M.Uebber Red Bull-da qalır!
Sayta qoyulub: 12:04 07.06.2010 (328 dəfə oxunub)
Mark Uebber Red Bull komandasının heyətində ən azı 2011-ci ilin sonunadək çıxış edəcək - bu gün səhər komanda bəyanat yayıb. Avstraliyalı sürücü üçün cari müqavilənin uzadılması əla çıxışların nəticəsi olub - mövsümün ilk yeddi yarışında 33 yaşlı sürücü dörd poul və iki qələbə qazanıb. Daha bir qələbəni Mark komanda yoldaşı ilə toqquşmadan sonra Türkiyə Qran Prisində əldən verib, amma buna baxmayaraq, Mark çempionata liderliyi saxlayıb.
Mark Uebber: "Red Bull-da qalmaq qərarı mənə çox asan başa gəldi, biz hələ mövsümün əvvəlində bu mövzunu müzakirə etmişdik və İspaniya Qran Prisinə bütün sənədlər artıq hazır idi.
Əməkdaşlığın davam etdirilməsi qərarı qarşılıqlı oldu - hamıya məlumdur ki, karyeramın cari mərhələsində mən Formula1-də sadəcə qalamq istəmirəm, ona görə də ən güclü komandada daha bir qalmaq imkanına görə çox şadam.
Bütün komanda ilə münasibətim fantastikdir, Milton Kinsdəki bazada isə mən özümü evimdə hiss edirəm. Ortabab komandadan titula əsas namizdə olan komandaya kimi yol keçmiş bir komandanın bir hissəsi olmaz böyük şərəfdir və biz əsas məqsədimizə doğru addımlayırıq - çempionatda qələbə."
Kristian Horner: "Markı komandada saxlamaq qərarı yekdilliklə qəbul olunmuşdu, o bizim komandanın vacib üzvüdür. Hazırda o əla formadadır və çempionatda liderlik edir. Komanda çox razıdır ki, Sebastyan və Mark cütlüyü üçüncü mövsümdə də ayrılmayacaq."
Beləliklə, artıq əminliklə demək olar ki, Kimi Rəykkönen gələn il Formula1-ə qayıtmayacaq, həmçinin, Felipe Massa və Robert Kubitsa da komandalarını tərk etməyəcəklər...
Hərf ölçüsü:

Yüklənir...
XƏBƏRLƏR-2010 bölümünün digər xəbərləri: