Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

K.Rəykkönen T.Blazusiakı üstələyib...

Sayta qoyulub: 17:43 06.06.2010 (445 dəfə oxunub)
Hərf ölçüsü:

K.Rəykkönen T.Blazusiakı üstələyib...

Kimi Rəykkönen dünən Avstriyada təşkil olunmuş Erzberg Rodeo yarışında iştirak edib: finlandiyalı sürücü mototrial üzrə üçqat dünya çempionu Teddi Blazusiakla yarışıb.

Kimi 13 kilometrlik dağlıq yolu Citroen C4 WRC ralli maşınının sükanı arxasında, polşalı motosürücü isə 71 at qüvvəsi olan Avstruyanın istehsal etdiyi KTM motosikletinin tərkində qət etməli olublar.

Yekunda yarışa toplaşmış 30 min tamaşaçının gözləri önündə 2007-ci ilin dünya çempionu Teddini 25 saniyə qabaqlayıb. Yeri gəlmişkən, yarışın şərtlərinə görə, uduzan sürücü qalibin maşının yumalı olub.

Kimi Rəykkönen: "Mən bu cür yarışda birinci dəfə çıxış edirdim və çox həzz aldım. Mübarizə əvvəl çox gərgin oldu, amma məsafənin sonunda mənim sürətim çox idi: hər halda ralli maşını böyük maksimal sürətə malikdir.

Amma trasın yavaş hissəsində biz təxminən bərabər gedirdik. Mənim motosikletlərdən xoşum gəlir, ona görə də şadam ki, Teddi ilə tanış oldum və danışdım..."

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829