Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

Yarış

Sayta qoyulub: 18:07 16.05.2010 (208 dəfə oxunub)
Hərf ölçüsü:

Yarış

Quru. Günəşli. Havanın temperaturu +21° C, trasın temperaturu +37° C

Monako uik-endi zamanı keçirilmiş bütün dəstək yarışlarında qələbəni pouldan start almış sürücülər qazanıb - Monakoda sıralanma turu və effektiv startdan çox şey asılıdır.

Formula1 yarışının da startında Uebber öz mövqeyini qoruya bilib, onun komanda yoldaşı Sebastyan Fettel isə Robert Kubitsanı qabaqlayıb, Rubens Barrikello isə Batton, Şumaher və Rosberqi keçərək altıncı yerə yüksəlib. Birinci dövrədə tunelin çıxışında Niko Hülkenberq qəzaya uğrayıb və trasa Təhlükəsizlik Maşını (TM) çıxıb. Fürsətdən istifadə edən pit-leydən start almış Fernando Alonso tez boksa yönəlib və təkər dəyişimi edib. Bir dövrə sonra eyni addımı Bruno Senna təkrarlayıb. TM-in arxasında Censon Battonun maşınında motor qızıb və işləməkdən imtina edib - mexaniklər radiatorun qapağını açmağı unudublar.

Altıncı dövrədə TM trası tərk edib, restart zamanı heç kim mövqe qazanmayıb. Yalnız Alonso peletonun quyruğunda yeni komandaların sürücülərinə hücuma başlayıb. On altıncı dövrədə ikiqat dünya çempionu yeni komandaların bütün sürücülərini arxada buraxıb, iki dövrə sonra Lyuis Həmilton pit-stop keçirib və düz Alonsonun qarşısında trasa qayıdıb. İspaniyalı sürücü bütün yarışı Medium təkərlərlə keçirməyi qərara alıb, amma təkərlər buna dözəcəkmi?

İyirminci dövrədə Massa, Barrikello, Şumaher və Liutsi pit-stopa tələsiblər, Mixael keçmiş komanda yoldaşı Rubensi burada keçib. Daha iki dövrə sonra Kubitsa və Petrov Renault komandasının boksuna baş çəkiblər. Növbəti dövrədə isə Fettel və Sutil, daha sonra Uebber təkər dəyişimi ediblər. Pedro de la Rosa hidravlik problemlər üzündən maşını boksda, Timo Qlok isə asılqan problemləri üzündən trasda saxlayıb.

28-ci dövrədə Lukas di Qrassi və Kamui Kobayaşi yarışı dayandırıblar, ikinci yerdən pit-stopa gedən Rosberq trasa Alonso və Şumaherin arxasında qayıdıb. Üç dövrə sonra Barrikello Massenet döngəsinin çıxışında qəzaya uğrayıb, Vitaliy Petrovun maşınında sağ arxa təkər deşilib - rusiyalı sürücü pitə getməli olub, trasa TM çıxdığı üçün Vitaliy ilk onluqdan 1 dövrə geri qalıb. Restartda sürücülərin mövqeyi dəyişməyib.

43-cü dövrədə TM yenidən trasa çıxıb, amma bu dəfə qəza baş verməyib, sadəcə üçüncü döngədə drenaj sisteminin qapağı açılıb. Bir dövrədən sonra yarış davam etdirilib.

61-ci dövrədə Kovalaynen və Senna boksda dayanıblar, 74-cü dövrədə isə Çandhok və Trulli Rascasse döngəsində toqquşublar – TM dördüncü dəfə trasa çıxıb. Vitaliy Petrov boksa girib və yarışı dayandırıb.

TM finişdən qabaq sonuncu döngədə trası tərk edib və yarışın son metrlərində Şumaher Alonsonu qabaqlayıb - təkərləri yeyilmiş F10 sürətlənmədə kənara qaçıb. Yarışı isə Mark Uebber inamla qələbə ilə başa vurub. Bu avstraliyalı sürücünün ikinci ardıcıl və karyerasında dördüncü qələbəsidir, Red Bull komandası mövsümdə ikinci dubluna imza atıb - Sebastyan Fettel finişdə ikinci olub, Robert Kubitsa isə mövsümdə ikinci podiumunu qazanıb.

Çempionatda vəziyyət lap gərginləşib, ilk dörd sürücünü səkkiz xal ayırır - hər iki çempionata Red Bull başçılıq edir, Mark yalnız qələbələrin sayına görə Sebastyanı üstələyir...

YerPilotKomandaMotorVaxt
01M.UebberRed BullRenault1:50:13.355
02S.FettelRed BullRenault+ 0:00.448
03R.KubitsaRenaultRenaul+ 0:01.675
04F.MassaFerrariFerrari+ 0:02.666
05L.HəmiltonMcLarenMercede+ 0:04.363
06F.AlonsoFerrariFerrari+ 0:06.341
07N.RosberqMercedes GPMercedes+ 0:06.651
08A.SutilForce İndiaMercedes+ 0:06.970
09V.LiutsiForce İndiaMercedes+ 0:07.305
10S.BuemiToro RossoFerrari+ 0:08.199
11X.AlgersuariToro RossoFerrari+ 0:09.135
12M.ŞumaherMercedes GPMercedes+ 0:25.712
13V.PetrovRenaultRenault+ 5 dövrə
14K.ÇandhokHispaniaCosworth+ 8 dövrə
15Y.TrulliLotusCosworth+ 8 dövrə
-H.KovalaynenLotusCoswort-
-B.SennaHispaniaCosworth-
-R.BarrikelloWilliamsCosworth-
-K.KobayaşiBMW SauberFerrari-
-L.di QrassiVirginCosworth-
-T.QlokVirginCosworth-
-P.de la RosaBMW SauberFerrari-
-C.BattonMcLarenMercedes-
-N.HülkenberqWilliamsCoswort-

Sürətli dövrə: Sebastyan Fettel (Red Bull) - 1:15.192 (71-ci dövrə).
Qeyd: Mixael Şumaher son dövrədəki insidentə görə yekun nəticəsinin üzərinə 20 saniyə əlavə olunmaqla cərimə olunub.

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01M.UebberRed BullRenault78
02S.FettelRed BullRenault78
03F.AlonsoFerrariFerrari75
04C.BattonMcLarenMercedes70
05F.MassaFerrariFerrari61
06L.HəmiltonMcLarenMercede59
07R.KubitsaRenaultRenaul59
08N.RosberqMercedes GPMercedes56
09M.ŞumaherMercedes GPMercedes22
10A.SutilForce İndiaMercedes20
11V.LiutsiForce İndiaMercedes10
12R.BarrikelloWilliamsCosworth7
13V.PetrovRenaultRenault6
14X.AlgersuariToro RossoFerrari3
15N.HülkenberqWilliamsCoswort1
16S.BuemiToro RossoFerrari1
17H.KovalaynenLotusCoswort0
18Y.TrulliLotusCosworth0
19K.ÇandhokHispaniaCosworth0
20B.SennaHispaniaCosworth0
21K.KobayaşiBMW SauberFerrari0
22T.QlokVirginCosworth0
23L.di QrassiVirginCosworth0
24P.de la RosaBMW SauberFerrari0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault156
02FerrariFerrari136
03McLarenMercedes129
04Mercedes GPMercedes78
05RenaultRenault65
06Force İndiaMercedes30
07WilliamsCosworth8
08Toro RossoFerrari4
09HispaniaCosworth0
10LotusCosworth0
11SauberFerrari0
12VirginCosworth0

 
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829