F.Briatore Formula1-ə qayıtmasını istisna etmir
Sayta qoyulub: 18:35 13.05.2010 (184 dəfə oxunub)
Renault komandasının keçmiş başçısı Flavio Briatore 2008-ci ildə Sinqapur yarışının nəticələrinə müdaxilə etdiyi üçün FİA-nın qərarı ilə avtodimandan uzaqlaşdırılıb, amma italiyalı mütəxəssis cəza müddəti başa çatdıqdan sonra Formula1-ə qayıtmasını istisna etmir...
Flavio Briatore: "Mən 1996-cı ildə Formula1-i tərk edəndə, demişdim ki, heç vaxt qayıtmayacam, amma 2000-ci ildə qayıtdım. Həyatda heç vaxt "heç vaxt" demək olmaz. Mənim dostlarımın hamısı Formula1-də çalışır, idmanda mənim ən yaxın dostum Berni Ekklstoundur. Formula1-də mənim meneceri olduğum sürücülər yarışır. Amma mən hələlik yeni iş axtarmıram."
Hərf ölçüsü:

Yüklənir...
XƏBƏRLƏR-2010 bölümünün digər xəbərləri: