim maksimumdur"

Sayta qoyulub: 23:53 13.06.2010 (363 dəfə oxunub)
Hərf ölçüsü:

N.Rosberq: "Bu bizim maksimumdur"

Hadisələrlə zəngin olan Kanada Qran Prisini Niko Rosberq altıncı yerdə başa vurub, uğursuz starta baxmayaraq yarışın gedişində alman sürücü dörd mövqe qazanıb...

Niko Rosberq: "Çox güman ki, 6-cı yer bu gün bizim qazana biləcəyimiz maksimumdur, ona görə də mən tam razıyam.

Uik-end çətin keçdi, çünki təkərlərlə problem üzündən dünən sıralanma turunu yaxşı keçirə bilmədik. Yarışın birinci dövrəsində isə bəxtim gətirmədi, qarşımda yaranmış xaosda bir çox yer itirdim.

Amma sonra hücuma keçdim, bir neçə ötmə etdim - yarışda sürətimiz yaxşı idi. Komanda yaxşı taktika düşünmüşdü, hərçənd, təkərləri effektiv işləməyə məcbur etmək çətin idi. Mən çalışırdım ki, təkərlər dənlə örtülməsinlər, amma hər dəfə güzgüdə arxa təkərlərin vəziyyətini görəndə bilirdim ki, vəziyyət getdikcə çətinləşir.

Xoşbəxtlikdən ikinci pitdən sonra biz bərk təkərlərlə trasa qayıtdıq və mən Roberti qabaqlaya bildim: finişdə topladığım xallara görə çempionatda da Roberti üstələyərək 6-cı yerə qalxdım."

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829